İQTİSADİYYAT
“BANK OF BAKU” 9 AY ƏRZİNDƏ 11 MİLYARD MANAT XALİS MƏNFƏƏT ƏLDƏ ETMİŞDİR
“Bank of Baku” səhmdar-kommersiya bankı cari ilin 9 ayı ərzində 30 milyard manat gəlir əldə etmiş, xərcləri isə 17,2 milyard manat olmuşdur. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu dövr ərzində 11 milyard manat xalis mənfəət əldə edilmişdir.
Bankın aktivləri 9 ay ərzində 161,5 milyard manat, yaxud 159 faiz artmış və 263,16 milyard manat olmuşdur. Kredit portfelinin həcmi 75 faiz artaraq, 157,1 milyard manata çatmışdır.
Yanvar-oktyabr aylarında bankın bütün öhdəlikləri 203 milyard manat olmuşdur. Oktyabrın 1-nə olan məlumata görə, bankın depozitlərinin ümumi həcmi 196 milyard manat təşkil etmişdir. Yanvar-oktyabr aylarında bankın ümumi kapitalı 42,7 milyard manat artaraq, oktyabrın 1-nə 60,1 milyard manata çatmışdır. Bankın ödənişli nizamnamə kapitalı 34 milyard manatdır.