SİYASƏT
Budapeştdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib
Budapeşt, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Budapeşt şəhərindəki Azərbaycan Evi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə, Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəlik Ofisinin rəhbəri Yanoş Hovari, Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt