Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır.

Müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, qardaş Azərbaycan xalqı illər boyu davam edən ədalətsizliyə Sizin öndərliyinizlə son qoyaraq möhtəşəm Zəfər qazanmaqla, Respublika Gününü daha fərqli hisslərlə və böyük sevinclə qeyd edir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

Darxan Kıdırəli

Beynəlxalq Türk Akademiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin