İDMAN
Braziliyada Kral Pele Günü təsis edilib
Bakı, 22 dekabr, AZƏRTAC
Braziliyanın Deputatlar Palatası (ölkə Konqresinin aşağı palatası) Kral Pele Gününün təsis edilməsi barədə qanun layihəsini təsdiq edib. Bu barədə “Estadao” nəşri məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, bayram futbol üzrə üçqat dünya çempionu Peleyə həsr olunub, bu günün noyabrın 19-da bütün ölkədə qeyd edilməsi təklif olunur. Braziliyalı 1969-cu ildə həmin gün öz karyerasında mininci qol vurub. İndi qanun layihəsinin mətni təsdiq üçün Senata göndəriləcək.
Aprel ayında Pele adı portuqal dili lüğətinə “ən yaxşı” sözünün sinonimi kimi daxil edilib.
Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib. Braziliyalı futbol üzrə üçqat dünya çempionudur. O, 18 il ərzində “Santos” klubunun tərkibində çıxış edib və komanda ilə birlikdə altı dəfə Braziliya çempionu olub. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi hücumçunu yüzilliyin ən yaxşı idmançısı elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [19:04]
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
- 20.05.2024 [18:36]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
- 20.05.2024 [17:36]
Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
- 20.05.2024 [17:13]
Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub
- 20.05.2024 [17:02]
Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
- 20.05.2024 [15:46]
Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib
- 20.05.2024 [15:24]
“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq
- 20.05.2024 [15:21]