Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Baş nazir Əli Əsədov Dubayda Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Baş nazir Azərbaycan Respublikasının bu gün müstəqil və fəal xarici siyasət yürütdüyünü, dünya miqyasında etibarlı tərəfdaş kimi tanındığını bildirib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 il işğal altında qalan öz əzəli torpaqlarını azad etdi. Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylə çalışır.

Azərbaycanın hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olduğu, onlara yardım göstərdiyi xüsusi vurğulanıb. “Xüsusilə ötən dövr ərzində COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir”, - deyə Baş nazir bildirib.

Ə.Əsədov Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir daha Azərbaycanın həmrəyliyini ifadə edib.

Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən Ə.Əsədov üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il uzadılmasının ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirib.

İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Keçən il Ümumi Daxili Məhsulun əvvəlki illə müqayisədə 4,6 faiz artığı, xarici ticarətin ildən-ilə yüksəldiyi, eyni zamanda, xarici borcun əhəmiyyətli dərəcədə azaldığı diqqətə çatdırılıb.

Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracı 12,3 faiz yüksəlib və dövlət büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb.

Bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyü qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılması dövlət və sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan və şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin edən addım kimi qiymətləndirilib.

Ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatıran Azərbaycanın bir sıra regional və beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olduğu diqqətə çatdırılıb. Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malik olduğu vurğulanıb.

Azərbaycanın kosmik sənaye və müasir texnologiyalar sahələrində əldə etdiyi uğurlardan bəhs edən Baş nazir 2023-cü ilin oktyabr ayında Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini bildirib, bu sahədə fəaliyyət göstərən bütün təşkilat və qurumları tədbirə dəvət edib.

Azərbaycanın, eyni zamanda, bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyi bildirilib, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Baş nazir vurğulayıb ki, bununla bərabər, Azərbaycan elektrik enerjisi ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl enerji potensialına malikdir.

“Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq. Bunlardan biri - 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas və güvənilən tərəfdaşlardan biridir”, - deyə Baş nazir bildirib.

Ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti vurğulanıb.

Postpandemiya, postmünaqişə və polikrizis dövrünün çağırışlarına toxunan Ə.Əsədov növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, 30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərinin azad edilməsi, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Banqladeşdə Remal siklonu azı yeddi nəfərin həyatına son qoyub

ANAMA Azərbaycan istehsalı olan 10 minatəmizləmə texnikasını əməliyyatlara cəlb edib

BMU-da Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunub

“Klassik ədəbiyyat və Qurani-Kərim” – seminar

Cari ilin ilk rübündə xarici ticarət üzrə əməliyyatların həcmi 9,9 milyard dollar təşkil edib

Narkotikin təsiri altında avtobus sürən şəxs həbs olunub

Nazir: Əlavə maliyyə təminatının yaradılması dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirir

“Qarabağ”ın braziliyalı futbolçusu: Çempionlar Liqasının qrupunda oynamaq istəyirik

Büdcə gəlirləri neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sektoru üzrə isə 9,3 faiz artırılır

“Baku Fashion Week” ikinci mövsümünü açıb

Dövlət büdcəsinin gəlirlərinin 51,1 faizi qeyri-neft sektorunun payına düşür

AzMİU-da “Açıq qapı” günündə 1000-dən çox məktəbli və kollec tələbəsi iştirak edib

Tahir Mirkişili: Cari il gəlirlərin dinamikası büdcəyə dəyişiklikləri labüd edir

Rəşad Sadıqov Premyer Liqada yubiley qələbəsini qazanıb

Braziliyada daşqın qurbanlarının sayı 169 nəfərə çatıb

Respublikaçılıq missiyası uğurla davam etdirilir ŞƏRH

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasında iştirak edir

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı test imtahanı keçirilib

Tatarıstanlı alim Biləsuvar və Astaranın arxeoloji abidələri ilə tanış olub

Bağlı qalmış daha bir xüsusilə ağır cinayətin üstü açılıb

Milli Məclisin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilir

İran gündəlik neft hasilatını 4 milyon barelə çatdırmağı planlaşdırır

Dördqat dünya çempionu Rafael Ağayevin rekorduna yaxınlaşıb

Konfransda fəal iştirak etmiş tələbə və magistrantlar mükafatlandırılıb

"Gəncə və gəncəlilər" layihəsi Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunacaq

Azərbaycan nəsri “Migel de Servantes” kitabxanasında

Emin Əmrullayev: Xaricdə təhsil üzrə Dövlət Proqramına artıq 330 namizəd müraciət edib

Papua-Yeni Qvineya hökuməti: Torpaq sürüşməsi nəticəsində dağıntı altında 2 mindən çox adam qalıb

Argentinada bu il 488 min nəfər denge qızdırmasına yoluxub

Abşeron Milli Parkında tibb işçilərinin iştirakı ilə velomarafon təşkil olunub

FHN: Ötən sutka ərzində 24 halda yanğına çıxış olub, 6 nəfər xilas edilib

Baş DYP İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

Elm və təhsil naziri: Ətraf mühitlə bağlı savadlılıq davranışlara təsir edir

“Qarabağ”ın futbolçusu: Hər kəs nəyə qadir olduğumuzu gördü

Minəcik karvansarası – İpək Yolunun üzərində memarlıq incisi

Mayın 25-də və 26-da itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb

Gənclər Kitabxanası görkəmli dramaturq İlyas Əfəndiyevlə bağlı silsilə tədbirlər keçirib

Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar - konfrans

İrəvanda etiraz aksiyasının 200-ə yaxın iştirakçısı saxlanılıb VİDEO

Baş Prokurorluq Gəncədə konfrans keçirəcək

Appendiksin çıxarılması icbari tibbi sığorta təminatına daxildir

Malayziyada Şuşanın tarixinə həsr olunmuş tədbirlər keçiriləcək

Faktiki hava: Gədəbəyə və Şahdağa dolu düşüb

“Qarabağ”ın legioneri: Bu komandadan ayrılmaq fikrində deyiləm

DİN: 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazanıblar

Dünya birjalarında neft bahalaşıb

Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

“Yaşıl artım gündəliyində təhsil” konfransı işə başlayıb

Aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Son iki gündə 90 cinayətin açılması təmin olunub

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitodan

Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb VİDEO

Bakıda tozlu hava şəraiti davam edir

Xankəndi şəhərində ötən həftə 40 avtomat, 8 tapança, 3 pulemyot aşkarlanıb

Seulda Çin, Yaponiya və Cənubi Koreya liderlərinin toplantısı keçirilir

Lüksemburq parlamentinin qərəzli qətnaməsi qarışqanın filə meydan oxumasına bənzəyir - ŞƏRH

Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Türkiyədə “demokratiya tarixinin qara ləkəsi” adlandırılan hərbi çevrilişdən 64 il ötür

Parisdə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub VİDEO

Şimali Koreya daha bir hərbi kəşfiyyat peykini buraxmağa hazırlaşır

Rişi Sunak seçkilərdə qalib gələrsə, gənclər üçün hərbi xidməti bərpa edəcəyini açıqlayıb

TANAP-ın inşası zamanı aşkarlanan minə yaxın tarixi əsər Türkiyə muzeylərində sərgilənir

Media: Baltikyanı ölkələr və Polşa öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etmir

Bakıdakı Rus evində bəstəkar Mixail Qlinkanın 220 illiyi qeyd edilib

Ümumdünya Səhiyyə Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər ölüb

Zelenski İspaniyaya yola düşür

Litvanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Hindistanın şərqində siklon səbəbindən 1,1 milyon nəfər təxliyə edilib

Tonqa sahilində güclü zəlzələ baş verib

Çexiya millisi son 14 ildə ilk dəfə xokkey üzrə dünya çempionu olub

Dohadan Dublinə uçan təyyarə hava boşluğuna düşüb, 12 nəfər yaralanıb

Türkiyə Prezidenti: Mersində baş verən qəza ilə bağlı aidiyyəti orqanlar dərhal lazımi araşdırmalara başlayıblar

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Qarabağ”ı yaxşı mübarizəyə görə təbrik edirəm

Bakıda havada tozun miqdarı normadan 3-3.5 dəfə artıqdır

Azərbaycan Prezidentinin Gürcüstanın Baş nazirinə təbriki gürcü mətbuatının diqqət mərkəzindədir

Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapılıb

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb

Qurban Qurbanov: Hər il stabilliyi qoruyub saxlamağımız böyük uğurdur

"Qalatasaray" XXIV dəfə Türkiyə çempionu olub

Türkiyədə ağır yol qəzası baş verib, çox sayda ölən və yaralanan var

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

Mehriban Ələkbərzadə: İlyas Əfəndiyevin dramaturgiyasında əvəzolunmaz iki meyar var

ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib

Əfv Sərəncamının icrası Probasiya Xidmətində də təmin edilib

İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sessiyasında təmsil olunur VİDEO

Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir

Xəbərdarlıq: Paytaxtda küləyin sürəti saniyədə 15-20 metrədək güclənəcək

Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri Rustavidə qeyd olunub

Premyer Liqa: “Turan Tovuz” son turda “Kəpəz”i məğlub edib

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir ŞƏRH

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb