ELM VƏ TƏHSİL
BDU-nun tələbələri şəhid Şamil Nəcəfovun ailəsini ziyarət ediblər
Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının üzvləri Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu şəhid Şamil Nəcəfovun ailəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Ziyarətdə BDU Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, sədr müavini Ələkbər Həsənov və Kimya fakültəsi üzrə TGT sədri Əli Qədirli iştirak ediblər. Şəhid Şamil Nəcəfovun valideynləri oğulları haqqında xatirələrini bölüşüb, onu Vətənə layiq övlad kimi böyütdükləri üçün fəxr etdiklərini bildiriblər.
Sonra tələbələr şəhidin məzarını ziyarət ediblər.
Şamil Nəcəfov Vətən müharibəsi zamanı Murov istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]