CƏMİYYƏT
Bu ilin dörd ayında DSMF-də 95 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
![Bu ilin dörd ayında DSMF-də 95 minə yaxın vətəndaş müraciəti cavablandırılıb](/files/2024/2/1200x630/1716373575159499214_1200x630.jpg)
Bakı, 22 may, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 94 min 963 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, onlardan 85 min 285-i rəsmi məktub və telefon zəngi, 9 min 678-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.