Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Brüssel üç gün ərzində: Flandriyanın inciləri

Bakı, 14 yanvar, AZƏRTAC

Belçika və onun paytaxtı Brüssel mənalı istirahəti sevənlər üçün ideal seçimdir. Şübhəsiz ki, formasına görə molekula bənzəyən bina, Köhnə dünyanın ən əhəmiyyətli görməli yerlərinin cəmləşdiyi park, yaxud Avropada daşlaşmış dinozavr qalıqlarından ibarət ən böyük kolleksiyanın təqdim edildiyi muzey dünyanın ən baxmalı-görməli yerləri ilə maraqlanan səyyahlara çox maraqlı gələcək. Biz Brüssel ilə tanışlığı davam etdiririk. Burada turistləri hər addımbaşı maraqlı kəşflər gözləyir.

Atomium molekula odadır

Parisin ən tanınan rəmzi Eyfel qülləsidirsə, Brüsselinki Atomiumdur. Bu iki tikili arasında ümumi cəhət çoxdur. Hər ikisi Ümumdünya sərgisi münasibətilə inşa edilib, hər ikisi texniki tərəqqini nümayiş etdirmək məqsədi daşıyıb, hər ikisindən müşahidə meydançası kimi istifadə olunur. Ancaq Atomium qüllə deyildir. O, kristallik vəzi şəbəkəsinin 165 milyard dəfə böyüdülmüş fraqmenti formasında mürəkkəb arxitektura qurğusudur.

Bu unikal tikili 1958-ci ildə Brüsseldə keçirilmiş “Expo” Ümumdünya sərgisinin açılışı üçün ucaldılıb. Arxitektor Andrey Vaterkeyn onu atom əsrinin və atom enerjisindən dinc məqsədlərlə istifadənin rəmzi kimi düşünüb. O dövrdə ABŞ ilə SSRİ arasında güclü qarşıdurma vardı. Bu da sərginin məzmununda əksini tapıb. Bu ölkələrin pavilyonları iki nüvə dövlətinin barışmaz qarşıdurmasını nümayiş etdirirdi.

Ümumi konstruksiyada birləşmiş 9 kürədən (atomlardan) ibarət tikilinin hündürlüyü 102 metr, çəkisi 2400 tondur. Əvvəllər alüminium təbəqə ilə örtülüb. Kürələr arasında eskalatorlarla və liftlə hərəkət edirlər. 2006-cı ildə Atomium əsaslı təmir edilib və üzərinə parıldayan polad təbəqə çəkilib. Qurğu gecə saatlarında 2970 işıq-diod lampası ilə işıqlandırılır.

Atomiumun içərisində gəzib-dolaşmaq çox maraqlıdır. Beş kürədə yerləşən 8 pavilyon camaat üçün açıqdır. Atomium tuneləbənzər keçidlərlə sürrealist gəzinti ilə yanaşı, geniş ictimaiyyət üçün nəzərdə tutulmuş müxtəlif sərgilər təqdim edir. İki pavilyonda “Expo-58” sərgisindən və binanın tarixindən söhbət açan daimi ekspozisiya yerləşir. Digər üç pavilyonda arxitektura, dizayn və cəmiyyətə həsr olunmuş müxtəlif müvəqqəti ekspozisiyalar təşkil edilir. Məsələn, biz orada olanda 1923-cü ildən 2001-ci ilədək Belçikada fəaliyyət göstərmiş “Sabena” dövlət aviaşirkətinin 78 illik fəaliyyətini əks etdirən sərgi keçirilirdi. Gəncləri maarifləndirmək üçün də Atomiumdan geniş istifadə olunur. Burada şagirdlər üçün seminarlar keçirilir.

Lap yuxarıda yerləşən kürədən Brüsselə gözəl mənzərə açılır. Hava yaxşı olanda hətta Brüsseldən 40 kilometrdən çox məsafədə yerləşən Antverpen də 92 metr yüksəklikdən görünür. Bu səviyyədə Atomiumun restoranı yerləşir və elə belə də adlanır: “Panoramic”. Müşahidə meydançasından məşhur “Mini-Avropa” miniatür parkı ovuc içi kimi görünür. İnsanlar Atomiumda olandan sonra adətən bu maraqlı parka baxmağa yollanırlar. Biz də belə etdik.

Miniatür Avropa və sirli ev

“Mini-Avropa” parkında bütün Avropa İttifaqını cəmi bir neçə saata gəzib dolaşmaq olar. Burada 24 min kvadratmetr ərazidə Köhnə dünyanın 80-dən çox şəhərinin təqribən 350 monumentinin maketləri təqdim edilib. Bütün modellər 1/25 miqyasında çox böyük dəqiqliklə hazırlanıb. Bunun sayəsində müxtəlif konstruksiyaları və texnoloji nailiyyətləri, o cümlədən binaları, nəqliyyat vasitələrini, diqqətəlayiq təbiət guşələrini asanlıqla müqayisə etmək olar. Parkın daha bir çox gözəl özəlliyi var: burada eksponatlara nəinki baxmaq, həm də onlarla “oynamaq”, məsələn, Vezuvi vulkanını püskürtmək, Berlin divarını sökmək, Sevilya arenasında öküzə qalib gəlmək olar. Relslər üzərində qatarlar hərəkət edir, yollarda avtomobillər şütüyür, süni çaylarda gəmilər üzür. Londondakı Biq-Ben qülləsinin saatı lap özünün orijinalı kimi dəqiq vaxtı göstərir. Miniatür monumentlərin yanında qazonlar salınıb, cırtdan bonsay ağacları əkilib.

Maraqlıdır ki, layihələrin çoxu onların aid olduğu Avropa ölkələri və regionları tərəfindən maliyyələşdirilib. Brüsseldəki Qrand Plas meydanı kimi, bəzilərinin dəyəri 350 min avroya çatır. Başqa cür ola da bilməz, axı detalların sayı çoxdur. Meydanda hətta Belçika mənşəli Hollivud aktyoru Jan Klod Van Dammın məşhur şpaqat hərəkətini etdiyi vəziyyətdə heykəlini də görmək olar.

Amma gəlməyə dəyərdi. İldə 370 mindən çox qonaq qəbul edən və 3 milyon avroluq illik dövriyyəsi olan “Mini-Avropa” Brüsselin ən gediş-gəlişli məkanlarından biridir.

“Oyuncaq” Brüsseldə gəzişdikdən sonra real Brüsselə keçək. Səfərin təşkilatçısı, Flandriyanın Turizmin İnkişafı Ofisi bizim üçün daha bir sürpriz hazırlamışdı. Biz sıravi turistlərin az məlumatlı olduğu unikal evə getməliydik. Bu, məşhur flamand arxitektoru və dizayneri Viktor Ortanın evi və emalatxanasıdır. O, XIX əsrdə Avropada yaranmış yeni dekorativ sənət üslubunun - ar-nuvo arxitekturasının ən görkəmli nümayəndələrindən biridir. Arxitekturaya töhfəsinə görə Belçika kralı Viktor Ortaya baron titulu verib. Brüsseldə V.Orta tərəfindən inşa edilmiş 4 bina - “Tassel”, “Solvay” və “Van Eetvelde” otelləri, sözügedən mənzil-emalatxana UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda V.Orta muzeyi də elə bu qeyri-adi evdə yerləşir.

Üçmərtəbəli evin özəlliyi onun qeyri-adi planlaşdırılmasında və detallarındadır. Bina V.Ortanın bir növ “laboratoriyası” olub. O, burada öz dövrünün ən yaxşı texnologiyalardan istifadə edərək, müxtəlif tikinti metodlarını tədqiq edib. Malikanə daxildə bir-biri ilə birləşən iki korpusdan ibarətdir. Özü də evin hər bir hissəsinin özünəməxsus görkəmi var. V.Orta ənənəsinə görə, binanın yaşayış hissəsi iş məkanından (indiki halda söhbət arxitektorun emalatxanasından gedir) ayrıdır. Bütün konstruksiyanın mərkəzi hissəsi pilləkəndir. Bilavasitə əsas pilləkən üzərində şüşə tavan görünür. Hətta mürəkkəb konstruksiyası olan giriş qapısı da elə layihələndirilib ki, malikanənin xidmət heyəti, ev sahibinin ailəsi və qonaqlar dəhlizdə üzləşmirlər. Əlqərəz, bu evi görməyə dəyər!

Evin içində modern üslubunda mebel kolleksiyasından, sənət əsərlərindən, V.Orta və onun müasirlərinin istifadə etdikləri alətlərdən, arxitektorun həyatı ilə bağlı sənədlərdən ibarət daimi ekspozisiya yerləşir. Çox vaxt burada V.Orta və onun sənəti ilə bağlı müvəqqəti sərgilər də keçirilir.

Sənət dağı, Tintin və iquanodon sürüsü

Brüsselin tarixi hissəsinin düz mərkəzində yerləşən əzəmətli Qrand Plas meydanında artıq olmuşuq (bax: http://azertag.az/xeber/Brussel_uch_gun_erzinde_VIDEO-1025314 ). İndi şəhərin ikinci mərkəzinə - Kral meydanının yerləşdiyi Sənət dağına baş çəkmək vaxtı çatıb. Bu iki meydan arasındakı məsafə bir o qədər də böyük deyil: piyada cəmi on dəqiqə. Yolda biz Brüsselin daha bir mühüm özəlliyinə - evlərin divarlarına çəkilmiş komiks səhnələrinə diqqət yetirdik. Burada hər yerdə komikslərə təsadüf olunur. Avropa məkanında Belçika əsl komikslər paytaxtıdır. Komikslərin milli mədəniyyətə və yerli sakinlərin şüuruna bu dərəcədə dərindən nüfuz etdiyi ikinci ölkənin adını çəkmək çətindir. Belçikanın əsas “komikslər şəhəri” isə Brüssel sayılır. Burada hətta divarları müxtəlif komiks personajları ilə bəzədilmiş çoxlu sayda evin daxil edildiyi turizm marşrutları da fəaliyyət göstərir. Əsas komiks qəhrəmanı isə Tintindir. Rəssam Erje tərəfindən düşünülmüş gənc reportyor obrazı, görünür, Belçikanın ən məşhur komiks personajıdır. Stiven Spilberqin 2011-ci ildə çəkdiyi “Tintinin macəraları” animasiya filmindən sonra hətta komikslərlə maraqlanmayanlar belə onu tanıdılar. Hərçənd Belçikanın digər cizgi filmi qəhrəmanları - Smurfiklər də ölkənin hüdudlarından kənarda yetərincə məşhurdur. Əgər komikslərlə maraqlanırsınızsa, Komikslər Muzeyinə getmək sizin üçün maraqlı olar. Bəli, Brüsseldə belə bir muzey də var.

Gəlib Sənət dağına çatdıq. Bu ad ona elə-belə verilməyib, çünki bura başdan-başa çoxsaylı maraqlı muzeylərlə doludur. Məsələn, ar-nuvo üslubunda tikilmiş gözəl binada yerləşən Musiqi Alətləri Muzeyi, erkən dövrə aid flamand rəssamlarının əsərlərinin və ata Piter Breygelin 5 əsərinin nümayiş etdirildiyi Köhnə İncəsənət Muzeyi, “Fin-de-Siecle” Simvolizm və Modernizm Muzeyi və bir çox digər muzeylər. Kral meydanındakı muzeylərdən ən yenisi - 2009-cu ildə açılmış Rene Maqritt Muzeyidir. Sürrealizm cərəyanının kralı R.Maqritt 1898-ci ildə Brüsseldə anadan olub və əsərlərinin çoxunu doğma şəhərində yaradıb. Onun əsərləri mükəmməl rəsm texnikası, habelə adi əşyaların qeyri-adi vəhdəti ilə fərqlənir. R.Maqritt adət etdiyimiz gerçəklik qavrayışını şübhə altına alan vizual paradoks ustasıdır. Onun ağıllı və təhrikedici obrazları çox vaxt həm təbəssüm, həm də həyəcan doğurur. Şübhəsiz ki, 200-dən çox əsərin nümayiş etdirildiyi Rene Maqritt Muzeyi də Brüsselin ən maraqlı mədəni məkanlarından biridir.

İcazə verin, bizdə güclü təəssürat oyadan daha bir muzey barədə sizə məlumat verim. Söhbət Təbiət Elmləri Muzeyindən gedir. Onun kandarından keçənlər sanki qeyri-adi kəşflər və unudulmaz hisslər vəd edən maraqlı səyahətə yollanırlar. Muzeyin əsas özəlliyi onun ekspozisiyasının interaktiv olmasındadır. Yəni muzeyə gələnlər eksponatlarla əlaqə yarada bilərlər. Odur ki, bu muzeyə getmək uşaqdan böyüyə hər kəs üçün maraqlıdır. Məsələn, düymələri basmaqla, nəsli kəsilmiş heyvanların səslərini eşitmək, viktorinada iştirak etmək olar. Təbiət Elmləri Muzeyində Yer kürəsində həyatın inkişafı prosesi canlandırılır. Çoxlu unikal eksponat, məsələn, XX əsrin əvvəlində nəsli kəsilmiş kisəli canavarın, yaxud Tasmaniya canavarının müqəvvası, yaxud Ay daşları və meteoritlər, o cümlədən Avropa ərazisinə düşən 435 kiloqram ağırlığında ən böyük meteorit nümayiş etdirilir. Burada heyvanat aləminin nəsli kəsilmiş nümayəndələri ilə yanaşı, muzey vivariumunda saxlanılan suda-quruda yaşayanlara və həşəratlara tamaşa etmək olar.

Amma insanları cəlb edən əsas eksponat dinozavrlardır. Xalq arasında bu muzeyi dinozavrlar muzeyi adlandırırlar. Axı Avropada dinozavr skeletlərindən ibarət ən böyük kolleksiya bu muzeydədir. Məşhur daşlaşmış heyvan qalıqları 1878-ci ildə Valloniya ərazisində yerləşən kömür şaxtasında 322 metr dərinlikdən tapılmış 29 iquanodon skeletidir. Qazıntılar zamanı skeletlərinin əksəriyyəti bütünlüklə saxlanmış bütöv bir iquanodon sürüsünün tapılması vaxtilə paleontologiyada əsl sıçrayış olub. Alimlər dinozavrın xarici görünüşünün rekonstruksiyasındakı xətaları məhz bu tapıntı sayəsində düzəltməyə müvəffəq olublar.

Bununla belə, Belçika paytaxtında maraqlı muzeylər hələ çoxdur: Kral İncəsənət Muzeyi, Hərb Muzeyi, Avtomobil Muzeyi, İncəsənət və Tarix Muzeyi, Mərkəzi Afrika Kral Muzeyi, Tramvay Muzeyi və sairə və ilaxır. Şübhəsiz ki, bu muzeylərin hamısına baş çəkməyə üç gün yetərli deyildir. Əvəzində Brüsselə qayıtmağa və bu çoxşaxəli şəhərin tükənməz sərvəti ilə tanışlığı davam etdirməyə bəhanəmiz olacaq.

Son söz yerinə

Turistlər üçün praktiki tövsiyələrin nə qədər əhəmiyyətli olduğunu bildiyimiz üçün biz müxtəlif ölkələrə gəzintilərin təşkili ilə bağlı şəxsi təcrübəmizi oxucularla bölüşməyə çalışırıq. Biz növbəti dəfə əmin olduq ki, ölkələrini şərti sərhədlər ayıran, ümumi viza rejiminin qüvvədə olduğu Avropa kombinə edilmiş turlar üçün gözəl fürsətdir. Səfərimizə Fransadan başladıq. Qatara minib oradan rahatlıqla Belçikaya gəldik və səfərimizi burada bitirdik. Paris aeroportuna geri dönməmək üçün bizə Brüssel-Bakı aviareysi lazım idi. Bu məsələnin ideal həllini Ukrayna Beynəlxalq Hava Yollarının uçuş cədvəlində tapdıq. Bu aviaşirkətin reysləri Bakını həm Paris, həm Brüssellə, eləcə də dünyanın bir çox digər şəhərləri ilə bağlayır. Ukrayna Beynəlxalq Hava Yollarının marşrut şəbəkəsi son dərəcə genişdir. Özü də Bakı-Kiyev-Paris, yaxud Brüssel-Kiyev-Bakı tranzit aviareysi, demək olar, birbaşa reys qədər vaxt aparır: təqribən 5,5-6 saat. Yeri gəlmişkən, Bakıdan Avropanın bir şəhərinə uçub, asanlıqla digər şəhərindən geri qayıtmaq olar. Odur ki, bu meydan, bu da şeytan. Avropa bizə hələ bu qədər yaxın olmayıb.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eyfel qülləsini ziyarət haqqı artırılır

Çexiyada 2 mindən çox gümüş sikkə tapılıb

Yaponiyada zəlzələ baş verib

Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Stokholm marafonu zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib

OPEC ölkələri hasilatı yenidən azalmağa qərar verib

Çexiyada 18 nəfəri ildırım vurub

Salyanda fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi açılıb

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi 1/4 finala yüksəlib

"Qarabağ"ın futbolçusu: Əziyyətimizin bəhrəsini mövsümün sonunda gördük

Azərbaycan millisinin basketbolçusu: Qarşıdakı oyunlar daha çətin olacaq

Tahir Gözəl: Futbolçularımla qürur duyuram

Baş məşqçi: İnanıram ki, basketbolçularımız Paris Olimpiadasında daha fərqli oynayacaqlar

İtaliyada daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb

ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən məhkəmə müsabiqəsinin qalibi məlum olub

“ECOVELOFEST”də Şirvan-Salyan Regional Təhsil İdarəsini 11 müəllim təmsil edib

Qurban Qurbanov: "Zirə" büdcəsi ilə bizə qalib gəldi

"Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb

Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri başa çatıb

Rəşad Sadıqov: Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm

Azərbaycan basketbol millisi Qəbələdəki turnirdə ikinci oyununu keçirib

“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB

“Circus Sea Breeze” Xəzərin sahilində yay mövsümünü açıq elan edib

Azərbaycan Kubokunun finalı: “Qarabağ” hesabı açıb

Bu gün Maksim Medvedev karyerasını bitirəcək

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın olub VİDEO

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

“ETS2” direktivi İsveçdə yanacaq qiymətlərinin artmasına səbəb olacaq

Azərbaycanın İrlandiyaya yeni təyin olunmuş ilk fəxri konsulu ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər açıqlanıb

Azərbaycan Premyer Liqasına yüksələn klub baş məşqçi ilə yollarını ayırıb

Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb

“Azərbaycan Ticarət Evi” Doha şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisini təşkil edib

Astarada yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

“The Peninsula” qəzeti Qətər-Azərbaycan əlaqələrindən yazıb

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB