Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyi adından doğum gününüz münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Hökuməti və BMTİP arasındakı uzunmüddətli səmərəli tərəfdaşlığa görə Sizə minnətdarlığımı bildirir, Azərbaycan xalqının dayanıqlı və firavan gələcəyi naminə birgə səylərimizi davam etdirmək əzmində olduğumuzu bir daha vurğulayıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Alessandro Frakassetti

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin