Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 51-ci buraxılış mərasimi keçirilib

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2023-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Hərbi Liseyin 51-ci buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Liseydə ucaldılan büstləri ziyarət olunub.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Sonra liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək, əlamətdar gün münasibətilə məzunları Azərbaycan Respublikasının müdafiə nazirinin adından və öz adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edilib ki, buraxılış mərasiminin təsadüf etdiyi 15 iyun tarixi həm də Azərbaycan xalqının Milli Qurtuluşu, dövlətçiliyin və mənəvi dəyərlərin xilası günüdür. Böyük xilaskar, Ulu Öndər Heydər Əliyevin atdığı mühüm addımlardan biri də C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması olub. Milli zabit kadrlarının hazırlanmasında xüsusi rolu olan C.Naxçıvanski adına Hərbi Liseyin bu gün də Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.

"Ulu Öndər bu təhsil ocağının yaradılması üçün böyük sınaqlar və təzyiqlərlə qarşılaşmışdı və həyatı boyu da doğma liseyə öz övladı kimi böyük qayğı göstərmişdi. Ümummilli Lider özü də bu təhsil ocağının yaradılmasını yüksək qiymətləndirirdi. O bildirirdi ki, liseyin əsasını qoyanda Azərbaycan xalqının öz milli azadlığını əldə edəcəyinə və müstəqil Azərbaycan dövlətinin yaranacağına əmin idi. Uzaqgörən siyasətçi sizi müstəqil Azərbaycan Ordusuna xidmət edəcək zabitlər kimi görürdü. Bu gün Azərbaycan müstəqildir, dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Sizin xidmət edəcəyiniz Azərbaycan Ordusu da hazırda dünyanın ən güclü ordularından biridir. Siz Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən qurulan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə inkişafının ən yüksək nöqtəsində olan Azərbaycan Ordusunda xidmət edəcəksiniz.

Son illər Prezident İlham Əliyevin qayğısı və göstərişləri əsasında Hərbi Liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb, hərbi lisey yenidən qurulub. Burada Azərbaycan Ordusunun ən təcrübəli zabitləri komandirləriniz olduğu kimi, respublikanın ən hazırlıqlı müəllimləri də müxtəlif fənlər üzrə biliklər öyrədiblər. Həmin zabitlər və müəllimlərin zəhməti nəticəsində hərbi liseydə təhsilin səviyyəsi respublika üzrə çox yüksək göstəricilərə malikdir. Şübhə etmirik ki, bu gün buraxılışına toplaşdığımız kursantlar əldə etdikləri yüksək göstəricini gələcək fəaliyyətləri dövründə də göstərəcək və bilikli zabitlər kimi Azərbaycan Ordusunda xidmətlərini davam etdirəcəklər. Hərbi Liseyin məzunları arasında xeyli sayda zabit hazırda Azərbaycan Ordusunda çox məsuliyyətli vəzifələri tutur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində Hərbi Liseyin məzunları yüksək vətənpərvərlik nümunəsi nümayiş etdiriblər. Bunun nəticəsidir ki, hərbi liseyin məzunları arasından 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb", - deyə H.Piriyev bildirib.

Liseyin müəllimi Rəna Seyidrzayeva və kursant Elxan Səfərlinin anası Təranə Səfərova məzunlara uğurlar diləyərək, onlara Vətənə layiqli zabit olmağı arzulayıblar.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən XI siniflərin buraxılış imtahanında yüksək nəticə (274 bal) toplayaraq kurs birincisi olan kursant Emil Bayramlı kursantlar adından çıxış edib. Onlara göstərilən etimadı doğruldacaqlarını, növbəti ali hərbi təhsilləri dövründə daha da inamla çalışaraq gələcəkdə peşəkar zabit olacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib.

Çıxışlardan sonra tədrisdə və intizamda fərqlənən liseyin kursantlarına attestat və liseyin döş nişanı təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə məzun rəmzi vurulub.

Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib və təntənəli marşla tribunanın önündən keçib.

Bu günün onun üçün çox əlamətdar olduğunu bildirən kursant Yusif Hacızadə deyib: "İki il ərzində lisey bizə ikinci ev oldu, zabitlərdən və müəllimlərdən həm bilik, həm də həyat dərsi aldıq. Bizə sevgi və dəstəyini əsirgəməyən zabitlərə və müəllimlərə minnətdarlığımı bildirirəm. Ən böyük arzum Heydər Əliyev adına Hərbi İnstitutu bitirib azad edilmiş ərazilərdə Vətənə xidmət etməkdir. Biz qəhrəman şəhid və qazilərimizin şərəfli həyat yolunu özümüzə örnək götürərək, daim Vətənin keşiyində ayıq-sayıq dayanacağıq".

Kursant Rəvan Əsədov çətin, bir o qədər də şərəfli yola ilk addımlarını bu təhsil ocağında atdığını, Hərbi Liseyin məzunu olmağın onun üçün çox böyük fəxarət olduğunu diqqətə çatdırıb: "Buradan həm sevinc, həm də kədərlə ayrılırıq. Hərbi lisey bizi gələcəyin hərbçiləri kimi hazırlamaqla yanaşı, dostluğu, sədaqəti öyrətdi. Burada özümə sadiq və etibarlı dostlar qazandım. Üzərimizdə əziyyəti olan bütün müəllim və zabitlərimizə minnətdaram".

Kursant Anar Əliyev kiçik yaşlarından hərbçi olmaq istədiyini, arzusuna çatmaq üçün ilk addımlarını Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almaqla atdığını bildirib: "İki il ərzində müəyyən biliklərə yiyələndim. Hərbi liseyin şəhid və qazi olan məzunlarının həyat və döyüş yolu bizim üçün mayak oldu. Onların davamçıları kimi Vətənə, xalqa layiqli xidmət edəcək, Hərbi Liseyimizin adını hər zaman uca tutacağıq".

Qardaşı - kursant Ayxan Hüseynovla fəxr etdiyini deyən Ayşə Hüseynova deyib: "Atam hərbçi, eyni zamanda, Birinci Qarabağ müharibəsi qazisi idi. Qardaşımın da hərbçi olmasını çox istəyirdi. Təəssüf ki, bu günü görmək ona nəsib olmadı. Lakin sevinirəm ki, qardaşım Ayxan atamızın bu arzusunu gerçəkləşdirmək üçün atdığı addımla onun ruhunu şad etdi".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub VİDEO

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb VİDEO

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir FOTO

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib