Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Böyük gələcəyə baxış”ın nuru Böyük gələcəyə baxışdan gəlir

“Böyük gələcəyə baxış”ın nuru Böyük gələcəyə baxışdan gəlir

Bakı, 26 yanvar, AZƏRTAC

Hər kitab bir mətləbin sözlə ifadəsidir. Söz zaman-zaman mətləblər yaşadıb, mətləbləri yaşatmağa qadir olan işığa dönüb. Sözə dəyər verənlər bu işığı qüdrət işığı bilib. Mətləb Vətən üçündürsə, dövlət dövlətçilik üçündürsə, az qala müqəddəslik səviyyəsində dərk edilib. Yüz illərdir belə yaşanılıb, neçə yüz illər də (əbədiyyən) belə yaşadılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əməkdar jurnalist Rəşid Faxralının “Böyük gələcəyə baxış”ın nuru Böyük gələcəyə baxışdan gəlir” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Azərbaycanda müharibə ədəbiyyatı ləng yaransa da, sözün qüdrəti ilə istər tarix kimi, istərsə də ordunun döyüş əzminin, qələbə ruhunun ədəbi, bədii-tarixi kimi yarananlar düşüncələrin salavatı olurdu. O illərdə “Meşəli od içində”, “Murovun qəm karvanı”, “Ana, Murovdan gəlirəm” kimi kitablar müharibə tarixidir. Bunları Birinci Qarabağ müharibəsi dönəmində şair-publisist Abdulla Qurbani yazıb, döyüşlərin içində, döyüşənlərin sırasında. Özü də döyüşüb, sözü də (Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaniyə müharibə tarixinin gəzərgi (səyyar) ensiklopediyası desək, daha doğru olar). Bu kitablar zamanında məktəbli olanların, sonralar onların övladlarının döyüş ruhunun və qələbə əzminin ruh ortağı olub. Orta məktəb şagirdi kimi “Çingiz dastanı” kitabını oxuyanlar Vətən müharibəsi iştirakçısı oldular. Zəfər qazananların sırasında onlar da var idi.

Bu kitab tarix haqqında tarixi kitabdır. Tarixiliyi faktlarda, tarixi kitab olması faktların söz düzümündə, sözlə ifadəsində, faktlar (və hadisələr) arasında mahiyyətə müvafiq ortaqlıq, ümumilik yaşatmasındadır. Əlli il əvvəlin kursantı bu gün generaldır. Əlli il əvvəlin kursantı haqqında yazılanlar tarixin dünəninə ehtiramdır. “Böyük gələcəyə baxış” kitabı ehtiramın kitabıdır. Bu ehtiram zamanın (bu günün) zamana (dünənə, 50 il əvvələ) ehtiramıdır, müəllifin (Abdulla Qurbani) həmin ehtirama sayğısıdır. Bu, “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?” misralarının mahiyyətini yaşadan kitabdır. Söz şəkilləri, şəkillər sözü o qədər incəliklə tamamlayır ki, böyük gələcəyə baxışın doğmalığını sən də hiss edirsən, kitabı oxuduqca bu doğmalığın cazibəsinə düşürsən...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbinin açılması ilə bağlı deyib: “Biz bu işi başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi”. “Böyük gələcəyə baxış” ifadəsinin sevgi çalarını indi hamımız duyuruq, yaşayırıq, yaşadırıq. Abdulla Qurbani bu ifadəyə ədəbi-bədii ömür də verib.

Abdulla Qurbani yazır ki, 1970-ci ildə qəbul edilən müvafiq qərarın icrası ilə bağlı tədbirlər planının bir maddəsində yeni yaradılacaq respublika hərbi təyinatlı orta internat məktəbinə Cəmşid Naxçıvanskinin adının verilməsi qeyd olunub. 1938-ci il avqustun 12-də “Sovet hökumətinin qatı düşməni” kimi güllələnən Cəmşid xan Naxçıvanskinin adı Azərbaycanda əbədiləşdirilirdi, özü də Heydər Əliyev dühasının işığında. Bu işıq sovet hökumətinin rəhbərlərinin də gözlərini qamaşdırmışdı...

Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda ordu quruculuğu prosesinin 1993-cü ilin ikinci yarısından sonra elmi əsaslarla həyata keçirilməsinə başlandı. Bu prosesdə 1971-ci ildə böyük tarixi şəxsiyyət Heydər Əliyevin yaratdığı Hərbi Liseyin məzunları da böyük sevgi, dövlətə, dövlətçiliyə misilsiz sədaqətlə iştirak edirdilər. Bu Hərbi Liseyin yaradılması tarixin müəyyən dolaylarından keçib. Abdulla Qurbani tarixi faktlar fonunda məktəbin yaradılmasının azərbaycançılığa xidmətin nəticəsi kimi təqdim edib. Sonralar “Cəmşid Naxçıvanski adına Hərbi Lisey” adlandırılacaq bu məktəbə böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi fikirlərin işığından baxılır. Kitabda SSRİ maarif naziri S.Şerbakovun Məktəbin rəy kitabına yazdıqları zaman anlamında ötən illərin etirafı olsa da, bu hərbi təhsil ocağının fəaliyyətindən məmnunluq ifadə olunur: “Azərbaycandakı hərbi təyinatlı orta internat-məktəbdə böyük və vacib işlər görülür. Yaxşı zabit olmaq üçün çox şey öyrənmək lazımdır. Vətəni bacarıqla müdafiə etmək üçün hərbi texnikanı dərindən öyrənmək lazımdır. Burada isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi, şəxsən Heydər Əliyev hər cür şərait yaradıb. Arzu edirəm ki, bu gün burada təhsil alan gənclər, yeniyetmələr gə-ləcəkdə general olsunlar”. Oldular da. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də rəşadətlə döyüşdülər, döyüşləri hərb elminin tələbləri səviyyəsində idarə etdilər. Nəticədə qələbələr, şanlı Zəfər qazanıldı.

“Böyük gələcəyə baxış” kitab-albomu mahiyyət etibarilə tarixi kitab olsa da, onun publisistikaya söykənməsi, əksər faktların publisistik biçimdə verilməsi həm onun oxunaqlılığını artırır, həm də kifayət qədər təbliğati fakt olur. Hərbi xidmətə maraq, sevgi aşılayan hər əsər özlüyündə Vətənə xidmət ba-xımından sözün əsgərləşdirilməsidir. Bu kitab-albomun gərəkliliyini təkcə yubiley nəşri olması ilə məhdudlaşdırmaq günahdır, onun dəyəri həm də bu amillə bağlıdır.

Böyük sərkərdənin ömür yolu, xidmət yolu haqqında gərəkli, tarixi məlumatlar verilib ki, bu da oxucunun düşüncələrində yaranması ehtimal edilən bir sualın cavabı kimi alınmalıdır: Hərbi Lisey niyə məhz Cəmşid Naxçıvanskinin adını daşıyır? Abdulla Qurbani kitabda bu sualı Cəmşid Naxçıvanskini “Cəmşid Naxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda fədakarlıqlar göstərən böyük sərkərdə, fədaidir” kimi cavablandırıb.

Abdulla Qurbani Nəriman Nərimanovun müdaxiləsi ilə Nargin adasından xilas edilən Cəmşid Naxçıvanskinin xarakterinin işığı kimi qəbul ediləsi (və qəbul edilən) bir məqama söz ömrü verib: “Cəmşid Naxçıvanski elə bir peşəkar hərbçi, elə istedadlı və təcrübəli komandir, sərkərdə idi ki, sovet hökuməti də onu əlindən buraxmaq istəmirdi. Odur ki, onu yeni yaranmaqda olan Bakı Piyada Məktəbinə rəis müavini, az sonra rəis vəzifəsinə təyin etdilər...”. Bu gerçəklik də 50 illik yubileyinə söz abidəsi olan kitabda “Hərbi Lisey niyə məhz Cəmşid Naxçıvanskinin adını daşıyır?” sualına şair-publisist yozumudur.

Yeddi qardaşdan altısı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, sonra ali hərbi təhsil. Hamısı indi də hərbi xidmətdədir. Anaları həmin zabitlərin bir vaxtlar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alanda geyindiyi uniformaları indi də böyük sevgilərlə saxlayır. Bu fakt orduya sevgidir və orduya sevgi “Böyük gələcəyə baxış” kitabında böyük sevgilərlə təqdim edilib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin bütün dövrlərində (Birinci Qarabağ müharibəsində, atəşkəs dövründə, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin iyul döyüşlərində, Vətən müharibəsində) iştirak edib. Bu döyüşlərdə məktəbin məzunlarının iştirakı haqqında verilən gərəkli informasiyalar “Böyük gələcəyə baxış” kitabının həm də sabahların kitabı olduğunun zəmanətidir. Abdulla Qurbani döyüşlərdə iştirak etmiş məzun şəhid Milli Qəhrəmanların hər biri haqqında ayrıca oçerk yazıb. Bu oçerkləri səciyyələndirən hərbi anda (dövlətə, dövlətçiliyə) sədaqətdir. Bu sədaqətə sözün sədaqətidir. Mayor Rasim İbrahimov haqqında yazılanlar təəssüflə qürurun vəhdətidir. Qəhrəmanlığı sözün qüdrəti ilə tarixdə yaşatma niyyəti, şair-publisist missiyasıdır: “Rasim İbrahimovun taboru 1992-ci il iyunun 28-də Tuğ kəndi istiqamətində qızğın döyüşə atılıb. Döyüşdə düşmənə ağır zərbələr vurularaq, bir neçə mühüm dayaq nöqtəsi ələ keçirilib. Onlar Tuğ kəndinin 5 kilometrliyinə qədər irəliləyiblər. Lakin digər dəstə vaxtında köməyə gəlib çatmadığına görə tabor mühasirəyə düşüb. Cəsur komandir döyüşçülərin mühasirədən çıxması üçün son nəfəsinədək mübarizə aparıb. Ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirib. Son anda düşmənin əlinə keçməmək üçün “Azər-baycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”, - deyə əl qumbarası ilə özünü partladıb”.

Kitabda liseyin yaradılması tarixi, bu gərəkli ideyanın qarşısının alınmasına yönəldilən cəhdlər, bu cəhdlərin azərbaycançılıq qüdrəti ilə aradan qaldırılması, məktəbin hərbi təhsil strukturu kimi formalaşma mərhələləri, ... elmi, elmi-metodoloji baxımdan araşdırılıb. Araşdırmalar dahi rəhbərin qürurla dediyi “...Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxtlar Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun, əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovet İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovet İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovet İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi...” fikirlərini müəllif məktəbin yaradılması mərhələlərinin tarixi əsası kimi təqdim edib. Publisistik biçimdə təqdim edilən tarixi faktlar, sənədlər bu baxımdan tarixiləşdirilib ki, bu da “Böyük gələcəyə baxış” kitabının istər elmi, istərsə də publisistik dəyərini artırır.

Məzunların bu məktəbə ruhən bağlılığı yurd, ocaq sevgisinin göstəricisidir: Vətən, el-oba, yurd sevilir. Bu məktəb bütün “Naxçıvanskilər” üçün yurd, ocaq qədər əziz olub.

Abdulla Qurbani bu sevgini “Böyük gələcəyə baxış” kitab-albomunda duyğusallıqla verib. Məntiqi baxımdan o yolları ümumiləşdirən məqamı da müəyyənləşdirib: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin timsalında Vətən sevgisi. Bu sevgi məzunu Vətənə necə bağlayırsa, bu bağlılıq da oxucunu “Naxçıvanskilərin” ömür yoluna, hərbi xidmət yoluna elə bağlayır. Abdulla Qurbani hər iki bağlılığı sədaqət işığı kimi təqdim edib. O işıq azərbaycançılığın işığıdır.

Abdulla Qurbani yubiley kitabında bu məktublardan nümunələr təqdim edib ki, bu da “Naxçıvanskilər”in timsalında tarixin sabahına sevgi, dünəninə ehtiram kimi oxunur. Bu, kitab-albomun ədəbi, ədəbi-bədii dəyərlərindəndir: “Sizə “Qırmızı ulduz” ordenli Ryazan Ali Hərbi Avtomobil Mühəndislər məktəbinin kursantları - A.L.Əhmədov, N.İ.Adıgözəlov, S.Q.Quli-yev yazırlar. Bizim uğurumuzda çəkdiyiniz zəhmətə görə min-nətdarıq, təşəkkür edirik. Həyatımız boyu Sizə borcluyuq”.

Kitab təkcə faktlardan ibarət deyil, faktlara, sənədlərə istinad edilməklə yazılmış publisistik sənədli nəsrdir. Belə oxunacaq, belə yadda qalacaq, belə tarixiləşəcək. Yəni, “Böyük gələcəyə ba-xış” kitab-albomun boyu tarix müstəvisində aydınlığı ilə görünəcək. Həm də bir məqamın timsalında neçə-neçə analoji məqamları təəssübkeşliklə yaşadacağına görə: “Moskva Heydər Əliyevin Azərbaycanda milli hərbi kadrların yetişdirilməsini birmənalı qarşılamır. Azərbaycan KP NK bürosunun qərarı Moskvanın hədsiz narahatlığına səbəb olur. Necə ola bilər ki, Azərbaycan özünün hərbi məktəbini yaratsın?!” sorğusu təkcə vətənsevər bir şair-publisistin deyil, həm də xalqın adından de-yilirmiş kimi oxunur.

Sonralar Heydər Əliyevin adını daşıyan hərbi lisey Cəmşid Naxçıvanski adına Hərbi Liseyin mənəvi davamçısı oldu, Azərbaycanda hərbi təhsil sisteminə qoşuldu. Necə qoşuldu? - “Böyük gələcəyə baxış” kitab-albomunda bu sualın mahiyyəti sənədlərlə bədii təfəkkürün vəhdətilə açıqlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması haqqında deyib: “1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yarandı. Bu, keçmiş sovet respublikalarında analoqu olmayan məktəb idi. İndi Azərbaycan Ordusunda xidmət edən zabitlərin, generalların bir çoxu məhz bu məktəbin məzunlarıdır. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Amma Heydər Əliyev sanki bu müstəqilliyi, gələcəyi görürdü ki, bir gün Azərbaycan müstəqil olacaq və o orduda xidmət edən peşəkar kadrlar lazım olacaq. Cəmşid Naxçıvanski adına məktəbin Azərbaycanın müstəqil ordusunun formalaşma-sında çox böyük xidməti olub və bu, indi də davam edir”. Kitabın girişində verilən bu fikirlər “Böyük gələcəyə baxış”ı ümumiləşdirir və bundan sonra bütün dövrlərin yubileylərinin ideoloji möhürü kimi yaşadılacaq. Tarixin hökmü kimi.

Başlanğıc çətindir. Həm də imperiyanın ilhaq etdiyi bir respublikada. 1920-ci ildən 1991-ci ilin sonuna kimi müttəfiq respublikaların heç birində milli maraqlar mərkəzin razılığı olmadan gerçəkləşə bilməzdi. 1971-ci ildə Bakıda belə bir məktəb yaradılanda da imperiya xisləti azərbaycançılıq ruhunu boğmaq istədi. Bacarmadı, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Məktəbin ilk məzunlarının şəkillərinə baxırıq, hərbi formada gördüyümüz kursantlar ordumuzda dövlətə, dövlətçiliyə sədaqətlə xidmət ediblər. İctimaiyyət onların çoxunu yaxşı tanıyır. “Böyük gələcəyə baxış” kitab-albomu bugünkü “Naxçıvanskilər”in düşüncələrində qibtə yaradacaq, onları qibtənin ruh ortağı edəcək. Onlar da əmin olacaqlar ki, Abdulla Qurbaninin poetikləşdirdiyi bu məqam könül xoşluğuna çevriləcək:

Dünyanın gözəllik möcüzələri

Tanrı yaratdığı naxışdan gəlir.

“Böyük gələcəyə baxış”ın nuru

Böyük gələcəyə baxışdan gəlir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO