Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar

Bakı, 28 aprel (AZƏRTAC). Gözlərimiz önündə dünya sürətlə, mübaliğəsiz demək olar ki, gündən-günə, saatdan-saata dəyişir, tanınmaz olur. Belə bir qeyri-adi vəziyyətdə beynəlxalq siyasi proseslər insan birliklərinin ən sistemli və təşkilatlanmış forması olan dövlətin tarixi-siyasi məzmununu da aramsız olaraq dəyişdirə-dəyişdirə inkişaf edir. Dəyişən dünyada artıq dəyişməz qalması mümkün olmayan hər bir dövlətin səmərəli siyasi idarəetmə sistemi kimi mövcudluğu və inkişafı onun özü ilə dünya arasındakı münasibətlərin dinamikasından və bu münasibətlərin nə dərəcədə çevik idarə edilməsindən həlledici dərəcədə asılılıq vəziyyətinə düşür. 

Son vaxtlar planetimizdə baş verən hadisələr, xüsusilə postsovet məkanının ən önəmli fiqurlarından biri, ərazisinə görə Avropanın ən böyük dövləti olan Ukraynada gedən proseslər bu gün artıq mövcud siyasi sistemlər üçün qloballaşmaya qoşulmaq və ya qoşulmamaq dilemmasının olmamasını bir daha tam çılpaqlığı ilə ortaya qoymuşdur. Bu hadisələr, eyni zamanda, Yer kürəsində hegemonluğa iddialı olan supergüclər üçün əsas problem olan onların dünyanın idarə edilməsi prosesində hansı səviyyədə iştirak etmək niyyətində olduqlarını, başqa sözlə desək, beynəlxalq siyasi proseslərdə qlobal maraqların miqyasını, bir az da dəqiq ifadə etsək, supergüclərin hər hansı bir ölkənin daxilində cərəyan edən hadisələrdən öz qlobal mənafeləri naminə yararlanmaq istəklərini qabarıq şəkildə sübut edir.

Baş verənlərin fonunda dünyanın siyasi xəritəsinin dəyişdirilməsi, daha dəqiq desək, yenidən cızılması ərəfəsində olduğumuz belə bir həssas məqamda mümkün radikal qlobal dəyişikliklərin mahiyyətində də məhz bu məsələ dayanır.

Problemə bu prizmadan baxdıqda müasir şəraitdə aparıcı dövlətlərin planetimizdə baş verən dəyişiklikləri öz siyasi maraqlarına necə uzlaşdırmaq, bu siyasi proseslərdən yararlanaraq dünyanın yenidən bölüşdürülməsində və idarə olunmasında özlərinin rolunu ön mövqeyə çıxarmaq cəhdini də aydın görürük.

Son bir neçə ildə dünyada baş verən köklü dəyişikliklər, xüsusilə Yaxın Şərq ölkələrində “Ərəb baharı” adı altında gedən və hələlik sonu görünməyən dağıdıcı inqilabi proseslər, üstəlik bu qeyri-sabitliyin Ukraynanın timsalında sivil hesab olunan bütün dünyaya, o cümlədən demokratik dəyərlərin nümunəsi təqdim edilən Avropaya sıçraması ayrı-ayrı qlobal güclərin dünyanı hansı istiqamətə yönəltmək niyyətində olmalarından və bu istəklərini nəyin bahasına olursa-olsun reallaşdırmaq üçün bəşəriyyətə heç də xoş gələcək vəd etməyən planlarından xəbər verir.

Bu maraqların fonunda daha qabarıq nəzərə çarpan meyil isə ondan ibarətdir ki, qlobal siyasi konfiqurasiyanın bir cinahında hələ də neoimperializm siyasətini davam etdirməkdə israrlı olan və özünü dünyaya hakim missiyasında görən dövlətlər dayanırlar. Özlərini dünyanın ağası sayan, planetin ayrı-ayrı guşələrində milli və etnik zəmində münaqişələr törədib bundan öz qlobal siyasi maraqları üçün istifadə edən bu dövlətlər beynəlxalq siyasi sistemin yalnız onlar tərəfindən idarə olunması rejimini heç cür dəyişdirmək istəməsələr də açıq-aşkar görürlər ki, dünya dəyişir. Belə bir məntiqi tarixi prosesdə onlar heç olmasa bu dəyişməni öz məqsədlərinə uyğun istiqamətə yönəltməyə çalışırlar.

Neoimperialist siyasəti yeridən dövlətlər qrupuna bu gün Yaponiya istisna olmaqla əsasən dünyanın sənaye cəhətdən ən inkişaf etmiş dövlətlərini aid etmək olar. Bu siyasətin daşıyıcıları olan dövlətlər dünyanın ən qlobal və universal birləşmə mexanizmi olan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olduqları üçün və onların həlledici səs hüquqları rəsmən BMT-nin Nizamnaməsində təsbit olunduğuna görə yeritdikləri neoimperialist siyasəti sanki özlərinin “halal haqları” hesab edirlər. Son vaxtlar Ukrayna ətrafında gedən siyasi proseslər bu dövlətlərin BMT-dən öz qlobal məqsədləri üçün istifadə etmək istəklərini bir daha açıq-aydın göstərdi.

Hərçənd unutmaq olmaz ki, müasir dünya düzənində bu supergüclərə BMT-də əsas söz sahibi olmaq hüququ konkret tarixi şəraitdə - İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq, qalib dövlətlərin - o zaman üçün ən qüdrətli dövlətlərin əldə etdikləri imtiyaz kimi verilmişdi. Etiraf etmək lazımdır ki, bu nadir mexanizm yarım əsr ərzində hərbi cəhətdən ən qüdrətli və dünya hegemonluğuna iddialı olan beş dünya dövlətini ilk növbədə bir-biri ilə savaşmaqdan yayındıran və hər hansı birinin digər dövlətlərə qarşı münasibətdə birtərəfli qərəzli siyasət yeritməsinə mane ola biləcək bir vasitə kimi dünyada sabitliyin qorunub saxlanmasında əvəzsiz rol oynamışdır.

Lakin onu da xüsusi vurğulamaq lazımdır ki, bu müddət ərzində dünyada baş verən dəyişikliklər, başqa sözlə ifadə etməli olsaq, kolonializm erasının sona çatması, dünya xəritəsində yeni dövlətlərin meydana gəlməsi, bir sıra dövlətlərin qlobal siyasi arenada iqtisadi, siyasi və hərbi cəhətdən kifayət qədər möhkəmlənməsi nəticəsində yaranmış yeni situasiya XX əsrin ortalarında beynəlxalq siyasətdə tarazlaşmış konfiqurasiyadan əhəmiyyətli dərəcədə fərqlənir.

Çox sürətlə cərəyan edən, necə deyərlər, az qala bir göz qırpımında dəyişən qlobal transformasiyalar nə neoimperialist dövlətlərə, nə də dünyanı yenidən bölüşdürmək niyyətində olan rejimlərə yaxşı heç nə vəd etmir. Beynəlxalq siyasətdə bir zərurətə çevrilmiş qlobal transformasiyanı öz təbii yolundan döndərməyə hesablanan vurnuxmalar isə gündən-günə daha çox iflasa uğrayır.

Beləliklə, bu gün daha çox nəzərə çarpan odur ki, müasir dünyanın siyasi həyatında əsl mübarizə neoimperializm siyasətinin daşıyıcıları olan qlobal güclərlə fəallaşmaqda olan digər dövlətlərin, şərti olaraq “yeni nəsil dünya dövlətləri” adlandırılan dövlətlərin arasında - yəni, qlobal hegemonluq ilə qlobal təşəbbüskarlıq arasında gedir.

Bu günədək, yəni XXI əsrin astanasına qədərki dövrdə öz müstəqilliyini və suverenliyini itirmək qorxusu altında öz siyasətini daim hegemon dövlətlərin siyasətinə uzlaşdırmağa çalışan yeni nəsil dünya dövlətləri artıq neoimperializmə qarşı öz siyasi, ideoloji və hüquqi platformalarını yaratmaq əzmindədirlər. Bu onu göstərir ki, artıq müasir siyasi əxlaq və sivilizasiya qanunları beynəlxalq həyatda “paternalizm” siyasətini və onun yaratdığı “vassallıq” münasibətlərini qəbul etmir.

Təbii ki, belə bir vəziyyətdə dünyanın idarə olunmasının yeni konfiqurasiyasının tapılmasına ehtiyac hiss olunur və bu da öz növbəsində qlobal idarəetmənin yeni qlobal siyasi vəziyyətə uyğunlaşdırılmasını aktuallaşdıran mövqeyin ortaya qoyulmasını zəruri edir. Amma bu günün tarixi reallığı göstərir ki, belə bir mövqeyi nə hegemonlar, nə də avtoritarlar ortaya qoya bilərlər. Çünki dünyanın idarə olunması kimi qlobal bir məsələdə hər hansı bir islahata və ya güzəştlərə getmək, ümumiyyətlə, onların mahiyyətinə uyğun deyil. Bu mübarizədə böyük demokratiya təcrübəsinə malik olan Avropa dövlətləri ön cinahda olmaqla, yeni nəsil demokratik dünya dövlətlərinin sırası daha da genişlənməli və möhkəmlənməlidir.

Məhz bu kontekstdə fəallaşaraq, əlverişli beynəlxalq siyasi situasiyada dünya siyasətinin müəyyənləşdirilməsində, regional və qlobal layihələrin həyata keçirilməsində və qlobal idarəetmədə öz üzərinə yeni rol və məsuliyyət götürməyə çalışan Azərbaycanda son on ildə geniş vüsət alan hərtərəfli davamlı inkişaf, ölkə daxilində həyat səviyyəsinin yüksəlməsi ilə bərabər beynəlxalq miqyasda gündən-günə genişlənən təşəbbüskarlıq və dünya birliyinin də bütün bunlara adekvat reaksiyası Azərbaycanın da yaxın gələcəkdə bu dövlətlər sırasında yer ala biləcəyini deməyə əsas verir.

Azərbaycanın da sıralarında yer aldığı bu dövlətlərin apardıqları siyasətin öz məzmununa, məramına və hədəflərinə görə həm neoimperialistlərin, həm də avtoritar rejimlərin inadla yeritməkdə israrlı olduqları ekspansionist və öz xalqlarına qarşı despotik siyasətdən tamamilə fərqləndiyini görmək isə heç də çətin deyil. Məhz bu dövlətlərin təşəbbüskarlığının müasir qlobal siyasətdəki inikası başlıca məram və məqsədləri ilə “Yeni nəsil dünya dövlətləri” ideyasının əsasında duran idealları özündə əks etdirir.

Belə bir mövqeyin dünya dövlətləri arasında tədricən aktuallaşmasının parlaq təsdiqidir ki, 155 dövlətin dəstəyi ilə Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, hətta bir müddət dünyanın idarə olunmasında həlledici mövqeyə malik olan bu quruma böyük müvəffəqiyyətlə sədrlik etmişdir. Başqa sözlə, beynəlxalq sistemin subyektləri onların mənafeyini daha yüksək səviyyədə qoruya bilən gənc bir dövlətə - Azərbaycana etibar etməklə, ölkəmizin getdikcə daha geniş və açıq xarakter alan qlobal siyasi maraqlarda önə çıxmaq istəyi ilə hesablaşmaq məcburiyyətində qalmalarını etiraf etməli olmuşlar. Bu etimad, heç şübhəsiz, beynəlxalq siyasətdə öz universal platformasını müəyyənləşdirməkdə olan yeni nəsil dünya dövlətlərinin hamısı üçün örnək və möhkəmləndirici dayaqdır.

Beynəlxalq siyasətdə qlobal maraqların aktuallıq kəsb etdiyi müasir şəraitdə Azərbaycanın öz siyasi, iqtisadi və geopolitik maraqlarını daha etibarlı şəkildə qoruması niyyətinə və bu istəyin öz bəhrəsini verməsinə daha bir əyani misal son illərdə ölkə iqtisadiyyatının dünyada görünməmiş sürətlə inkişafı ola bilər. Hazırda bütün dünyanın böhranla üzləşdiyi bir vaxtda gənc suveren dövlət olan Azərbaycan nəinki bu böhrandan sovuşmuş, hətta son 8 il ərzində ölkədə ümumi daxili məhsulun üç dəfə artmasına nail olunmuşdur. Bu nailiyyət təkcə ölkədaxili amillərlə bağlı deyil, həm də Azərbaycanın özünü kimlərinsə maraq dairəsinə tabe etdirmədən, beynəlxalq siyasətdə digər suveren dövlətlərlə çiyin-çiyinə qlobal əməkdaşlıq meyillərini gücləndirməsinin və dünya birliyini bu yolun doğruluğuna inandırmaq uğrunda səmimiyyətlə çalışmasının bəhrəsidir.

Bu gün Azərbaycanın həm Şərq, həm də Qərb dövlətləri ilə münasibətdə apardığı uğurlu balanslaşdırılmış xarici siyasət beynəlxalq miqyasda qlobal əməkdaşlığa və dinamik inkişafa, iqtisadi-mədəni əlaqələrin dərinləşməsinə və daha məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır. Beynəlxalq siyasətin inkişafında Azərbaycan kimi öz mövqeyi olan yeni nəsil demokratik dövlətlərin rolunun artması bu inkişafın dialektik qanunauyğunluğunun nəticəsidir.

Müstəqilliyinin bərpasının tarixi heç 25 ilə çatmamış Azərbaycan kimi gənc bir dövlətin BMT-nin üzvü olan 200 dövlətdən 155-nin dəstəyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədri seçilməsini, Prezident İlham Əliyevin şəxsində ölkəmizin 2012-ci ilin may ayında bu quruma uğurla sədrlik etməsini məhz bu qanunauyğunluğun nəticəsi hesab etmək olar. Bu, təkcə Azərbaycan üçün deyil, həm də uğurlu bir presedent kimi bütün dünya birliyi üçün mütərəqqi hadisədir. Çünki bütün beynəlxalq subyektlər paritet əsaslarda beynəlxalq siyasəti təmsil etmək və onu irəlilətmək imkanlarına malik olduqda, qlobal siyasət öz mütənasibliyini əldə edərək bütün tərəfdaşların gücünü dünyanın qlobal problemlərinin həllinə doğru daha optimal şəkildə səfərbər edə bilər.

Son dərəcə sevindirici haldır ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz həyatının təmin olunması müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin prioritet məqsədləridir. Artıq bütün dünyaya bəllidir ki, Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Ulu Öndərin balanslaşdırılmış, beynəlxalq siyasətdə Azərbaycanın qlobal maraqlarını təmin edən xarici siyasət kursunun yeni mərhələdə uğurla davam etdirilməsi beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərinin daha da gücləndirilməsinə gətirib çıxarmışdır.

Danılmaz tarixi faktdır ki, hər bir dövlətin xarici siyasəti daxili siyasətin davamı, onun təzahürüdür. Xarici siyasət isə ilk növbədə, milli dövlətin digər dövlətlərlə milli maraqlarının müdafiəsi uğrunda mübarizəsidir. Bu maraqlar suverenliyin vəhdət təşkil edən üçcəhətli konsepsiyada - dövlət suverenliyi, milli suverenlik və xalq suverenliyində birləşmişdir. Bu səbəbdən də ölkə daxilində birlik nə qədər möhkəm olarsa, dövlətin xarici siyasəti də bir o qədər uğurlu olar. Bununla yanaşı, ümummilli maraqların formalaşdırılması mental ənənənin, tarixi təcrübənin mütləq nəzərə alınmasını tələb edir ki, bunun da dövlət tərəfindən yerinə yetirilməsi olduqca mürəkkəb, böyük zəhmət tələb edən məsələdir.

Müasir dövrdə hər bir demokratik dövlətin xarici siyasəti rəsmi və qeyri-rəsmi institutların, vətəndaş cəmiyyəti təsisatlarının tələb və istəklərinin sintezi nəticəsində formalaşmış ümumi rəyə əsaslanır. Milli maraqları ifadə edən bu ümumi rəyin ardıcıl və davamlı fəaliyyət proqramına çevrilməsi, milli səviyyədə gerçəkləşdirilməsini və əlaqələndirilməsini isə dövlət həyata keçirir. Azərbaycan dövlətinin müasir beynəlxalq siyasi proseslərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya nümayiş etdirərək özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən çoxvektorlu müstəqil xarici siyasəti özünün konseptual bazisinə malikdir. Təməl ideyalar əsasında formalaşdırılmış həmin bazis ümummilli liderimiz Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin başçısı olduğu 1993-2003-cü illərdə yaradılmışdır. Böyük öndərin zəngin həyat və siyasi təcrübəsindən irəli gələn optimal qərarlar qəbul etmək bacarığı, intuisiyası və uzaqgörənliyi - bütün bunlar xalqın strateji məqsədlərinə xidmət edən intellektual və mənəvi-siyasi arsenaldır.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli maraqların təmininə, beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa, tarazlığa və praqmatizmə əsaslanan xarici siyasət Ümummilli Liderin əsasını qoyduğu balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur.

Məhz bunun nəticəsidir ki, rəsmi Bakı qlobal maraqların toqquşmasının son dərəcə kəskin, barışmaz xarakter aldığı son illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, ədalətli və bərabər əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya nümayiş etdirmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.

Bu gün bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaq, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq heç bir ölkənin daxili işlərinə qarışmamaq Azərbaycanın xarici siyasət kursunda əsas prinsiplərdir. Ölkəmizin xarici siyasəti, ilk növbədə, onun ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə Azərbaycanın fəal iştirakının təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avropa və Transatlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdir.

Bu gün ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, lakin buna baxmayaraq dünyanın zəngin karbohidrogen resurslarına malik dövlətləri sırasında olan Azərbaycan praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin etmişdir. Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi mövqeyindən, tranzit-kommunikasiya imkanlarından, dünyanın fövqəlgüclərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir.

Xüsusi vurğulanmalıdır ki, son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətində prioritet istiqamətlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda Azərbaycanın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, ölkəmizin Avropa strukturlarına inteqrasiyası prosesi sürətlənmişdir.

Bu gün xalqın etimadını qazanmaqla sözün əsl mənasında tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq siyasi proseslərdə qlobal maraqların mühüm əhəmiyyət kəsb etdiyi müasir şəraitdə Azərbaycanın getdikcə güclənərək söz sahibi olmasına, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Dövlətimizin başçısının məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, ulu öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırmışdır. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Mətbuat Şurasının “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində keçirdiyi “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda yazı müsabiqəsinə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb