REGİONLAR
Biləsuvarda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
Biləsuvar, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar rayon sakini İ.Əzizliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə İ.Əzizlinin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Xüsusi karantin rejimi qaydaları pozan İ.Əzizlinin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.