Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bəxtiyar Aslanbəyli: “Şəfəq-Asiman”ın kəşfiyyatı və işlənməsi Azərbaycanın dəniz sularının tam istismarını təmin edəcək

Bəxtiyar Aslanbəyli: “Şəfəq-Asiman”ın kəşfiyyatı və işlənməsi Azərbaycanın dəniz sularının tam istismarını təmin edəcək

Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC

“Şəfəq-Asiman” strukturunun kəşfiyyatı və işlənməsi Azərbaycanın dəniz sularının tam istismar olunmasını təmin etmək üçün BP-nin Azərbaycan hökumətinə yardım etmək səylərinin mühüm bir hissəsidir.

Bu barədə “Şəfəq-Asiman” blokunun əhəmiyyətini AZƏRTAC-ın müxbirinə şərh edərkən “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“2010-cu ilin oktyabr ayında “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişinin (HPBS) imzalanması həm Azərbaycan, həm də BP üçün əlamətdar bir hadisə idi. Bu imzalanma həm də Azərbaycan və BP arasında qarşılıqlı etimadı göstərən böyük nailiyyətlərdən biri idi”, - deyə B.Aslanbəyli bildirib.

“BP-Azerbaijan”ın vitse-prezidenti qeyd edib ki, “Şəfəq-Asiman” strukturunun kəşfiyyatı və işlənməsi Azərbaycanın dəniz sularının tam istismar olunmasını təmin etmək üçün bizim Azərbaycan hökumətinə yardım etmək səylərimizin mühüm bir hissəsidir. Bu layihə ölkəyə yeni texnologiyalar gətirməklə, mövcud bilik və qabiliyyətlərdən istifadə etməklə Xəzərin zəngin resurslarını üzə çıxarmağı nəzərdə tutur.

B.Aslanbəyli xatırladıb ki, 2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi “Şəfəq-Asiman” üzrə 3 ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3 ölçülü seysmik tədqiqatdır. 2014-cü ilin birinci yarısında məlumatın təhlili tamamlanıb və onun interpretasiyasına başlanılıb. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

“BP çox ümidvardır ki, bizim aparıcı texnologiyamız və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni-yeni kəşflərə gətirib çıxaracaq”, - deyə “BP-Azerbaijan”ın vitse-prezidenti əlavə edib.

Xatırladaq ki, BP və Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair “Qarşılıqlı anlaşma haqqında” memorandumu 2009-cu ildə Londonda imzalayıblar. Sazişin qüvvədə olma müddəti 2010-cu ilin iyulunda başa çatıb. Bu memorandum BP-yə Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmağa müstəsna hüquq verirdi. Bu blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Blok dənizin dərin sulu hissəsində, suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir. Kollektorun dərinliyi isə təxminən 7 min metrdir.

2010-cu il iyulun 6-da Dövlət Neft Şirkəti və BP “Şəfəq” və “Asiman” perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair müqavilə imzaladılar. Bu sənəd isə “Şəfəq” və “Asiman” dəniz blokları üçün hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edirdi. “Şəfəq-Asiman” dəniz blokları üzrə hasilatın pay bölgüsü ilə bağlı əsas kommersiya prinsipləri üzrə saziş 30 il müddətinə imzalanıb. Sazişə əsasən “Şəfəq” və “Asiman” perspektiv strukturlarında 4 il müddətində iki quyunun qazılması nəzərdə tutulurdu. BP və Dövlət Neft Şirkətinin hər birinin layihədə hərəyə 50 faiz payı var. Bütün kəşfiyyat işlərinin xərclərini BP öz üzərinə götürmüşdü. Təxmini hesablamalara görə, “Şəfəq” və “Asiman” perspektiv strukturlarında qaz ehtiyatları 300-500 milyard kubmetr təşkil edir.

2010-cu il oktyabrın 7-də isə Dövlət Neft Şirkəti ilə BP şirkəti arasında “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni bir hasilatın pay bölgüsü sazişi imzalanıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Turqay Hüseynov: Vəkil işləmək üçün təcrübə müddətinin üç ildən bir ilə qədər azaldılması gündəmdədir

“Jerusalem Post”: Vardanyan mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Vəkillərin İxtisas Komissiyasının sədri: Əsas məqsədimiz hüquqşünaslarımızın peşəkar olmasıdır

Leysan yağışları Ermənistanda azı iki nəfərin həyatına son qoyub

IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb  YENİLƏNİB VİDEO

Kürün səviyyəsinin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

Aramsız yağışlar Qazaxda çaylarda selə səbəb oldu -  FOTO

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Musevenidən

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda intellektual oyun üzrə çempionat keçirilib

G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

Gəncədə müasir regional vəkil kompleksinin açılışı nəzərdə tutulur

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib VİDEO

Anar Bağırov: İşğaldan azad olunmuş ərazilərdə vəkil büroları yaratmaq niyyətindəyik

Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Xaçmaz və Qubada 2115 abituriyent biliklərini sınayıb

Vəkillər Kollegiyasının sədri: Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik

“Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisi Karlovo Qızılgül Festivalında təqdim edilib

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Əfqanıstan vətəndaşı: Əfv Sərəncamına görə Prezident İlham Əliyevə minnətdaram

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Hortadan

Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Xalq yazıçısı İlyas Əfəndiyevin məzarı ziyarət olunub

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azadlığa buraxılan məhkum: Əfv Sərəncamı bizim üçün böyük motivasiyadır

Prezidentin Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Azərbaycanın Müstəqillik Günü ərəfəsində Ukraynanın Poltava şəhərində tədbir keçirilib

67 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib

İmtahan rəhbəri: 163 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb

17 saylı cəzaçəkmə müəssisəsindən 4 xarici vətəndaş azadlığa buraxılıb

ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri regional məsələləri müzakirə edəcək

Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Xidmət rəisinin müavini: Əfv Sərəncamı müstəqillik tarixindəki əhəmiyyətli əfv aktlarından biridir

Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub

“Neftçi” Miodarq Bojoviç ilə yollarını ayırıb

Sabah bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir

Qardaş xatirəsinə tikilən və memarın yadigarı olan 67 yaşlı qeyri-adi ev...

FHN: Ziya Bünyadov prospektində qəza nəticəsində avtomobildə qalmış vətəndaş xilas edilib

Əfv Sərəncamının icrası Yevlax rayonunda da yerinə yetirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

Havada toz müşahidə olunur

Səbinə Əliyeva: Əfv edilən vətəndaşlar onlara göstərilən bu yüksək etimadı doğrultmalıdırlar

Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır

Xarkovda hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

DİM: Bugünkü imtahanlarda ən yaşılı abituriyent 1965-ci, ən gənc abituriyent 2009-cu ildəndir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Mərakeşin Kralı VI Məhəmməddən

Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Müstəqillik Günü ərəfəsində hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - AÇIQLAMA

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub

Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb VİDEO

Qlobal araşdırmalar internetin insanlar üçün faydalı olduğunu müəyyənləşdirib

“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Luiziana ştatındakı bataqlıqlar tamamilə quruya bilər

“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

Türkiyənin Qabar dağında neft hasilatı artır

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

"Bayer" Almaniya Kubokunun qalibi olub

Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Venesiya Biennalesində Azərbaycan pavilyonu - REPORTAJ VİDEO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb

Bəhruz Məhərrəmov: Əfv Sərəncamı yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi

Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib

Premyer Liqa: "Zirə" Avropa Liqasına, "Sabah" və "Sumqayıt" isə Konfrans Liqasına vəsiqə qazanıb

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib VİDEO

AMEA ilə Byalıstok Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyə XİN son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb

Azərbaycan səfirinin müsahibəsi Kubanın “Opciones” qəzetində dərc olunub

“Mançester Yunayted” İngiltərə Federasiya Kubokunun qalibi olub

Sosial sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Lənkəranda “KamAZ” sürücünün üzərinə aşıb