Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq konfransda Azərbaycanda miqrasiya siyasəti və insan hüquqları ilə bağlı məsələlər müzakirə edilmişdir

Bakı, 10 aprel (AZƏRTAC, Kifayət Əliyeva). Aprelin 10-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları və Konfliktologiya İnstitutunun (İHKİ), Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, səfirliklərin əməkdaşları, KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə AMEA İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva xarici ölkələrdə azərbaycanlı emiqrantların hüquqlarının qorunması problemindən, həmvətənlərimizin Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə əlaqələrinin, ölkəyə qayıtdıqdan sonra sosial təminat məsələlərinin həllinin, dövlətlər arasında müvafiq sazişlərin olmasının vacibliyindən danışmışdır. İnstitutun direktoru bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində belə görüşlərin əhəmiyyətini qeyd etmişdir.

A.Mustafayeva Prezident İlham Əliyevin ölkədə miqrasiya siyasəti problemlərinin həllinə, eləcə də insan hüquqlarının inkişafına böyük diqqət və qayğısını xüsusi vurğulamışdır.

Konfransda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbərini əvəz edən Serhan Aktoprak respublikamıza gələn əcnəbilərin, eləcə də xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunmasının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, təmsil etdiyi qurumun Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmişdir. Ölkənin sosial-iqtisadi inkişafı səbəbindən son illər Azərbaycana gələn əcnəbilərin sayının xeyli artdığını qeyd edən S.Aktoprak, Azərbaycanın miqrasiya proseslərində fəal iştirakını diqqətə çatdırmışdır.

Respublikamızın çox böyük potensiala malik olduğunu qeyd edən S.Aktoprak bildirmişdir ki, xaricdə Azərbaycan mexanizmini öyrənməyə maraqlı ölkələr vardır. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı bir sıra dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyi, insan alveri ilə mübarizə sahəsində birgə mühüm tədbirlərin nəzərdə tutulduğu vurğulanmışdır.

S.Aktoprak miqrasiya siyasətinin aktual vəzifələrindən, miqrasiya prosesinin təhlükəsizlik təminatının yaradılmasından, miqrasiya və etnik diasporun formalaşmasından, emiqrantların hüquqlarının müdafiəsindən, miqrasiya prosesində beynəlxalq təcrübə və əməkdaşlığın bu sahəyə verə biləcəyi töhfələrdən də söz açmışdır.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirmişdir ki, miqrasiya məsələləri nəinki ölkəmizdə, eləcə də bütün dünyada aktual məsələdir. Ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra bu sahədə yaranmış problemlər ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətləri sayəsində həllini tapmışdır.

Bildirilmişdir ki, bu istiqamətdə ilk mühüm addımlarından biri kimi dövlətimizin başçısı 2006-cı il iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmin edilməsi, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer almışdır.

Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılmasının obyektiv zərurət kimi meydana çıxdığını vurğulayan Pərviz Musayev bildirmişdir ki, bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalamışdır. Dövlət Miqrasiya Xidmətinə qısa müddətdə hüquq mühafizə orqanı statusu verilmişdir. Xidmət fəaliyyətə başladığı andan qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılmasına, sabit demoqrafik inkişafa, qeyri-qanuni miqrasiyaya qarşı səmərəli mübarizə tədbirlərinin gücləndirilməsinə çalışır.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin təşkilat idarəsinin rəisi Siyasət Alıyevin “Azərbaycan Respublikasında Miqrasiya Məcəlləsi və əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqların müdafiəsi”, AMEA İHKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aqil Əhmədovun “Əmək miqrantlarının hüquqları və beynəlxalq təşkilatlar”, Daxili İşlər Nazirliyi Polis Akademiyasının baş inspektoru, polis polkovnik-leytenantı Vasif Nəcəfovun “Miqrasiya siyasəti, Cənubi Qafqazda təhlükəsizliyin təminatı”, Rusiya Miqrasiya Siyasəti İnstitutunun direktoru Olqa Qulinanın “Avropada immiqrasiya hüququ və onun tətbiqi: konsepsiya, trend və bələdçi”, Gürcüstan Qafqaz Beynəlxalq Universitetinin professoru Anzor Todadzenin “Cənubi Qafqazın miqrasiya prosesləri”, Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Haminin “Humanizm və məsuliyyətlilik: Mərakeşin miqrasiya siyasətinin iki əsas prinsipi” mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

Müzakirələrdə siyasət, iqtisadiyyat, sosial və humanitar elmlər üzrə mütəxəssislər və elmi tədqiqatçılar, dövlət və qeyri-hökumət strukturlarının mövzu ilə əlaqəli məsul şəxsləri iştirak etmişlər.

Konfransda Azərbaycan Prezidentinin ölkədə miqrasiya sahəsində dövlət siyasətinin, miqrasiya proseslərinin idarə edilməsinin güclənməsi və tənzimlənməsində yaranmış problemlərin hüquqi çərçivədə həllinə istiqamətlənən göstərişlərini nəzərə alaraq, bu işdə birgə səylərin birləşdirilməsinin vacibliyi vurğulanmışdır. Miqrasiya siyasəti sahəsində konstruktiv fəaliyyətin istiqamətləndirilməsinin məqsədəuyğunluğu qeyd olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatalada görüş olub

TÜRKSOY-un Baş katibi: Bütün Türk dövlətlərinin iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi çəkiləcək

Sky News: Britaniyanın raket hücumundan müdafiə imkanları yetərli deyil

“AzerGold”un yeni istiqrazlarının ilk faiz ödənişi olub

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Azərbaycanda barama mövsümünə start verilib

Gürcü politoloq: Bəzi qüvvələr Gürcüstanda dövlət çevrilişi etmək istəyir

Azərbaycanın pravoslav xristian icmasına

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Həbib Rəhimli

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Forumunun növbəti panel iclası münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi üçün sülhün təmin olunmasına həsr edilib

H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Coca-Cola”nın dəstəyi ilə ekoloji aksiya keçirilib

Prezident İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edib YENİLƏNİB

Azərbaycanla Türkiyə arasında insan hüquqlarının müdafiəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Şəkidə yeni sosial layihə: 30 nəfər sənət öyrənərək, işlə təmin olunacaq

“Sərhəd” hərbi-idman oyunları başa çatıb

İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq

Dini liderlərin Şuşa Bəyannaməsi

AQTA qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlayıb

DİM mayın 5-də ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı 50-yə yaxınlaşıb

Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub  YENİLƏNİB - 2

Danyel Vea: Fransanın assimilyasiya ideyasının məqsədi yerli əhalinin mədəniyyətini, dəyərlərini məhv etməkdir VİDEO

I Beynəlxalq Opera Festivalının beşinci günü Gəncədə keçirilib

"Prezident Kuboku": Azərbaycan avarçəkəni qızıl medal qazanıb

İyunun 15-16-da İsveçrədə Ukrayna sülh konfransı keçiriləcək

Jan Mark Rodrige: BMT məcburi assimilyasiya terminindən istifadə etsə də, biz buna etnosid deyirik VİDEO

Qədim mətn Platonun dəfn edildiyi yeri təfsilatı ilə göstərir

İngiltərə və Uelsdə yerli seçkilər keçirilir

İtaliyalı professor: Azərbaycan cəmiyyəti mədəni irsi təşviq etməklə diqqət çəkir

Allahşükür Paşazadə: Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı islamofob zehniyyətin nümunəsidir VİDEO

Bion Orgestat: Şuşada və Füzulidə olan dəyişikliklər çox müsbət təəssürat bağışlayır VİDEO

® “Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

Cek Noel Gerard: Biz qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndiririk

Janna Skot: Forumda düzgünlük, ədalət və təhlükəsizliyin bərqərar olması barədə fikirlər irəli sürülür

Hava Limanı-Mərdəkan-Zuğulba yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası açılacaq

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib YENİLƏNİB

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Qoçəhmədli kəndində yerləşən məscidi bərpa etməyi planlaşdırırıq

Azərbaycan millisinin futbolçusu: Dünya çempionu üzərində qələbə xüsusi məna ifadə edir

Türkiyədə şiddətli yağış bir çox çətinliklər yaradıb

Türkiyənin Baş Ombudsmanı: Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə bölgədə sülh bərqərar oldu

Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərərin maddi dəyəri ödənilməlidir

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Səfir: Bakı prosesi sivilizasiyalar arasında körpü yaratmaq istəyir

Rusiya telekanalı Bakı Forumu haqqında reportaj hazırlayıb

Gəncliyə Yardım Fondunda əl işləri xeyriyyə sərgisi açılıb

“Paris-2024”: Azərbaycanın 5 paracüdoçusu lisenziya şansını saxlayır

Əfqanıstan paytaxtında kənd təsərrüfatı sərgisi açılıb

Almaniyada həftənin ən yaxşısı seçilən azərbaycanlı futbolçu: Ölkəmin əsas millisində oynamaq ən böyük arzumdur - MÜSAHİBƏ

Horovlu kəndində birinci mərhələdə 334 ev tikilir FOTO VİDEO

Banqladeş təmsilçisi: Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir VİDEO

“Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir” mövzusunda tədbir keçirilib

Braziliyada qasırğalar azı 10 nəfərin həyatına son qoyub

Panel sessiya: Mərkəzi Asiya və Qafqazda Gənc Sülh Qurucuları Proqramının işə salınması müzakirə olunub – YENİLƏNİB

Sabah bəzi ərazilərdə yağış yağacaq

TÜRKPA-nın Baş katibi: Bakı konfransının töhfə verəcəyinə əminik

Gürcü nazir: Qara dəniz sualtı kabel layihəsi ən iddialı regional enerji layihəsidir

“Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib

Azərbaycanla Ukrayna arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə olunub

Bakı Forumu çərçivəsində müasir yaradıcılıq sənayesinə aid panel sessiya keçirilib

Norveçli səyyahlar Şuşaya səfər ediblər VİDEO

NATO-nun Baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir

“Könüllü DOST” proqramının 5 illik fəaliyyətinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir keçirilib

Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb

IPC-nin Baş katibi: Azərbaycan zəngin mədəni irsə malikdir

Səyyah: Bu səfər Azərbaycanın turizm potensialı ilə tanış olmaq baxımından gözəl fürsətdir

“YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilən şəhidin atası Vətənə qayıdıb

Əlcəzair parlamentarisi: “Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verir VİDEO

İlon Maskdan seçkilər ərəfəsində Cozef Baydenə iqtisadi zərbə

Türkiyə avarçəkəni: “Prezident Kuboku” turniri həyəcanlı və maraqlı keçir

Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı öz işinə başlayıb

Bakı Forumunda “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda müzakirələr aparılıb

Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirin ən yaxşısı seçilib

Təmiz ətraf mühit və yaşıl artım prosesində gənclərin iştirakı - konfrans

Milli Məclisin sədri: Mədəni irsin bərpası azad edilmiş ərazilərimizdə prioritet işlərdəndir VİDEO

İstismarına icazə verilən obyektlərin çıxarışla təmin olunması davam edir

Elman Abdullayev: Biz dialoq və əməkdaşlıq körpüsü qurmalıyıq

“Bakı Prosesi” qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib VİDEO

Aparat rəhbəri: Bu ilin birinci rübündə Azərbaycana gələn turistlərin sayı 39 faiz artıb

Kamal Abdulla: Azərbaycanda multikultural dəyərlər son dərəcə yüksək qiymətləndirilir VİDEO

Sahibə Qafarova: Parlamentlərarası əlaqələr mədəniyyətlərarası dialoqda mühüm rol oynayır

Nazir müavini: Baramaçılıq kənd təsərrüfatının qısa müddət ərzində ən çox gəlir gətirən sahələrindəndir

Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası aşkarlanıb VİDEO

Antalya turizmdə yeni rekorda imza atıb

Babək rayonunun Naxışnərgiz kəndinin içməli su təminatı yaxşılaşdırılıb

Nazir: Regionda davamlı sülhün əldə olunması Zəngəzur dəhlizinin açılmasına imkan verəcək

Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsi ilə görüşüb

Bakı Forumunda “Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda panel iclası keçirilib

BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib

Panel sessiya: Turizm insanları birləşdirir və mədəniyyətlərarası dialoqu təşviq edir

Dini liderlər Füzuli şəhərində olublar FOTO YENİLƏNİB VİDEO

Rəvan Həsənov: Əməkdaşlıq olmadan mədəniyyətlər arasında körpülər tikilə bilməz

Baş katib: Azərbaycan pandemiyadan sonra tez bir zamanda turizm sənayesini yenidən qura bildi

Azərbaycanşünaslığın aktual məsələlərinə həsr olunmuş beynəlxalq konfrans

Dialoq Forumunda “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılır