DÜNYA
Banqladeşdə qatarların toqquşması nəticəsində azı 12 nəfər ölüb
![Banqladeşdə qatarların toqquşması nəticəsində azı 12 nəfər ölüb](/files/2019/3/1200x630/15735477212658151791_1200x630.jpg)
Bakı, 12 noyabr, AZƏRTAC
Banqladeşin şərqində yerləşən Mondobhaq dəmir yolu stansiyasında sərnişin qatarlarının toqquşması nəticəsində azı 12 nəfərin öldüyü, 100-dən çox yaralının olduğu bildirilir. AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, hadisə yerinə çoxlu sayda xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.
Banqladeş nəqliyyat polisinin rəisi Məhəmməd Şavkat Əli telekanala müsahibəsində bildirib ki, qəzada ölənlərin sayı xeyli arta bilər. Belə ki, bir çox insan aşan vaqonların altında qalıb. Paytaxt Dəkkədən 100 kilometr aralıda yerləşən Brahamanbaria rayonunda baş vermiş qəzanın səbəbləri araşdırılır. Qatarlardan biri ölkənin şərqində yerləşən Silhet şəhərindən Çittaqonq yaşayış məntəqəsinə, digəri isə Çittaqonqdan paytaxt Dəkkəyə gedirmiş.
Qeyd olunur ki, pis texniki təchizat səbəbindən Banqladeşin dəmir yolu xətlərində qəzaların sayı artır.