REGİONLAR
Balakənli gənclər Zəfər Gününə həsr olunmuş intellektual yarışda biliklərini sınayıblar
![](/files/galleryphoto/2021/3/1200x630/16362795815776312289_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362795813035537843_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1636279581897052721_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1636279581195322988_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1636279581115149160_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1636279581269219233_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362795812017053101_1200x630.jpg)
Balakən, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq Könüllülər Günü"nə həsr olunmuş BİL - "Birlik" İntellekt Liqasının 3-cü həftəsi geridə qalıb.
Mərkəzin Balakən nümayəndəliyinin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin 46 nümayəndəliyində sinxron şəkildə təşkil edilən və "Nə? Harada? Nə zaman?" formatında reallaşan liqanın 3-cü turu tariximizin şanlı səhifəsi olan Zəfər Gününə həsr edilib. İştirakçılara təqdim olunan suallar Azərbaycan tarixi, mədəniyyəti, milli adət-ənənələri və coğrafiyası mövzularını əhatə edib.
“Birlik” İntellekt Liqasının 3-cü turunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin "Nizami-Cədid", "Qafqaz", "Lisey", "Zirvə", "Simfoniya" və "ASAN" komandaları mübarizə aparıb.
Qeyd edək ki, liqa 7 həftə davam edəcək və sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.