SİYASƏT
Belçikanın “Aqoravox” internet portalında Azərbaycandan bəhs edən məqalə yerləşdirilmişdir
Paris, 30 iyun (AZƏRTAC). Belçikanın “Aqoravox” internet portalının fransız dilindəki versiyasında Azərbaycandan bəhs edən məqalə yerləşdirilmişdir.
Məqalənin müəllifi Eliza Qarner qeyd edir ki, əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan dünyəviliyinə görə qonşu ölkələrdən tamamilə fərqlənir. Azərbaycanın dünyəvilik modelindən nümunə götürülməlidir.
Məqalədə demokratik Azərbaycan dövlətinin ölkədə yaşayan hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşdığı diqqətə çatdırılır. Ölkəmizin uzun illər müxtəlif imperiyaların təsiri altında olmasına baxmayaraq, dünyəviliyini qoruyub saxladığı vurğulanır.
Yazıda keçmiş Sovet İttifaqı dövründə ölkədə ateizm ideyalarının təbliğ olunmasına baxmayaraq, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda dağıdılmış məscidlərin, sinaqoq və kilsələrin bərpa edildiyi bildirilir və Konstitusiyaya əsasən hər kəsin dini seçim və etiqad məsələsində tamamilə azad olması barədə oxuculara məlumat verilir.
Müəllif Azərbaycanda dinlərarası münasibətlərə böyük diqqət və həssaslıqla yanaşıldığını xüsusi vurğulayır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.agoravox.fr/actualites/societe/article/laique-et-multiculturel-1-153375
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris