DÜNYA
Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb
Bakı, 17 aprel, AZƏRTAC
Banqladeşdə yük maşınının dörd avtomobilə çırpılması nəticəsində 11 nəfər həlak olub, 20 nəfər yaralanıb.
AZƏRTAC “Bangladesh Sangbad Sangstha” saytına istinadla xəbər verir ki, bölgənin polis rəisi jurnalistlərə açıqlamasında qəzanın çərşənbə günü günorta saatlarında paytaxt Dəkkədən təxminən 200 kilometr cənubda baş verdiyini, yaralanan 20 nəfərin yerli xəstəxanalara, klinikalara çatdırıldığını bildirib. O, yaralı sərnişinlərdən bəzilərinin ağır vəziyyətdə olduğunu, ölənlərin sayının arta biləcəyini deyib.
İlkin məlumata görə, qəza yük maşını sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Xatırladaq ki, Banqladeşdə keyfiyyətsiz magistrallar, baxımsız nəqliyyat vasitələri, intizamsız sürücülərin yol hərəkəti qaydalarını pozması və yol departamenti tərəfindən monitorinqin olmaması ağır qəzalara səbəb olur. Banqladeş Avtomobil Nəqliyyatı İdarəsinin məlumatına görə, aprelin 8-dən 14-dək yol qəzalarında azı 122 nəfər ölüb, 195 nəfər isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]