Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Binəqədi rayonunda məcburi köçkünlərlə görüş keçirilmişdir

Bakı, 17 iyun (AZƏRTAC, Əsəd Məmmədov). İyunun 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi Rayon İcra Hakimiyyətində bu rayonda, eyni zamanda, digər rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.

AZƏRTAC xəbər verir ki, görüşdə məcburi köçkünlərin müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmış, problemlərinin həlli üçün tapşırıqlar verilmişdir.

Bildirilmişdir ki, Binəqədi rayonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən 54 minə yaxın qaçqın və məcburi köçkün yaşayır. Onlar əsasən rayon ərazisindəki ictimai binalarda, yataqxanalarda və uşaq bağçalarında məskunlaşmışlar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini ölkənin bir nömrəli problemi elan etmişdir. Bu istiqamətdə ardıcıl olaraq tədbirlərin həyata keçirildiyini deyən Baş nazirin müavini vurğulamışdır ki, indiyədək qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə, məhəllə salınmış, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülmüşdür. Dövlətimizin başçısı bu qəbildən olan insanlara kifayət qədər diqqət və qayğı göstərir. Lakin hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər çoxdur. Təkcə Bakıda 300 min məcburi köçkün yaşayır və onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur.

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov demişdir ki, son 10 ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirən Prezident İlham Əliyev mütləq bu problemin də həllinə nail olacaqdır.

Qəbulda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin problemlərini diqqətlə dinləmiş, bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapmış, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınmışdır.

Qəbuldan razılığını bildirən məcburi köçkün Dilsuzə Quliyeva demişdir: “Görüşdə Baş nazirin müavini Əli Həsənov hamının problemi ilə maraqlandı. Problemimizin həlli ilə bağlı müvafiq göstərişlər verdi”.

D.Quliyeva məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.

Kəlbəcər rayonundan məcburi köçkün, I qrup əlil Cavad Qasımov isə demişdir: “Bu gün qəbulda problemimizə yüksək səviyyədə yanaşıldı və həll olunması barədə tapşırıq verildi.

Prezidentimiz İlham Əliyev hər zaman biz məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Buna görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk. Bu gün burada hər şey çox gözəl təşkil olunmuşdur”.

Onlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Ağdam rayonundan məcburi köçkün, 5 şəhid anası Qəndab Səmədova demişdir: “Allahdan Prezidentimizə uzun ömür, cansağlığı arzu edirəm. Biz bilirik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. O gün olsun dövlətimizin başçısı bayrağımızı Şuşaya sancsın. Bayrağımız daha yüksək zirvələrdə dalğalansın”.

Kəlbəcər rayonundan məcburi köçkün Sona Hüseynova da qəbulun yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, Baş nazirin müavini Əli Həsənovun onların problemlərini diqqətlə dinlədiyini və yerindəcə lazımı tapşırıqlar verdiyini qeyd etmişdir. O demişdir: “Biz 20 ildir məcburi köçkün həyatı yaşayırıq. Biz daim dövlətimizin qayğısını üzərimizdə hiss etmişik. Bizə göstərdiyi bu diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.

Qəbulda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, departament və şöbə müdirləri, Komitənin Bakı rayonları üzrə nümayəndələri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyətlərinin başçılarının müavinləri də iştirak etmişlər.

Saat 9.00-dan 17.00-dək davam edən qəbulda ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilmişdir.

Görüşün sonunda Baş nazirin müavini, hətta qəbula yazılmayan məcburi köçkünləri də qəbul etmiş, onların da ərizələri baxılması və tədbir görülməsi üçün qeydiyyata alınmışdır. Əli Həsənov bildirmişdir ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də davamlı olaraq ayrı-ayrılıqda görüşlər keçirəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Oftalmologiya Mərkəzi Yevlax sakinləri ücün tibbi aksiya keçirəcək

Tayani: İtaliya Serbiyanın Aİ-yə üzv olmasını dəstəkləyəcək

Kubada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Elmin populyarlaşdirilmasi istiqamətində növbəti mühazirə oxunub

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib

Naxçıvan məhsulları “Russia Halal Expo 2024” sərgisində nümayiş olunub

Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib

Fransanın Yeni Kaledoniya siyasəti xarici KİV-də tənqid edilir

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

Azərbaycan Rəngkarlığı Muzeyində “Azadlığa monument” adlı qrup sərgisi açılıb

"Sabah"ın baş məşqçisi: Oyunçularım komanda şəklində mübarizə apardılar

"Avro-2024": Türkiyə millisinin geniş heyəti açıqlanıb

Bakıda Gürcüstanın milli bayramı qeyd olunub

Avroliqada “Dördlər finalı”: "Fənərbağça Beko" “Panathinaikos"a məğlub olaraq final şansını itirib

Rumıniyada NATO-nun “Dacian Strike 24” hərbi təlimi başlayıb

Emin Əmrullayev: Azərbaycanda basketbola maraq günü-gündən artır

Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

® ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

® Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına vəsiqə qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

Azərbaycan qadın voleybol millisi Rumıniyaya məğlub olub

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş etdirilib

ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə telefonla danışıb

Fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun tarixi açıqlanıb

ADNSU-da şəhid məzunun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib VİDEO

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir ŞƏRH

Hərbi Prokurorluq əməkdaşları Daxili Qoşunların Vətən Müharibəsi qəhrəmanları ilə birgə ağac əkiblər

İtkin düşmüş hesab olunan daha bir şəhidimiz dəfn edilib

Minifutbol turnirinə yekun vurulub

Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Turizm və Menecment Universitetində “Ekoloji gələcək həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib

Çindən Avropaya Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib