İDMAN
BAKIDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ BOKS TURNİRİ BAŞA ÇATMIŞDIR
Mayın 10-da Milli Olimpiya Komitəsinin idman kompleksində ümummilli lider, Prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinin final döyüşləri keçirilmişdir.
1987-1989-cu il təvəllüdlü yeniyetmələr arasında keçirilən bu turnir mayın 7-də başlanmışdı. Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Boks Federasiyasının təşkil etdiyi yarışlarda dünyanın 10 ölkəsindən (Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Böyük Britaniya, Almaniya, İsveç) 13 çəki dərəcəsində 134 idmançı mübarizə aparmışdır.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, komanda hesabında Azərbaycan yığması birinci, rusiyalılar ikinci, Türkiyə idmançıları isə üçüncü yeri tutmuşlar.