RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN VİTSE-PREZİDENTİ, BAŞ NAZİRİ, DUBAY ƏMİRLİYİNİN HÖKMDARI ƏLAHƏZRƏT ŞEYX MƏHƏMMƏD BİN RƏŞİD AL MƏKTUMA
Əlahəzrət,
Milli bayramınız – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 noyabr 2007-ci il.