Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajadodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Seçkilərin demokratik, qanuni şəkildə keçirildiyini beynəlxalq müşahidəçilər, o cümlədən səsvermə prosesini izləyən Braziliya Federal Senatından iki həmkarım da təsdiq etdi. Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkənin tərəqqisinin, iqtisadi və sosial inkişafının, müxtəlif sahələrdə qazanılan uğurların davamlı olacağına inanıram.

Braziliya Federal Konqresində parlamentlərarası dostluq qrupunun həmsədri olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəyəm.

Sizi bir daha təbrik edirəm, cənab Prezident.

Hörmətlə,

 

Klaudio Kajado

Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı,

Braziliya-Azərbaycan parlamentlərarası dostluq

qrupunun həmsədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin