İDMAN
Bir əsridir üzmək qadağan olunmuş Sena çayı Paris-2024 Oyunlarına yararlı ola biləcəkmi?
Paris, 3 may, AZƏRTAC
Paris-2024 Oyunları bir əsirdir üzmək qadağan edilmiş Sena çayında yenidən üzmək imkanı yaradacaq.
“Bildirirəm ki, çayı təmizləyə bilərik. Senanın təmiz çaya çevrildiyini sübut etmək üçün mən özümdə 3 ildən sonra Sena çayında çiməcəyəm”, - deyə 1990-cı ilə Paris şəhərinin meri olmuş Jak Şirak parislilərə Senanın təmizlənəcəyini vəd edərək deyib. Ancaq hələ də bu arzu reallaşmayıb. Lakin Paris-2024 Oyunlarının parislilər bu arzusunu utopiyadan reallığa çevirəcəyinə ümid edir.
AZƏRTAC xəbər verir ki, Paris-2024 Oyunları zamanı triatlon, paratriatlon və açıq suda üzgüçülük yarışlarının Sena çayında keçiriləcəyi bildirilir. 1923-cü ildən son dərəcə çirkli olduğu üçün Senada üzgüçülük qadağan edilib. Qarşıdan gələn yayda Senada sınaq tədbirləri start götürəcək. 2024-cü il Olimpiya yarışlarından əvvəl cari ilin avqustunda triatlon və açıq suda üzgüçülük sınaqlarının Sena çayında keçiriləcəyi planlaşdırılıb. Həmin vaxta qədər Sena çayının suyu təmizlənməlidir.
Sena çayının üzgüçülüyə yararlı olması üçün 1,4 milyard avro sərmayə yatırıldığı bildirilir. Bu sərmayənın çox hissəsi çay suyunun çirklənməsini məhdudlaşdırmağa sərf olunur.
2022-ci ilin yayında götürülmüş nümunələr iyulun sonu və avqustun ortaları arasındakı Olimpiya dövrü ərzində suyun 92 faiz qənaətbəxş olduğunu göstərib. Ancaq güclü yağış zamanı çay suyunun kanalizasiya suları ilə çirklənməsi qaçılmazdır.
Senada ilk yarış olacaq Olimpiya triatlonundan bir gün əvvəl - yəni, 2024-cü il avqustun 4-də güclü yağış olmayacağına ümid edilir.
Xatırladaq ki, Paris-2024 Oyunlarının açılış mərasimi Senada keçiriləcəyi planlaşdırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris