Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Caspian Event Organisers” şirkəti payız mövsümündə 13 tədbir keçirməyi planlaşdırır

“Caspian Event Organisers” şirkəti payız mövsümündə 13 tədbir keçirməyi planlaşdırır

Bakı, 11 sentyabr, AZƏRTAC

“Caspian Event Organisers” (“CEO”) şirkəti payız mövsümündə 13 tədbir keçirməyi nəzərdə tutur.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, sentyabrda Azərbaycanın ticarət-sənaye sərgiləri bir daha öz qapılarını ziyarətçilərin üzünə açacaq. Daxili və xarici bazarlar arasında mühüm birləşdirici bənd funksiyasını yerinə yetirən sərgilər yerli innovativ layihələrin reallaşdırılması üçün aparıcı texnologiya və kapitalın cəlb olunmasına, eləcə də yerli məhsulların satışına kömək edir, “Made in Azerbaijan” brendinin təşviqinə də şərait yaradır. “Caspian Event Organisers” tərəfindən təşkil olunan və dövlət strukturlarının dəstək verdiyi 13 sərgi iqtisadiyyatın qeyri-neft sektorunun müxtəlif mövzularını əhatə edəcək. Bu il Azərbaycanın iki ənənəvi sərgisi - “BakuBuild” və “Bakutel” 25 illik, “Caspian Ecology” sərgisi isə 10 illik yubileylərini qeyd edir. Həmçinin cari ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgi və forumu da keçiriləcək.

Bu ilin sərgi mövsümü II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift & Promo Fair” və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint” sərgiləri ilə başlayacaq. “Gift & Promo Fair” sərgisi hədiyyə sektorunun özünəməxsus vitrininə çevriləcək, biznes hədiyyələrinin, reklam və promo suvenirlərinin, eləcə də sevdikləriniz və dostlarınız üçün hədiyyələrin geniş seçimini təklif edəcək. “AdPrint 2019” sərgisində vizual reklam texnologiyaları, mətbəə və poliqrafiya xidmətləri, reklam xidmətləri və tanıtımı, reklam qablaşdırılması və etiketlər və başqa məhsullar təqdim ediləcək. Builki sərgilərdə 40 şirkət iştirak edir. “Gift & Promo Fair” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və digər məhsullar sərgilənəcək. Sahə mütəxəssisləri üçün nəzərdə tutulmuş proqrama müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, defile və sair kimi tədbirlər daxil olacaq. Sərgilər sentyabrın 12-14-də “Boulevard Hotel Baku”da keçiriləcək.

Sərgi mövsümü oktyabrın 10-12-də XIII Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi ilə davam edəcək. Sərgi Təhsil Nazirliyinin dəstək və iştirakı ilə keçirilir. Sərginin xarici iştirakçıları sırasında Almaniya, Belarus, Çexiya, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə və Ukraynanın nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Belarusun Təhsil Nazirliyi, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu və Şahid Behişti adına Tibb Universiteti sərgidə debüt edəcək. Lexoslar, CLASS/VR kimi avadanlıq təmin edən şirkətlər də iştirakçılar sırasındadır. Sərgidə, həmçinin Azərbaycanın ADA, Dillər, İqtisad, Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki, Azərbaycan, Bakı Dövlət və Bakı Slavyan universitetləri və sair kimi aparıcı ali təhsil müəssisələri iştirak edəcəklər. Sərginin baş sponsoru “Kapital Bank”dır.

Daha sonra sərgi mövsümü XXV yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo”, XII Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” və XII Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securex Caspian” sərgilərini özündə cəmləşdirən “İnşaat həftəsi”ndəki təkliflər toplumu ilə davam edəcək. “İnşaat həftəsi” oktyabrın 22-25-də “Bakı Ekspo” Mərkəzində keçiriləcək.

“BakuBuild” sərgisinin yubileyi intensiv iş rejimində: təqdimatlar, ikitərəfli görüşlər, müsabiqələr və seminarlarla müşayiət olunacaq. Sərgi iştirakçıları sırasında Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya və digər ölkələrin milli qrupları yer alırlar. Bu il Türkiyənin milli stendi, eləcə də Rusiyanın Kirov və Penza regionlarının stendləri sərgidə debüt edir. Yerli istehsalçı və distribüterlər tədbirdə böyük tərkibdə iştirak edəcəklər. Sərginin sponsoru qismində isə tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir.

İlk dəfə olaraq “Сaspian Еvent Оrganisers”in təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə “BakuBuild” sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bildirib ki, “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi Prezident İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm - dəstək tədbirindən biridir. Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq və yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Qeyd edib ki, gələcəkdə təşkil olunacaq digər sərgilərdə də bu mexanizmin tətbiq olunacağı nəzərdə tutulub.

“Сaspian Еvent Оrganisers”in baş direktoru Fərid Məmmədovun sözlərinə görə, AZPROMO və “CEO” şirkəti arasında mövcud əməkdaşlıq əlaqələri alıcı missiyasının təşkili ilə yeni mərhələyə qədəm qoyur. Azərbaycan məhsullarının ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədi ilə reallaşdırılacaq bu dəstək tədbiri yerli və xarici iş adamları arasında işgüzar dialoqun qurulması və qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində mühüm rol oynayacaq.

Təşkilatçıların məhsul portfelinə daxil olan yeni layihə noyabrın 6-7-də “JW Marriott Absheron Baku” otelində keçirilməsi planlaşdırılan Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex 2019” sərgi və forumu olacaq. Tədbir sektorun müxtəlif mütəxəssislərini, o cümlədən rəqəmsal səhiyyə mütəxəssislərini sənayenin gələcək inkişafı məqsədilə bir araya gətirmək üçün nəzərdə tutulub. “Medinex” sərgisi 3 zonadan ibarət olacaq: “Showcase”, “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası”. Sərgidə tibbi texnika və avadanlıqlar, dərman preparatları, ortopedik və stomatoloji avadanlıqlar, tibb müəssisələri və apteklər üçün xüsusi mebellər və başqa məhsullar təqdim ediləcək. “Medinex” sərgisi Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. “Medinex” sərgisi ilə paralel olaraq Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan 2019” sərgisi keçiriləcək.

Daha sonra X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi keçiriləcək. Sərgi öz stendi ilə tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərgidə Azərbaycan, Rusiya, İsveçrə, Xorvatiya, İtaliya, Fransa, Almaniya və Böyük Britaniya şirkətləri iştirak edəcək. Sərgi üçün işgüzar proqram və əlavə tədbirlər proqramı hazırlanıb. Yubiley tədbirin sponsor heyəti sərginin yüksək statusunu əks etdirir. Qızıl sponsor qismində “Mətanət A” şirkəti çıxış edir. “Holcim Azerbaijan” şirkəti, həmçinin sərginin sponsorları sırasındadır. Sərginin yubileyi münasibətilə təşkilatçılar hələ ilin əvvəlində öz sosial məsuliyyət proqramları çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlər keçirməyə başlayıb - plastik paket və “beyc”lərdən tam imtina edərək, reklam məhsullarının hazırlanması zamanı təkrar emal olunan materiallara üstünlük verirlər.

Ənənəvi olaraq, mövsümə öz 25 illik uğurlu yubileyini qeyd edən Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar - “Bakutel” sərgisi ilə yekun vurulacaq. Bu il sərgi yeni brend və formatda təqdim ediləcək. Builki sərginin xüsusiyyəti əsas diqqətin texnologiyaların özünə deyil, qabaqcıl texnologiyaların köməyi ilə səhiyyə, inşaat, neft-qaz sənayesi və təhsil kimi sahələrdə real tapşırıqların həllinə yönəldilməsidir. Sərgi xüsusilə ixtisaslaşmış seminarlar, yeni məhsulların təqdimatı və “B2B” formatlı görüşlərin daxil olduğu maraqlı işgüzar proqramla da mütəxəssislərin diqqətini cəlb edəcək. Sərgi ilə yanaşı, ardıcıl olaraq ikinci il “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “Bakutel Tech Talks” platforması 3 müzakirə sessiyasından ibarət olacaq. Artıq ənənəvi olaraq “Bizimkilər” sessiyasında xaricdəki tanınmış IT şirkətlərində çalışan həmvətənlərimiz çıxış edəcək. İkinci “Women Tech Talks” sessiyasında IT sahəsində uğurlara imza atan qadınlar iştirak edəcək və hazırda üzərində çalışdıqları layihələr barədə məlumat verəcəklər. Üçüncü “FinTech Talks” sessiyasında bank və IT sektorlarının nümayəndələri yaxın gələcəkdə tətbiqi zəruri olan texnologiyaları müzakirə etmək üçün bir araya gələcəklər. Builki sərginin yeniliyi sərgi salonunda yerləşən, biznes və gündəlik həyat üçün şirkətlərə təqdimat formasında innovativ həll variantlarını elan etmək imkanı verən “İnnovasiyalar zonası” adlı interaktiv platforma olacaq.

Sərgidəki ab-hava parlaq yubiley tədbirləri ilə daha da dolğun olacaq. Həmçinin burada ziyarətçilərə “VR” və “AR” texnologiyalarına əsaslanan məhsulların, yeni robot texnikaları və digər məhsulların təqdim ediləcəyi ayrıca “Oyun zonası” yerləşəcək. Sərginin sponsorlarından biri qismində İsveçrənin “Mitto” şirkəti çıxış edir. Sərgi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və fəal iştirakı ilə keçiriləcək.

Sərgilər ilə əlaqədar olan tədbirlərə hələ sərgilər başlamazdan əvvəl başlanılacaq. Eksponentlər təşkilatçılar tərəfindən iştirakçıların sərginin bütün resurslarından səmərəli şəkildə istifadəsinə və nəticədə də sərgidən daha çox fayda əldə etməsinə kömək etmək məqsədi ilə keçirilən işgüzar səhər yeməyində bir araya gələcəklər. Hər sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər, müzakirələr və müsabiqələr təşkil ediləcək.

Beləliklə, Azərbaycanın paytaxtını yenidən işgüzar tədbirlər ilə dolu sərgi mövsümü gözləyir. Hər sərgi tədricən əməkdaşlıq layihələrinə çevrilən və maliyyə dividentləri gətirən geniş işgüzar əlaqələr zonası yaradır. Hər il sərgiləri minlərlə alıcı və əməkdaşlıqda maraqlı olan insanlar ziyarət edirlər. Öz təchizatçıları olsa da, onlar hər il daha sərfəli təkliflər almaq, innovasiyalar ilə tanış olmaq və öz təchizatçılarının zamanla nə dərəcədə ayaqlaşdıqlarını müqayisə etmək üçün sərgiləri ziyarət edir. Məlum olduğu kimi, kim sərgidə iştirak etmirsə, o, bazarda da iştirak etmir. Ziyarətçilər üçün payız sərgilərinə qeydiyyat artıq sərgilərin bütün veb-saytlarında açıqdır.

Sərgilər Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Bu il sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage” yer alırlar. “Uşaq zonası” üzrə tərəfdaş - “Bağçam” Uşaq Bağçaları Şəbəkəsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək