Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Cəfər Cabbarlı həftəsi” davam edir

Bakı, 29 noyabr, AZƏRTAC

Böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi şərəfinə düzənlənən "Cəfər Cabbarlı həftəsi" davam edir.

AZƏRTAC xəbər verir ki, həftə çərçivəsində bir sıra sənət ocaqları görkəmli dramaturqun əsərlərini yeni quruluşda sənətsevərlərə təqdim edib.

Belə sənət ocaqlarından biri də Sumqayıt Dövlət Dram Teatrıdır. Teatr festival həftəsinə öz töhfəsini “Solğun çiçəklər” tamaşası ilə verib. Sumqayıt teatrı hələ bu mövsümün əvvəlində "Solğun çiçəklər"i təhvil verdiyindən və təbii ki, ölkə mətbuatı tamaşa barədə məlumat və resenziyalar dərc etdiyindən yubilyar şəhərdən gələn tamaşaya maraq çox böyük idi. Sumqayıtlıların “Solğun çiçəklər”inə baxmağa dəyər" niyyətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına üz tutanlar peşman olmadılar...

Gerçəkdən də, daha çox televiziya və kino lentlərindən tanıdığımız rejissor Elşən Zeynallı insan cəmiyyətində mənəviyyatın maddiyyata qurban getdiyini faciəli sonluqla bitirən "Solğun çiçəklər"ə çox maraqlı səhnə həlli tapmışdır.

Saranın halal haqqı olan, lakin atasının vəfatından sonra əlindən alınmış, Pərini “sərfəli nişanlı” məqamına qaldıran, sevgi, yoxsa sərvət dilemması qarşısında aciz qalan Bəhramın düşüncəsini alt-üst edən, sədaqətli nökər Əbdülün gözündə nifrət yuvasına çevrilən malikanə arxa planda qalır, hadisələr ön səhnə - birbaşa tamaşaçının gözü qarşısında baş verir. Tamaşa bununla iki mühüm mətləbi seyrçiyə ötürür: yəni, sən də belə hadisələrin iştirakçısına çevrilə bilərsən, ikincisi, insan var olduqca həyat üçün ən vacib olanı onun şəxsi ləyaqəti, sevgiyə sədaqəti, həyatda öz gücünə ayaq üstə durub yaşamaq cəhdidir.

“Solğun çiçəklər” tamaşasında əsas rollarda Əməkdar artistlər Sədaqət Nuriyeva (Gülnisə), İzaməddin Bağırov (Əbdül), Cəlal Məmmədov (Bəhram), aktyorlar Şəhla Məmmədova (Sara), İlahə Səfərova (Pəri) çıxış edirlər. Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynli, musiqi tərtibatçısı İradə Muradovadır.

Həftə çərçivəsində növbəti tamaşanı Gəncə teatrı təqdim edib. Gəncə Dövlət Dram Teatrı “Cəfər Cabbarlı həftəsi” çərçivəsində ədibin “Dönüş” pyesinin tamaşası ilə paytaxt sakinlərinin görüşünə gəldi. Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılan səhnə əsəri maraqlı səhnə həlli (quruluşçu rejissor - İradə Gözəlova, quruluşçu rəssam - Mirzə Mehdi) ilə tamaşaçıların alqışını qazanıb.

Əsər tamaşaçı salonu ilə birbaşa ünsiyyəti ehtiva edən, adət etmədiyimiz formada təqdim olundu. Bundan başqa, izləyici ilə interaktiv oyun qurmaq və pyesdən irəli gələn teatr effektini tamaşaçılar orada yoxmuş kimi yaratmaqla həll baxımından maraqlı və cəsarətli xırdalıqlar edilmişdi. Rejissorun “əsrlərin toqquşması” kimi təsnifat verdiyi səhnə işində vahid bir xətt var idi: bütün qaranlıqların işığı səhnədən keçir.

Tamaşada əsas hadisələr xaricdə təhsil alıb Azərbaycana qayıdan Gülsabahın ətrafında cərəyan edir. Teatr kollektivini yeni repertuar, yeni üsul, nizam-intizam uğrunda mübarizəyə çağıran, mövcud nöqsanları kollektivin köməkliyi ilə aradan qaldırmağa çalışan gənc aktrisa hər kəsin əsas hədəfinə çevrilir. Onu narahat edən əsas nöqsan isə teatr kollektivinin yenilikdən qorxaraq, köhnəliyə pərəstiş etməsi olur ki, kulminasiya nöqtəsində də məhz bu məqam dururdu. Gənc nəsillə yaşlı nəsil arasında fikir ayrılığı - “əsrlərin toqquşması” - sonda yenə də sənətin qələbəsi ilə başa çatır.

Yaşanan intriqa, yaranan söz-söhbətləri kənardan izləyən işıqçı Ötgün gördüklərini qələmə alır. Yazdığı pyesi bir neçə nəfərə, o cümlədən gənc və ötkəm xarakterə malik rejissor Bayrama göstərir. Nəticədə əsər səhnələşdirilir və məlum olur ki, tamaşaçının bayaqdan izlədiyi, əslində, Ötgünün pyesi əsasında hazırlanan tamaşa imiş. Məlum olur ki, Gülsabah sözügedən o mühafizəkarlığı aradan qaldırmağı bacarıb və teatr müasirləşməyə doğru gedir, özünün əsl simasında - ayna funksiyasında tamaşaçı qarşısına çıxır.

Əməkdar artistlər Ramiz Vəliyev (Xosməmməd), İlham Hüseynov (Qüdrət-Arslan), aktyorlar Kəmalə Məmmədova (Gülsabah), Samir Abbasov (Əmrulla), Günay Cabbarova (Turac), Murad Rüzigar (Bayram), Ruslan Hüseynov (Zaman) və digərlərinin rol aldığı tamaşa aktyor oyunu baxımından da təbii idi. Axı hər zaman dondan-dona girərək, müxtəlif obrazlara bürünən aktyorlar, bu dəfə özlərini oynayırdılar.

Teatr mühitinin nöqsan və çatışmazlıqlarını gözlər önünə sərildiyi tamaşa maraqla, qəribə bir rəğbətlə qarşılandı.

Rejissor tamaşaçını əsas mətləbdən yayındırmaq üçün iki ağıllı üsula da əl atmışdı; bütün cəsarətli gedişlərdən sonra ya “parodiya”ya eyham vurur, ya da kütləvi populyar, qarmaqarışıq musiqilərlə balansı qorumağa çalışırdı.

Tamaşaçının da adekvat reaksiyaları var idi. Gah ağır mətləblərin hasilinə gülür, gah düşünür, gah da qəzəbli təsdiqləyici işarələr verirdi. Yəqin elə belə də olmalı idi: həyatın aynası olan səhnə kimi gerçək və səmimi...

"Cəfər Cabbarlı həftəsi"nin növbəti təqdimatı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olacaq. Bir müddətdir ki, teatrda C. Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında qurulacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.

Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı, aktyorlar Kərəm Hadızadə, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Günel Məmmədova, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Xaliq Bəkirov, Vüqar Məmmədəliyev, Ceyhun Məmmədov, Ramil Məmmədov, Rəşad Səfərov, Vahid Orucoğlu, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Aydın Dəmirov, Mirzəağa Mirzəyev, Könül Əbilova, Aygün Fətullayeva, İlahə Əmirxanova, Hilal Dəmirov, Nəzrin İsmayılzadə və İmran Qurbanov rol alıblar.

Qeyd edək ki, Cəfərə Cabbarlı ən yaxşı əsərlərindən olan “Oqtay Eloğlu”nu 1922-ci ildə qələmə alıb. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkib. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. O, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir.

Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: “Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam”.

Müəllif Oqtayı teatr fədaisi kimi təqdim edir. O, xalqının maariflənməsi, cəhalətdən qurtulması, Avropa dəyərlərinə yaxınlaşması yolunun milli teatrdan keçdiyini düşünür. Buna görə də milli teatr yaratmaq Oqtay üçün bir ideala, həyat amalına çevrilir. Mövhumatın, geriliyin hakim kəsildiyi cəmiyyətdə bu heç də asan iş deyil. İnsanlar teatrı qiymətləndirmir, aktyora oyunbaz kimi baxırlar. Müsəlman qadınları çadra altında gəzirlər, səhnəyə çıxmağa cürət etmirlər. Daha acınacaqlı cəhət isə odur ki, Oqtay çalışdığı teatr truppasında da Mazandaranski, Şalıqulu, Şəkinski, Xaspolad kimi əslində teatrdan və milli təəssübkeşlik hissindən uzaq adamlarla əhatə olunur. Onlar milli teatr yaratmaqda Oqtaya kömək etmək əvəzinə, işləri pozub onu gülüş hədəfinə çevirməyə çalışırlar. Lakin bütün bunlar Oqtayı tutduğu yoldan geri döndərə bilmir. O, milli teatr yaratmaq uğrunda hər çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa hazırdır.

Oqtay müəyyən mənada müəllifin prototipidir. Məlumdur ki, C.Cabbarlı cəmiyyətin tərəqqisində teatrın rolunu yüksək qiymətləndirirdi. Beləliklə, dramaturq teatrla bağlı düşüncələrini sevə-sevə yaratdığı səhnə fədaisi Oqtayın dilindən ifadə edib.

İnanırıq ki, bu gün təqdim ediləcək bu tamaşa da böyük dramaturqun 120 illiyinə növbəti töhfə olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı