Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKIDA XV BEYNƏLXALQ XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA, NEFT KİMYASI SƏRGİ VƏ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
AZƏRBAYCAN PREZİDENTI İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

BAKIDA XV BEYNƏLXALQ XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA, NEFT KİMYASI SƏRGİ VƏ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR AZƏRBAYCAN PREZİDENTI İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində XV Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Yubiley sərgi və konfransını açan İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud Prezident İlham Əliyevi, sərgi və konfransın iştirakçılarını salamladı. Azərbaycanda sabitlik və inkişafın hökm sürdüyünü vurğulayan Endryu Vud bildirdi ki, bütün bunların təməlində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra çıxış edən Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev dedi ki, XV Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsinin bariz təcəssümüdür. İlk vaxtdan Xəzər regionunun ən vacib hadisəsi kimi qəbul edilən sərgi və konfrans regionun ən aktual mövzularını əhatə edən beynəlxalq foruma çevrilmişdir.

Prezident İlham Əliyev açılış mərasimində nitq söylədi.

 
Mərasimdə çıxış edən ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey dedi ki, iki ölkə arasında enerji sahəsində tərəfdaşlıq yeni Şərq-Qərb enerji dəhlizinin yaranması - Bakı- Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri vasitəsilə həyata vəsiqə almışdır. Xəzər enerji daşıyıcılarını dünya bazarına çıxaran bu iki kəmərin işə düşməsi müstəqil Azərbaycanın enerji sahəsindəki uğurlu inkişafının bariz nümunəsidir. Hazırda Azərbaycanın Orta Asiya ölkələri ilə birlikdə Avropanın mühüm qaz təchizatçısına çevrilməsi üçün böyük potensialı var.

Boyden Qrey sərginin açılışı münasibətilə ABŞ Prezidenti Corc Buşun Azərbaycan Prezidenti İlham Əliyevə təbrikini oxudu.

Azərbaycanın regionda lider dölətə çevrildiyini vurğulayan Böyük Britaniyanın ticarət və investisiyalar naziri lord Cons Diqbi bildirdi ki, onun ölkəsi Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlıdır. Lord Cons Böyük Britaniyanın Baş naziri Qordon Braunun təbrik məktubunu oxudu.

Azərbaycanın neft sektorunun uğurla inkişaf etdiyini deyən İsrailin milli infrastruktur naziri Binyamin Ben-Eliezer Azərbaycanın həm regionda, həm də dünya miqyasında enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildiyini vurğuladı. Azərbaycanın öz enerji ehtiyatlarının dünya bazarına çıxarılmasındakı uğurlarını və iqtisadi inkişafını yüksək qiymətləndirən İsrail naziri dedi ki, hər il Bakıda keçirilən beynəlxalq Xəzər neft, qaz, sərgi və konfransın hasilatçı və istehlakçı ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsində xüsusi əhəmiyyəti vardır.

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri çıxışında dedi ki, Azərbaycan, Gürcüstan və Türkiyə Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynamaq və Avropanın sabit enerji təminatına öz töfhəsini vermək imkanına malikdirlər. Artıq real faktdır ki, Azərbaycan nefti və qazı Gürcüstan və Türkiyə ərazisindən keçərək, Avropa ölkələrinə nəql olunur. Bu layihələrin reallaşması Avropa üşün enerji təchizatının alternativ mənbəyi olmaqla yanaşı, regionun təhlükəsizliyinin də təminatıdır.

“On beş ildir Azərbaycan çox mühüm bir tədbir keçirir. Bununla Azərbaycan neft və qazın hasilatı, onların müasir texnologiyalar vasitəsilə dərindən emal edilməsi sahəsində mövcud olan böyük imkanlarını nümayiş etdirir”- deyən Bolqarıstanın iqtisadiyyat və energetika naziri Petr Dimitrov vurğuladı ki, bu sərgi və konfrans yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Yusif Yazar Bakıda on beşinci dəfə keçirilən beynəlxalq neft, qaz, sərgi və konfransını Xəzər hövzəsində bu sahədə təşkil edilən ən böyük tədbir kimi qiymətləndirdi. O dedi ki, 1994-cü ildən bəri 30 milyard dollardan artıq xarici investisiyanın cəlb olunduğu Azərbaycanın regiondakı rolu Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin işə düşməsi ilə daha da möhkəmləndi və Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində əvəzedilməz bir yerə sahib oldu.

İranın neft və enerji nazirinin müavini İlqar Şirazi sərgi və konfransın əhəmiyyətini vurğuladı. Müstəqil Azərbaycanın enerji sahəsindəki inkişafından danışan qonaq dedi ki, bu uğurlar sübut edir ki, Xəzər neft və qaz sərgisi hələ uzun illər iştirak edəcəyimiz bir tədbir olacaqdır.

Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Liv Monika Stabholdt Azərbaycanın istər regional baxımdan, istərsə də iqtisadi potensialına görə çox önəmli bir ölkə olduğunu vurğuladı. Beynəlxalq Xəzər neft və qaz sərgisinin qlobal neft sənayesində kifayət qədər əhəmiyyətli bir hadisəyə çevrildiyini deyən qonaq müxtəlif sahələrin nümayəndələrinin bir araya gəlməsi üçün bu tədbirin yaxşı imkanlar yaratdığını bildirdi.

Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu. Təməli “Əsrin müqaviləsi” ilə eyni vaxtda - 1994-cü ildə qoyulan sərgidə 15 il ərzində dünyanın 70-dən artıq ölkəsindən 5000-dən çox şirkət iştirak etmişdir. Yubiley Xəzər neft və qaz sərgisində isə dünyanın 30-dan çox ölkəsindən təxminən 400 şirkət təmsil olunmuşdur. Onların 30 faizi yerli şirkətlərdir. Bu il ekspozisiya sahəsi ötən ildəkindən 12 faiz çoxdur. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın milli pavilyonları, Yaponiyanın Neft, Qaz və Metal Korporasiyasının, Gürcüstanın Neft-Qaz Korporasiyasının və Azərbaycanın müxtəlif dövlət strukturlarının ayrıca stendləri də vardır.

Sərgidə Qərbi Azəri platforması ilə birbaşa videoəlaqə yaradıldı.

Videoəlaqə zamanı Qərbi Azəri platformasının meneceri Prezident İlham Əliyevə orada işlərin gedişi barədə məlumat verdi.

Prezident İLHAM ƏLİYEV dəniz neftçilərinə müraciətlə dedi: “Sağ olun, mən sizi salamlayıram. Mən çox şadam ki, bu işlərdə Azərbaycan mütəxəssisləri fəal iştirak edirlər. Çox sevindiricidir ki, ən böyük səriştə, peşəkarlıq tələb edən işlərdə Azərbaycan mütəxəssisləri çalışırlar. Bu, bizim səviyyəmizi göstərir, peşəkarlıq səviyyəsini göstərir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın hərtərəfli inkişafında sizin kimi mütəxəssislər çox işlər görəcəklər. Mən sizə uğurlar arzulayıram. Ölkə üçün çox vacib işlər görürsünüz və sizin fəaliyyətiniz, eyni zamanda, bp ilə Azərbaycan arasında olan münasibətlərin nümunəsidir. Tərəfdaşlıq çox dəyərlidir, onun gözəl tarixi var və əminəm ki, gözəl də gələcəyi olacaqdır. Sizə uğurlar arzulayıram”.

Azərbaycan hazırda dünyada enerjidaşıyıcılarının hasilatı və nəqlinin tanınmış mərkəzlərindən biridir. Ölkə öz tələbatlarını tam həcmdə ödəməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Şərqlə Qərbi birləşdirən enerji və nəqliyyat dəhlizində müstəsna rol oynayan Azərbaycan strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin həqiqi təminatçısıdır. Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən çıxış edərək, bir çox dövlətlər, dünyanın mühüm iqtisadi və maliyyə strukturları və şirkətləri ilə çox geniş istiqamətlərdə əməkdaşlıq edir. Hazırda Azərbaycanın geostrateji əhəmiyyəti təkcə zəngin neft-qaz hasilatçısı olmaqla bitmir. Azərbaycan həm də Mərkəzi Asiya regionunda hasil edilən enerji daşıyıcılarının dünya bazarlarına sabit nəqlini həyata keçirə bilən ən etibarlı tranzit ölkə sayılır. Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət dünya dövlətlərinin Azərbaycana marağını daha da artırmışdır. 15-ci ildir uğurla keçirilən beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı bunun daha bir nümunəsidir.

Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra Fəxri qonaqlar kitabını imzaladı, dövlət başçısı sərgi-konfransın işinə uğurlar arzuladı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb