İQTİSADİYYAT
Bank VTB (Azərbaycan) Rusiya-Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığa dəstək olmaq niyyətindədir
Bakı, 9 avqust, AZƏRTAC
Bank VTB (Azərbaycan) Rusiya-Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığa dəstək olmaq, Azərbaycanda və Rusiyada biznes qurmaqda maraqlı olan hər iki ölkənin sahibkarlarına kömək etmək niyyətindədir.
Bank VTB (Azərbaycan)dan AZƏRTAC-a bildiriblər ki, bu fikir avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası çərçivəsində bankın nümayəndələrinin biznes təmsilçiləri ilə görüşlərində səsləndirilib.
Görüşdə həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı imkanları müzakirə olunub. Aparıcı beynəlxalq maliyyə qurumu olan VTB qrupun üzvü kimi Bank VTB (Azərbaycan) qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi 23 ölkədə də Azərbaycan biznesinə öz dəstəyini təklif edir.