Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bu gecə Braziliyada futbol üzrə Amerika kubokuna start veriləcək

Bu gecə Braziliyada futbol üzrə Amerika kubokuna start veriləcək

Bakı, 14 iyun, AZƏRTAC

Şənbə gününə keçən gecə futbol üzrə Amerika kubokuna start veriləcək. 12 komandanın iştirak edəcəyi turnir Braziliya və Boliviya yığmaları arasında matçla başlanacaq. Cənubi Amerikanın bu əsas beynəlxalq turniri iyunun 15-dən iyulun 7-dək Braziliyanın Rio-de-Janeyro, San-Paulu, Belu-Orizonti, Portu-Aleqri və Salvador şəhərlərində yerləşən 6 stadionda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirin ilk oyunu “Morumbi” stadionunda təşkil olunacaq. 77.011 tamaşaçı tutan bu stadion “Marakana”dan (78.838 tamaşaçı tutur) sonra ikinci ən böyük stadiondur. Amerika kuboku matçlarının keçiriləcəyi digər 4 stadion bunlardır: “Arena-Korintians”, “Mineyrao”, “Arena-Qremio” və “Fonte-Nova”.

2015-ci və 2016-cı illərdə keçirilmiş əvvəlki iki turnirdə Çili yığması qalib gəlmişdi. Hər iki finalda bu komandanın rəqibi Argentina yığması olub və hər iki halda Çili yığması penaltilər hesabına qalib gəlib. Argentinalıların ikinci məğlubiyyətindən sonra bu komandanın kapitanı Lionel Messi milli komandada karyerasını başa vurduğunu elan edib, lakin 7 həftədən sonra qərarını dəyişib.

Qarşıdakı Amerika kuboku İspaniyanın “Barselona” komandasının kapitanından ötrü yığma ilə birlikdə turnirin qalibi olmaq üçün son imkanlardan biridir. Amerika kuboku dövründə 32 yaşı tamam olacaq hücumçu üçün bu qələbə xüsusilə əhəmiyyətli ola bilər, çünki onun əsas media antaqonisti Kriştianu Ronaldu keçən həftə Portuqaliya yığmasına Millətlər Liqasının mükafatını qazanmaqda kömək edib. Həm də 2016-cı ilin Avropa çempionu olan portuqaliyalı hazırda milli komandanın heyətində qazanılmış titulların sayına görə liderdır.

2016-cı il Amerika kuboku Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) və bu turnirin ilk dəfə keçirilməsinin 100 illiyinə həsr edilmişdi. Həmin kubokda 16 yığma iştirak edirdi, qarşıdakı birincilikdə isə 12 komanda mübarizə aparacaq. O vaxt 10 komanda Cənubi Amerika regionunu, qalan 6 yığma (ABŞ, Meksika, Kosta-Rika, Yamayka, Panama və Haiti komandaları) isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasını (KONKAKAF) təmsil edirdi. Budəfəki turnir 1993-cü ildən bəri meksikalıların iştirak etməyəcəyi ilk birincilik olacaq. Qarşıdakı turnirdə Cənubi Amerika yığmalarının rəqibləri 2019-cu il Asiya kubokunun finalçıları - Qətər və Yaponiya komandaları olacaq.

Braziliya yığmasının əsas ulduzu, Fransanın PSJ komandasının hücumçusu Neymar bu turnirdə oynamayacaq. Buna səbəb 27 yaşlı hücumçunun iyunun 5-də Qətər komandasına qarşı yoldaşlıq matçında aldığı zədədir: diz oynaqlarında yaranmış zədə onun meydana çıxmasına imkan verməyəcək. Qeyri-rəsmi məlumata görə, Neymarın müalicəsi təqribən altı həftə davam edəcək. Amerika kubokunda onu İngiltərənin “Çelsi” komandasının hücumçusu Villian əvəz edəcək. Xatırladaq ki, 2013-cü ildə Mahaçqalanın “Anji” komandasında çıxış edən Villian Rusiya çempionatının 17 matçında bir qol vurub və altı səmərəli ötürmə edib.

Bu turnirdə iştirak edəcək daha 5 futbolçu müxtəlif illərdə Rusiya klublarının heyətində oynayıb: braziliyalı müdafiəçi Tiaqo Silva (o, səhhətindəki problemlərlə əlaqədar Moskvanın “Dinamo” komandasının heyətində heç bir oyunda iştirak edə bilməyib), onun venesuelalı həmkarı Con Çanselyor (keçən il “Anji”nin heyətində keçirdiyi 13 matçda cəmi 1 top vurub), perulu Karlos Sambrano (2016/17-ci illər mövsümündə “Rubin” komandasının heyətində 24 görüş keçirib, bu oyunlarda bir səmərəli ötürmə edib), digər perulu Karlos Kueva (2018/19-cu illər mövsümünün birinci yarısında “Krasnodar”ın heyətində 15 matç keçirib və 1 səmərəli ötürmə edib) və argentinalı yarımmüdafiəçi Leandro Paredes (2017-ci ilin ortalarından 2018-ci ilin sonuna qədər “Zenit”in heyətində keçirdiyi 61 matçda 10 qol vurub və 15 səmərəli ötürmə edib).

Hazırda Rusiya Premyer-Liqasında (RPL) oynayan 3 futbolçu Amerika kubokunda iştirak edəcək: “Krasnodar”ın və Ekvador yığmasının kənar müdafiəçisi Kristina Ramires (75 oyun, 6 səmərəli ötürmə), “Zenit”in və Kolumbiya komandasının mərkəz yarımmüdafiəçisi Vilmar Barrios (14 oyun, 1 qol), “Lokomotiv”in və Peru yığmasının hücumçusu Cefferson Farfan (66 görüş, 24 qol və 12 səmərəli ötürmə).

Uruqvay yığması Amerika kuboku turnirində digər komandalardan daha çox qalib gəlib (15 dəfə, sonuncu titul 2011-ci ildə qazanılıb). Cənubi Amerikanın daxili arenada ən uğurlu komandalarının siyahısında ikinci yeri Argentina (14 dəfə, 1993), üçüncü yeri Braziliya yığması tutur (8 dəfə, 2007).

Turnirin bütün tarixi ərzində ən yaxşı bombardir adını argentinalı Norberto Mendes və braziliyalı Zizinyo bölüşdürür. Onların hərəsi 17 qol vurub. Ayrılıqda Amerika kubokunda heç bir futbolçu 9-dan çox qol vura bilməyib. 9 qol vuran 3 nəfər olub - braziliyalı Jair, argentinalı Umberto Maskio və uruqvaylı Xavyer Ambroys.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar