Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf hissi duyuram.

Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən cəmiyyətdə və idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin uzaqgörən liderliyiniz və ölkənizin davamlı inkişafına sadiqliyiniz həqiqətən də ilhamverici və nümunəvidir. Qoy Sizin siyasətiniz və müdrikliyiniz ölkənizi daha böyük inkişafa doğru aparsın və həyatın bütün sahələrində parlaq gələcəyi təmin etsin!

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Doğum gününüz mübarək!

Dərin hörmət və ehtiramla,

 

Marius Vizer

Beynəlxalq Cüdo Federasiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin