Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakının kinoteatrları - böyük kino aləminə bilet

Bakı, 7 mart, AZƏRTAC

Bu gün Bakı mənalı istirahət etmək üçün hər cür imkana malik bir şəhərdir. Əgər sizin üçün istirahətin sevimli növlərindən biri kinoya getməkdirsə, onda gözəl təchiz olunmuş kinozallar xidmətinizdədir.

Sizə Bakı və Abşeronda yerləşən ən müasir tələblərə cavab verən bir neçə böyük kinoteatrla tanış olmağı təklif edirik.

Klassika və premyeralar

Bakıda ən müasir, əsasən də böyük əyləncə komplekslərində yerləşən “IMAX” kimi müasir formatlı kinoteatrlar dünya kinoprokatının ən yeni filmlərinə baxmağı təklif edir. Paytaxt kinoteatrlarında təkcə ənənəyə çevrilmiş Hollivud blokbasterlərinə deyil, həm də Avropa kinosunun incilərinə, habelə Azərbaycan, Türkiyə və Rusiya kinematoqrafçılarının filmlərinə baxmaq olar. Bakı kinoteatrlarında bu gün istənilən repertuarı - dünya kinematoqrafının klassiklərindən tutmuş uşaqlar üçün cizgi fimlərinədək ən müxtəlif janrda filmləri tapmaq olar.

“Dolby Surround” və “Dolby Atmos” qabaqcıl səsləndirmə sistemləri, ən müasir 3D texnologiyaları, rahat kinozallar, kinoteatrların yaxınlığında yerləşən kafe və restoranların bolluğu şəhərimizin kinoteatrlarında sizin filmlərə baxmağınızı unudulmaz edəcək!

Nizami Kino Mərkəzi

1934-cü ildə tikilmiş “Nizami” kinoteatrı ölkənin ən qədim kinoteatrlarından biridir. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan kinoteatr vaxtilə seansdan əvvəl Azərbaycan caz və estrada kollektivlərinin çıxışları ilə şöhrət qazanmışdı.

Sovet dövründə burada kinofestivallar keçirilir, yerli və xarici filmlərin premyerası olurdu. Kinoya getmək hər bir bakılının ən çox sevdiyi istirahət növü idi. O illərdə repertuar indiki kimi müxtəlif olmasa da, kinoteatra getmək bütün ailə üçün həyəcan və sevinclə dolu hadisə idi. Premyera zamanı, istirahət və bayram günlərində kassaların qarşısında böyük növbələr düzülürdü.

Azərbaycan üçün çətin olan XX əsrin 80-ci illərinin sonu, 90-cı illərin birinci yarısında bakılıların kinoya getmək həvəsi bir qədər azaldı. 90-cı illərin sonu - 2000-ci ilin əvvəllərində ölkədə yeni formatda, ən qabaqcıl proyeksiya və səs avadanlığı ilə təchiz olunmuş kinoteatrlar yaradıldı. Bu kinoteatrlarda dünya kinematoqrafının premyeraları nümayiş etdirilirdi. Tədricən şəhər əhalisi və paytaxtın qonaqları yenidən kinokassaların qarşısında görünməyə başladılar. Bu gün Nizami Kino Mərkəzində və Bakının digər kinoteatrlarında uzun illər əvvəl olduğu kimi, yenə də qələbəlikdir.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində yenidən qurulan “Nizami” kinoteatrı 2011-ci ildə qapılarını tamaşaçıların üzünə açdı. Bu gün ona kino mərkəzi statusu verilib.

Nizami Kino Mərkəzində repertuardakı cari filmlərin, o cümlədən dünya kinoprokatının ən yaxşı yeni filmlərinin 3D formatında nümayişi ilə yanaşı, yerli filmlərin premyerası da keçirilir. Binanın foyesində kinoteatrın tarixini əks etdirən fotoşəkillərdən ibarət stendlər düzülüb. Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbəsində 500 nəfərlik böyük zal yerləşir. Bu zalda Cənubi Qafqazda ən böyük - eni 18 metr olan ekran quraşdırılıb. Kino mərkəzinin beşinci mərtəbəsində 24 nəfərlik VIP kinozalı yerləşir.

Kino mərkəzinin bütün zalları ən son proyeksiya və səs sistemi ilə təchiz edilib ki, bu da istənilən filmə heç nə ilə müqayisə edilməyəcək rahat şəraitdə baxmağa imkan yaradır. Kino mərkəzinin birinci mərtəbəsində ticarət köşkü, ikinci mərtəbəsində kafe, dördüncü mərtəbəsində kafe-klub və mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə 250 yerlik restoran yerləşir. Maraqlıdır ki, restoranın tavanı ilin fəsillərinə uyğun olaraq mexaniki üsulla açılır və örtülür.

Nizami Kino Mərkəzinin veb-saytı: www.nizamicinema.az

 

“Park Cinema”

“Park Cinema” Bakı və Abşeronun müxtəlif guşələrində, habelə Masallı şəhərində yerləşən 6 kinoteatrdan ibarət, o cümlədən ilk dəfə “IMAX” formatında kinozalı olan ilk kinoteatrlar şəbəkəsidir. İnamla inkişaf edən bu şəbəkə kino sənayesinin ən müasir, innovativ texnologiyalarından, proyeksiya avadanlığı və audiosistem sahəsində ən son nailiyyətlərdən istifadə edir.

Şəbəkənin 2010-cu ildə Bakıda açılan ilk kinoteatrı paytaxtın sakinləri və qonaqları arasında dərhal populyarlıq qazandı. Buna səbəb kinoteatrın zallarının müasir təchizatı, rəngarəng repertuarı, çevik tarif cədvəli, paytaxtın məşhur “Park Bulvar” ticarət-əyləncə mərkəzində yerləşməsidir. O dövr üçün istirahət vaxtını yeni olan bu cür formatda keçirmək, yəni ticarət mərkəzinə gedərək nəinki lazım olanları almaq, həm də orada dostlarla kafedə oturmaq, attraksion zallarında oynamaq və ya dünya kinoprokatının yeni filmlərinə baxmaq bakılıların çox xoşuna gəlmişdi.

“Park Cinema” şəbəkəsində çoxdan gözlənilən “Azercell|IMAX” kinoteatrı 2014-cü ilin sonunda açılıb və bununla da kinomanları xeyli sevindirib. Başqa cür ola da bilməz, axı bu, adi zallarla yanaşı, “IMAX” formatında zalın olduğu ilk kinoteatrdır. Özü də kinoteatr paytaxtın ən görkəmli memarlıq komplekslərindən biri olan, turizm rəmzi kimi tanınan “Flame Towers” binasında yerləşir.

Kinoteatrlar şəbəkəsinin sahibi olan “Kaspian Kapital” MMC-nin tərəfdaşları “20th Century Fox”, “Universal Pictures International”, “Paramount”, “Warner Bros. Pictures”, “Central Partnership”, “karo Premyer”, “Karoprokat”, “Vest”, “Naşe kino”, “Paradiz”, “Lyuksor”, “Art Pictures”, “Top Film Distribution” və kino sənayesində liderlik edən digər xarici şirkətlər və təşkilatlardır.

Kinoteatrlar şəbəkəsində dünya kinoprokatının ən yeni filmləri nümayiş etdirilir, jurnalistlər və blogerlər üçün müntəzəm olaraq premyera nümayişləri və müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. Hər kinoteatrda tamaşaçıları müasir interyer, rahat kafe və barlar, yüksək səviyyəli xidmət və bütün mümkün əyləncələr gözləyir.

“Park Cinema” tamaşaçıların rahatlığı üçün bir çox xidmətlər təklif edir. Bu sıraya biletlərin internet saytında bronlaşdırılması və alınması daxildir. Korporativ müştərilərə qapalı nümayişin təşkili üçün bu və ya digər zalın icarəyə götürmək imkanı yaradılır.

Kinoteatrda bonus-yığım proqramı fəaliyyət göstərir. Kartları kassadan pulsuz almaq olar.

Kinoteatrın saytı: www.parkcinema.az

 

“CinemaPlus”

“CinemaPlus” Bakı və Abşeronun müxtəlif guşələrində və Gəncə şəhərində yerləşən, 6 kinoteatrı əhatə edən innovativ və müştəriyönlü şəbəkədir.

Şəbəkənin ilk kinoteatrı paytaxtın mərkəzində yerləşən “28 Mall” ticarət-əyləncə mərkəzində açılıb. 2016-cı ildə isə “Ganjlik Mall” ticarət mərkəzində “Dolby Atmos” texnologiyalı ölkənin ən böyük kinoteatrı fəaliyyətə başlayıb. “Dolby Atmos” sayəsində səs tamaşaçıya bütün istiqamətlərdən, o cümlədən zalın yuxarı hissəsindən çatır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, sanki hadisənin mərkəzində olur. Həmin il “CinemaPlus” şəbəkəsinə vaxtilə Bakıda ilk və yeganə kinoteatr olmuş və dünya standartlarına cavab verən əfsanəvi “Azərbaycan” kinoteatrı da qatıldı.

Xəzər sahilindəki Bilgəh elit qəsəbəsində “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində “CinemaPlus Amburan” premium-kinoteatrı yerləşir. Kinoteatrın zalları ispan istehsalı olan yüksək keyfiyyətli rahat kreslolarla təchiz edilib. Bundan başqa, “CinemaPlus Amburan” kinoteatrında “Master Image 3D” texnologiyası tətbiq olunur.

Həmçinin Bakıxanov qəsəbəsində “Aygun City” ticarət mərkəzində “CinemaPlus” premium-klass kinoteatrı yerləşir.

“CinemaPlus” kinoteatrlarının bütün zalları 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi, yüksək keyfiyyətli kinoekranlar və gücləndirilmiş parlaqlığın və dəqiq təsvirin texnologiyası olan “Enhanced 4K Barco” ilə təchiz edilib. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı və əla keyfiyyətdə nümayiş etdirməyə imkan yaradır. Xarici filmlərin əksəriyyəti rus dilində göstərilir, bəzi filmlər orijinal ingilis subtitrləri ilə nümayiş etdirilir.

VIP zallarına getmək tamaşaçılarda unudulmaz təəssürat yaradacaq. Bu zallar filmlərə dəbdəbəli şəraitdə, italyan kreslosunda yarımuzanıqlı vəziyyətdə baxmağa imkan verir. Burada kino nümayişi zaman yemək və içki sifariş etmək mümkündür.

“CinemaPlus” üçün biletləri müxtəlif formalarda, o cümlədən kinoteatrın rəsmi saytından, şəhərin “PayPoint” köşklərindən, smartfonlar üçün əlavələrdən, habelə kinoteatrın kassalarından əldə etmək olar.

Kinoteatrda “CineClub” bonus-yığım sistemi proqramı fəaliyyət göstərir.

Kinoteatrın veb-saytı www.cinemaplus.az

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP29 Azərbaycan Sədrliyinin Könüllülük proqramı bu gündən etibarən fəaliyyətə başlayır

Naxçıvanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq

Polşa Ukraynaya tədarük etdiyi silahlardan Rusiya ərazisinə zərbə endirilməsinə icazə verib

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyi: Yaşıl enerjinin inkişafı sahəsində Azərbaycan və Tacikistanın güclü potensialı var – MÜSAHİBƏ

ADA Universitetinin biznes proqramları beynəlxalq "ACBSP" akkreditasiyasını əldə edib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası keçirilib

Rotterdamda 28 May - Müstəqillik Günü təntənə ilə qeyd edilib

Strasburqda Müstəqillik Günü qeyd olunub

Ədəbiyyat İnstitutunun əməkdaşının kitabı Türkiyədə nəşr olunub

Bakıda 43 kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlanıb

Dünya çempionu: Azərbaycana qızıl medalla qayıdacağıma inanırdım

Şəkidə nöqsanlar aşkarlanan şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

“Qarabağ” Andrey Lunyovla müqaviləni yeniləməyə yaxındır

Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

Azərbaycanın Müstəqillik Günündə Londonda qlobal iqlim dəyişikliyi ilə bağlı vacib müzakirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Prezident İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib YENİLƏNİB

Naxçıvanda yaşayan sığortaçılar 2010-cu ildən bəri dövrlə bağlı təzminat tələb edə bilərlər

Konqo Demokratik Respublikası yeni hökumətin tərkibini açıqlayıb

Bu ilin dörd ayında məcburi dövlət sosial sığorta üzrə 53,6 milyon manat vəsait ödənilib

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 5 nəfər xilas edilib

Filadelfiya şəhərində 100 yaşlı cütlük evlənib

Tramp məhkəmə xərclərini ödəmək üçün təyyarəsini satıb

“Havelsan” radarları: Türkiyənin təhlükələrin qarşısının alınmasında uğurlu təcrübəsi

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Fransa Ukrayna müharibəsinin yeni mərhələyə keçməsinə rəvac verir

NBA: “Minnesota Timbervulvz” seriyada ilk qələbəsini qazanıb

Çin rəsmisi: Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir

Cənubi Koreya ilə BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

Azərbaycan Kubokunda finala doğru: Son 16 mövsümdə ilk dəfə

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür

Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

® “AccessBank” daxili audit funksiyasının xarici keyfiyyət qiymətləndirilməsi üzrə tender elan edir

“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir

Türkiyədə tarixi canlandıran azərbaycanlı rəssamın arzusu Qarabağ Zəfərini əks etdirən panorama muzeyi yaratmaqdır VİDEO

Vaxtilə işğal altında olmuş ərazilərin minalarla çirklənməsi milli səhiyyə sistemi üçün çətinlik yaradır

“Araz-Naxçıvan” baş məşqçisi ilə müqaviləni uzadıb

Nərimanov rayonunda qumbara aşkarlanıb

İmişlidə yol qəzası zamanı motosikletçi ölüb

Naxçıvanda “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir

Kişi həndbolçular arasında Azərbaycan Kubokunun finalçıları bəlli olub

Portuqaliya Ukraynanın yenidən qurulmasına 137 milyon dollar verəcək

DİN: Son iki gündə 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Suriyalı zəvvarlar üçün 13 illik fasilədən sonra uçuşlar bərpa edilib

Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Salyan və Neftçala rayonlarında Kür çayı daşa bilərmi? FOTO

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başa çatır

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Pakistanda avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb

Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq

Azərbaycanın Müstəqillik Günü İstanbulda təntənəli bayram tədbiri ilə qeyd olunub

Kolumbiyada öküz döyüşləri qadağan edilib

Fuad Muradov Moldovada yaşayan Azərbaycan icması ilə görüşüb

Azərbaycanın Müstəqillik Günü Vaşinqtonda qeyd olunub

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib

Laçında "Sağlam həyat" günlərinə start verilib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Xocalı sakini: Bu qədər işlər görmək yalnız Prezident İlham Əliyevin qüdrəti idi

Keçmiş məcburi köçkün: Bu gün bizə möcüzə kimi görünür

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb

Hindistanda “Remal” siklonu nəticəsində ölənlərin sayı 27-ə çatıb

Fransada əczaçılar tətil keçirəcəklər

İsveçrədə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib

İtaliya demoqrafik böhran riski ilə üzləşib

Qətərin biznes mərkəzlərinin fasadı Azərbaycan bayrağı ilə işıqlandırılıb

Papuaşvili: Azərbaycanla Gürcüstan regional sülh istiqamətində sıx əməkdaşlıq edir

28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib

Belqradın mərkəzi meydanındakı fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Abdulkadir Uraloğlu: Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür VİDEO

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ - FOTO

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük