ORDU
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində 22 dəfə pozulub VİDEO
Bakı, 10 oktyabr (AZƏRTAC). Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 22 dəfə pozulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 9-da və 10-da gecə Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ermənilər Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [15:51]
Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb VİDEO
- 20.05.2024 [12:54]
Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib
- 19.05.2024 [13:21]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 18.05.2024 [10:04]