Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Brüssel görüşü Cənubi Qafqazda ayırıcı xətləri daha da dərinləşdirdi ŞƏRH

Brüssel görüşü Cənubi Qafqazda ayırıcı xətləri daha da dərinləşdirdi  ŞƏRH

Bakı, 6 aprel, AZƏRTAC

ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü növbəti dəfə onu nümayiş etdirir ki, Qərbin ikili standartlar siyasəti situativ xarakter daşımır. Təəssüf ki, bu, çoxdan oturuşmuş siyasi düşüncə tərzidir. Əgər belə olmasaydı, qardaş Türkiyənin hələ ötən əsrin 60-cı illərindən etibarən Avropa Birliyinə birləşmək səyləri bu qədər müqavimətlə qarşılaşmaz, ayrı-seçkiliklə üzləşməzdi. Bu gün Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən eyni ölkələr uzun onilliklər ərzində Türkiyənin üzvlüyünə mane olublar. Baxmayaraq ki, onların əksəriyyəti qardaş ölkə ilə eyni hərbi-siyasi blokda-NATO-da təmsil olunurlar. Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı 1987-ci ildə irəli sürdüyü növbəti təşəbbüsü yalnız 12 ildən sonra -1999-cu ildə namizəd statusunda rəsmiləşdirildi. O vaxtdan indiyədək Türkiyəni Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi görmək istəməyənlər və buna müxtəlif bəhanələrlə mane olanlar, hələ ki, istədiklərini edə bilirlər. Halbuki, həmin müddətdə Avropanın irili-xırdalı neçə-neçə dövləti Avropa İttifaqına namizəd və ya tamhüquqlu üzv kimi qəbul olunub. Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikir elə həmin siyasi gerçəkliyi ifadə edir: “Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük”.

Brüsseldə keçirilən üçtərəfli görüş formatının tərkibi və yayılan foto-video çəkilişlərin özü belə, açıq-aşkar ayrı-seçkilik nümayişidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

O qeyd edib ki, ilkin məlumatlara görə, ABŞ və Aİ Ermənistana həcmi yüz milyonlarla ölçülən maliyyə yardımı göstərməyi planlaşdırırlar, eynilə Ukraynaya etdikləri kimi: “Belə çıxır ki, separatçılıqdan və işğaldan bu günün özündə də əziyyət çəkən Ukraynanın hüquqi statusu 30 illik separatçılıq və işğalçılıq keçmişi olan Ermənistanla eyniləşdirilir, onların hər ikisi ədalət tərəzisinin eyni gözünə qoyulur. Özü də bunu hüququn aliliyinə və ədalətə sadiq olduqlarını hər fürsətdə qabardan ölkə və təşkilatlar edirlər. Azərbaycan cəmiyyətinin haqlı olaraq qəbul etmədiyi elə bu cür ədalətsiz bərabərlik işarəsidir. Brüsseldə Ermənistanı himayəyə götürənlərin bugünkü davranış və ritorikası xalqımıza Minsk qrupunun uğursuz 28 illik vasitəçilik təcrübəsini xatırladır. Eyni vasitəçi ölkələr həmin dövrdə də işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın hüquqi və gerçək vəziyyətini ədalətsiz şəkildə eyniləşdirməklə məşğul olurdular”.

Deputatın sözlərinə görə, cəmiyyətimizdəki ictimai hiddətin və qınağın bir səbəbi də budur ki, ABŞ və Aİ kimi beynəlxalq birliyin iki aparıcı aktoru təşəbbüskarı olduqları Brüssel görüşünə, etdikləri ayrı-seçkiliyə hüquqdan və ədalətdən don geyindirməyə çalışırlar. İctimai rəyi manipulyasiya edərək elə rəy formalaşdırmaq istəyirlər ki, guya 30 il ərzində separatçılıqdan və işğaldan əziyyət çəkən, şəhər və kəndləri yerlə yeksan edilən, tarixi, mədəni və dini abidələri qəsdən təhqir olunan Azərbaycan deyil, işğalçı Ermənistandır. Amma belələri Aristotelin müdrik kəlamlarından birində ifadə olunan bu həqiqəti unudurlar: “Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”. Bu böyük həqiqəti görməzdən gələn, son dörd ildə ədaləti və beynəlxalq hüququ tapdalamaqdan sanki “zövq” alan Fransanın hazırkı Avropa və xarici işlər naziri Stefan Sejurne Brüssel görüşündən cəmi bir gün əvvəl bəyan etdi ki, guya Azərbaycan Ermənistana qarşı təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu cür uydurma bəhanə və yalanlar yalnız ona hesablanıb ki, Fransanın və NATO-ya üzv olan digər ölkələrin, eləcə də Avropa Sülh Fondunun Ermənistana göstərdiyi çoxşaxəli hərbi yardım kampaniyasına haqq qazandırılsın, “ədalətdən” don geyindirilsin. Dünya ictimaiyyəti çoxəsrlik nağıllardan birinə yenidən inanaraq düşünsün ki, guya “məzlum” Ermənistan təhlükə qarşısındadır, guya Azərbaycan ona qarşı müharibəyə hazırlaşır və buna görə də ABŞ başda olmaqla Avropa İttifaqı Ermənistandan öz dəstəyini əsirgəməməlidir. Təəssüf ki, bu cür nağıllara dünyada inananlar da var və bu işdə beynəlxalq media resurslarından aktiv şəkildə istifadə olunur. Onlarda tirajlanan feyk məlumatlar və həqiqəti təhrif edən informasiya çirkliliyi dünya ictimaiyyətini “məzlum və əzabkeş” Ermənistan obrazına yenidən inandırmaq məqsədini güdür. Məlum 907-ci Düzəlişin uzun illər işğaldan əziyyət çəkmiş, milyona yaxın qaçqın-köçkün problemi olan Azərbaycana qarşı qüvvəyə mindirilməsi isə, ümumiyyətlə, heç bir ölçüyə sığmır.

“Üçtərəfli görüşün təşkilatçıları nə qədər iddia etsələr də ki, məqsədləri Ermənistanın iqtisadi təhlükəsizliyinin təmin olunması ilə bağlıdır, atdıqları addımlar, verdikləri bəyanatlar və Ermənistanı davamlı şəkildə silahlandırmaları əsl hədəflərinin fərqli olduğuna işarə edir. Ermənistanı Cənubi Qafqazda özlərinin hərbi forpostuna çevirmək istəyənlər guya bilmirlər ki, son 30 ildə Ermənistanın yeganə hərbi hədəfi məhz Azərbaycan olub? Yaxud guya biz bilmirik və ya görmürük ki, müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistanın iqtisadi cəhətdən təhlükəsizliyinə verilən xarici “töhfə və qrantlar” həm də onun hərbi potensialının gücləndirilməsinə yardım etmək deməkdir.

Brüssel görüşünün təşkilatçıları Cənubi Qafqazda müəyyən etdikləri ayırıcı xətlərin artıq ayırıcı səddə çevrilməsinin əsasını qoydular. Bu cür təhlükəli ayrımçılıq gələcəkdə region ölkələri ilə yanaşı, Azərbaycanın da dövlət maraqlarını təhdid edə biləcək zəhərli toxumların indidən səpilməsi deməkdir. Ayrı-seçkiliyin səbəblərinə gəldikdə isə, bəziləri bunu yalnız mürəkkəb geosiyasi proseslərlə və dünyanı parçalamaq gücündə olan böyük dövlətlərin maraqları ilə izah etməyə çalışırlar. Amma təəssüf ki, cəhalətə, orta əsrlər təfəkkürünə söykənən və kifayət qədər üzdə olan səbəblər də mövcuddur. O da çox təəssüf ki, məhz bu cür cahil səbəblər ayırıcı xətlərin çəkilməsində bəzən həlledici rol oynayır. Avropa Parlamentində təmsil olunan deputatlardan bir çoxunun cahil və beynəlxalq hüquqa zidd olan təhlükəli bəyanatları, nə qədər acınacaqlı olsa da, bu gün bir çox Avropa siyasətçilərinin artıq gizlətmədikləri siyasi düşüncə tərzinə çevrilib. Belə zəhərli fikirlərin yanına demokratiyadan və insan haqlarından qoşulan epitetlər, Azərbaycanı hədəf seçən qərəzli qətnamə və bəyanatlar isə böyük fikir adamı Aristotelin vaxtilə dediyi kimi, ədalətsizliyə qanundan don geyindirmək cəhdindən başqa bir şey deyil”, - deyə Ülvi Quliyev vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən Avropa Parlamentinin və AŞPA-nın anti-Azərbaycan mahiyyətli, yalnız qərəzə söykənən qərar və qətnamələrinin əsl səbəbini açıq şəkildə ifadə etdi: “Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir”. Azərbaycanın etibarlı dostlarından biri olan Mövlud Çavuşoğlunun münasibəti də kifayət qədər diqqətçəkən idi: “Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələr var və onlar bu istiqamətdə öz siyasətlərini aparmağa çalışırlar”. Həmişə olduğu kimi, Türkiyənin rəsmi mövqeyi yenə də obyektiv və birmənalıdır. Qardaş ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Bu təşəbbüs Azərbaycanın mövqeyinə məhəl qoymur və sülh prosesinə deyil, Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirməyi planlaşdırır”.

Ətrafımızda baş verənlərlə bağlı cəmiyyətimizin haqlı narahatlığı başadüşüləndir, amma bütün bunları gözlənilməz hesab etmək doğru olmazdı. Prezident İlham Əliyev andiçmə mərasimində bu cür təhdidlərin, siyasi şantaj xarakterli addımların, qətnamə və bəyanatların qaçılmaz olduğunu və onların səbəbini açıq mətnlə bu cür ifadə etmişdi: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

“Cəmiyyətimiz bütün bunları bildiyi kimi, bədxahlarımız da bilməlidir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də şəksiz Lideri ilə bir yerdə, eyni siyasi cinahdadır. Ermənistana himayədarlıq edənlər ədaləti nə qədər gözdən salmağa çalışsalar da, onu da bilməlidirlər ki, xalqımızın öz haqqına, beynəlxalq hüquqa və ən başlıcası, Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyətinə inamı sarsılmazdır. Ona görə də tarixi Zəfərimizi həzm edə bilməyənlərin bütün çirkin planları bundan sonra da puç olacaq. Guya “məzlum” Ermənistana kömək etmək adı altında Azərbaycanın səbrini yenidən sınağa çəkmək istəyənlər gec-tez razılaşmalı olacaqlar ki, Cənubi Qafqazı Ermənistan vasitəsilə qlobal toqquşma məkanına çevirmək çox təhlükəli təşəbbüsdür və əslində, heç onların da maraqlarına uyğun deyil. Dünyanı idarə edən böyük güclər bir gün bunu da etiraf etməli olacaqlar ki, müharibəsiz, ayırıcı xətlərsiz, firavan Cənubi Qafqazla iqtisadi əməkdaşlıq etmək və bərabərhüquqlu siyasi əlaqələr qurmaq hamı üçün daha faydalıdır. Cənubi Qafqaz nə Şərqi Avropaya, nə də Yaxın Şərqə çevrilməməlidir, çünki təhlükəsiz dünya nizamı aparıcı aktorlardan və region ölkələrindən yalnız bunu tələb edir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa - MƏQALƏ

Xəzər rayonunda baş verən qəza Şüvəlan qəsəbəsi istiqamətində sıxlığa səbəb olub

Şuşada Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin VIII iclası keçirilir

Türkiyənin Afyonkarahisar şəhəri Azərbaycan şəhərləri ilə əməkdaşlığa hazırdır

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Helsinki kitabxanasından götürülən kitab 84 ildən sonra qaytarılıb

İtaliyada Natisone çayının daşması nəticəsində üç nəfər itkin düşüb

Rusiya neft məhsullarının tədarükü ilə bağlı Əfqanıstanla əməkdaşlıq edə bilər

Tayson və Paulun döyüşü təxirə salınıb

Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Hindistanda anomal istilər 50-dən çox insanın ölümünə səbəb olub

Baş nazir: Gürcüstan ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılmalıdır

Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Kolumbiyada körpü uçub, ölənlər var

ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar

Çin ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsinə qarşı çıxıb

“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb

Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Malaya Universitetində Cənubi Qafqazda sülh prosesi mövzusunda mühazirə təşkil olunub

Naxçıvanda “Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib

Milan şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

“Standart and Poors” Fransanın kredit reytinqini aşağı salıb

Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib

İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar

Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

Gürcüstanın Baş naziri ATƏT/DTİHB-ni sərt tənqid edib

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

Blinken: NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər

Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib

Gəncə Dövlət Universitetinin tələbələri mükafatlandırılıb

Suraxanıda “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib

Göygölə dolu düşüb

Tütün hər il dünyada 8 milyondan çox insanın həyatına son qoyur

Qızıl Avropa Liqası: Qadın voleybolçularımız qalib gəlib, kişilər isə növbəti məğlubiyyətlə üzləşib

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Füzulidə olublar

Mixail Neyjmakov: COP29 çərçivəsində nüfuzlu beynəlxalq aktorların nümayəndələri arasında əhəmiyyətli danışıqlar aparıla bilər – ŞƏRH

III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – YENİLƏNİB VİDEO

ADA Universitetinin və XİN-in birgə təşkilatçılığı ilə keçirilən bu ilin ilk “Xarici Siyasət Proqramı” başa çatıb

Məktəblilər uşaq yazıçısı “Gülzar nənə” ilə görüşüblər

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Azərbaycanın və Türkiyənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb

Ağsu sakini qonşusunu güllələyib

Ağdamda il ərzində 5 milyon kvadratmetr dam örtüyü istehsal ediləcək

Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Gədəbəydə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AQTA: Monitorinqlər zamanı 133 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında

Nobel mükafatçısı Əziz Səncər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

FHN Akademiyasındakı tədbirdə COP29 ilə əlaqədar radiasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışılıb

2024/2025-ci tədris ilində BDU-nun “SABAH” qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

Uşaq evlərinin 143 sakini üçün təlimlər təşkil olunub

Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik

Minaların ətraf mühitə təsirinin azaldılması ilə bağlı üçüncü beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib

Monitorinq Mərkəzi “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirib

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək

Bakıda “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı baş tutub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhedən

Naxçıvanda 14790 ədəd çətənə kolu məhv edilib

® “Kapital Bank” və “Qırmızı Ürəklər Fondu” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı yenidən çapa hazırlanır

Bakıda “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunub

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan

Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

AQC sədri: Məqsədimiz ortaq türk qiymətləndirmə standartlarını hazırlamaqdır

Türkiyə Superliqasının ən dəyərli futbolçusu və komandası açıqlanıb

“Masallı folkloru örnəkləri” kitabının III cildinin təqdimatı keçirilib

Qarabağ Universitetinin rektoru: Elan olunan vakansiyalara böyük maraq var - MÜSAHİBƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

III Beynəlxalq Minatəmizləmə Konfransının yekunlarına dair Bəyannamə qəbul edilib

Göyçayda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Ukrayna 75 nəfəri əsirlikdən geri qaytarıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

İrlandiyada Azərbaycan Bayrağı qaldırılıb

Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü Londonda qeyd olunub VİDEO

® “Azerconnect Group” “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görülüb

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirlərindən irəli gələn elmi məsələlər müzakirə olunub

Pekində robot taksilər işə salınacaq

Türkiyə klubu Əmrə Bələzoğlu ilə yollarını ayırıb

“Qərənfil” körpələr evi-uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü

MDB-nin Gənclər paytaxtı Daşkənd şəhəri Qlobal Gənclər Festivalına ev sahibliyi edəcək

Sədr: KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması üçün təkliflər nəzərdən keçirilir

"Femida Könüllüləri" təşkilatının 50-dən çox gənci vəkil bürolarında fəaliyyətə başlayacaqlar

Azərbaycan boksçusu: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm

Dünya ölkələrinin media nümayəndələri Türkiyənin termal turizm paytaxtını ziyarət ediblər

Nazir müavini: Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatı yaradılıb