Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır :

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 687; 2004, № 1, maddə 10; 2005, № 2, maddə 62; 2006, № 3, maddə 225; 2009, № 11, maddə 878; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin ikinci hissəsində “şəxs” sözü “işçi” sözü ilə əvəz edilsin;

2. 3-cü maddədə:

2.1. 2-ci hissədə “cədvəlini” sözündən sonra “, bələdiyyə qulluqçusunun vəzifə təlimatını” sözləri əlavə edilsin.

2.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin