Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bolqarıstan Respublikasının sabiq Prezidenti (2012-2017), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevnelievdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi təşkilatın missiyasına göstərdiyiniz əvəzsiz dəstəyə və sadiqliyə görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin himayənizlə dünyada böyük nüfuz qazanıb. Siyasi arenada mühüm əhəmiyyət kəsb edən beynəlxalq təsisata çevrilmiş bu mərkəz Azərbaycanın dünyada ən yaxşı səfiridir.

Dünyanın qeyri-sabitlik və nizamsızlıq dövrünə qədəm qoyduğu ərəfədə təşkilatın sülh, tolerantlıq, dialoq və anlaşmanın təşviq olunması kimi nəcib missiyası həmişəkindən daha böyük əhəmiyyət kəsb edir. Biz birlikdə övladlarımız üçün vacib bildiyimiz sülh, tolerantlıq və anlaşma kimi dəyərlərə dəstək verməyə davam edəcəyik.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Rosen Plevneliev

Bolqarıstan Respublikasının sabiq Prezidenti (2012-2017),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin