Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində həssas qrupların şəfqət və qayğı ilə əhatə olunması mühüm yer tutur

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanın sosial dövlət olduğunu bəyan edən Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətini ölkə vətəndaşlarının rifahının və məmnunluğunun təminatı təşkil edir və dövlət başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar bu sahədə ciddi irəliləyişlərə imkan verib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri də ölkəmizin sosial dövlət olduğunu əməli şəkildə təsdiq edən uğurların əldə edilməsində, xüsusilə əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasında mühüm rola malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, sosial sahənin bütün istiqamətlərində həmin təşəbbüs və layihələr öz uğurları ilə töhfəsini verir. DOST konsepsiyası bunun uğurlu nümunələrindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial təminat, övladlığagötürmə sahələri üzrə 15 istiqamətdə 159 növdə xidmətin innovativ yanaşmalar əsasında “bir pəncərə”dən, vətəndaşlara daha yaxın və əlçatan şəkildə, şəffaf mühitdə, vətəndaş məmnunluğu prinsipinə uyğun təqdim olunmasına şərait yaradıb.

Prezidentin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə ötən dövrdə DOST Agentliyi və 7 DOST mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi açılıb. Hər gün orta hesabla 3,1 min vətəndaşa sosial sahələr üzrə “bir pəncərə”dən xidmət göstərən DOST mərkəzlərinin xidmətlərindən indiyədək 1,7 milyon vətəndaş faydalanıb və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir. DOST mərkəzləri şəbəkəsi ölkə boyu genişlənir və 2025-ci ilədək bu mərkəzlərin sayı 17-yə çatdırılacaq, habelə 55 DOST filialı, SMART DOST məntəqələri də açılacaq.

DOST konsepsiyası son illər Azərbaycanın mühüm innovativ yeniliyi olmaqla mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir və həmin təşkilatlar tərəfindən 13 mükafatla, Mükəmməllik Sertifikatları ilə təltif olunub. Həmçinin Avropa İttifaqı hələ iki il əvvəl, 2021-ci ildə özünün Biznes Mühiti Hesabatında DOST mərkəzlərini Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirib.

Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyət kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binasının inşa edilərək dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum məzunlarına təqdim edilməsi ölkəmizdə hər bir vətəndaşın dövlətin qayğısı ilə əhatə olunduğunun mühüm təzahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” kimi fəaliyyət göstərən həmin yaşayış binalarının sakinlərinin məşğulluğunun təminatı, digər sahələrdə də dəstəklə əhatə olunmaları üçün ardıcıl işlər aparılıb.

Eyni zamanda, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olundular. Fondun layihəsi çərçivəsində həmin əsgər və zabitlər Almaniya, İslandiya, İngiltərənin dünyada məşhur protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı son nəsil protezləri ilə təmin olundular və yenidən aktiv həyata davam edirlər. Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı ilə icra olunan mühüm sosial dəstək proqramı üzrə bu sahədə mühüm işlər aparılır və müharibədə yaralanaraq əzalarını itirmiş 435 hərbçimiz 454 ədəd yüksək texnologiyalı son nəsil müasir protezlə təmin edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsidir. Bunun nümunələri olaraq, onun təşəbbüsü və dəstəyi ilə əlilliyi olan uşaqlar üçün Bakının Yeni Günəşli yaşayış massivində yeni uşaq reabilitasiya müəssisəsi, həmin uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti, Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb.

2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə Azərbaycanda əlilliyi olan şəxslərin və digər həssas qrupların cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan fəal dövlət siyasətinin növbəti əyani təcəssümüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan həmin Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Mərkəzdə həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olmuş şəxslər və s.) aid 200-dən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir. Onların yaradıcı potensialının inkişafına dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə kompleks reabilitasiya xidmətləri ilə də əhatə olunublar.

Eyni zamanda, Heydər Əliyev Fondu həssas qrupların, tənha ahılların yaşadığı sosial xidmət müəssisələrində mütəmadi nəcib, xeyirxah aksiyalar, tədbirlər keçirir, dövlət himayəsində yaşayan insanları öz qayğısı ilə əhatə edir. Pandemiya dövründə də həmin sosial xidmət müəssisələrində sakinlərin COVID-19 infeksiyasından qorunması üçün Fond tərəfindən ardıcıl dəstək işləri aparıldı. Həmçinin sosial cəhətdən həssas olan ailələr Fond tərəfindən sovqatlarla, ərzaq yardımları ilə təmin edildilər. Fondun “Regional İnkişaf” İctimai Birliyi özünün “Sosial bağlar” layihəsi ilə özünüməşğulluq proqramının genişlənməsinə öz dəstəyini göstərib və bu layihə çərçivəsində son illər yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

Beləliklə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəllifi olduğu, yüksək humanizm və xeyirxahlıq nümunəsi olan layihələr, təşəbbüslər ölkəmizdə sosial inkişafın təmin edilməsinə, xüsusi qayğıya ehtiyac duyan şəxslərin qayğı ilə əhatə olunmasına xidmət edir və ictimaiyyət tərəfindən daim böyük rəğbət hissi ilə qarşılanaraq yüksək dəyərləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub