Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cənubi Qafqaz: Azərbaycan-Türkiyə birliyi yeni geosiyasi dinamika işığında

Cənubi Qafqaz: Azərbaycan-Türkiyə birliyi yeni geosiyasi dinamika işığında

Bakı, 29 iyun, AZƏRTAC

Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsinin rəsmi açılışı ilə bağlı ekspertlər bütövlükdə Cənubi Qafqazı əhatə edən məsələlər kontekstində bu bölgənin geosiyasi gələcəyinin müxtəlif aspektlərini analiz edirlər. Maraqlı tezislər irəli sürülür. Xüsusilə bu subregionun təhlükəsizliyinin təmini məsələsi maraq doğurur. Həmin bağlılıqda Gürcüstan rəhbərliyinin TANAP-ın açılışında iştirak etməməsi bir sıra suallar yaradıb. Ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının perspektivinin geosiyasi analizi daha da aktuallaşıb. Məsələyə geniş müstəvidə yanaşdıqda, əslində, meydana hansısa ciddi maneənin çıxdığını görmürük. Əksinə, qlobal geosiyasi proseslərin təhlili başqa əhəmiyyətli məqamı ortaya çıxarır. Belə ki, Azərbaycan-Türkiyə əməkdaşlığının Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün daha böyük önəm kəsb etdiyi qənaəti alınır. Bunun fonunda Gürcüstanın mövqeyi də maraq doğurur. Ermənistanın regionda baş verən proseslərdən təcrid olunması, Rusiya və İranın xarici siyasətində müəyyən düzəlişlərin müşahidə edilməsi Cənubi Qafqaza necə təsir edə bilər? Bu müstəvidə Azərbaycan-Türkiyə əməkdaşlığı hansı məzmun kəsb edir? Bu sualların analizini aktual hesab edirik.

Bir fakt: əməkdaşlıq imkanları azalırmı?

Dünyada geosiyasi proseslərin gərginliyi yüksəldikcə onun müxtəlif regionlara təsiri də fərqli məzmun çalarları alır. Cənubi Qafqaz bu baxımdan daha çox maraq doğurur. Son zamanlar bu subregionda hadisələrin intensivliyi artıb. Burada ekspertlərin diqqətini daha çox Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri ilə bağlı meydana gələn geosiyasi faktorlar cəlb edir. Rəsmi Bakı bir-birinin ardınca qlobal siyasətə belə təsir edən beynəlxalq layihələri həyata keçirir. Bakı-Tbilisi-Qarsın açılışından sonra qlobal enerji təhlükəsizliyi üçün prinsipial əhəmiyyət daşıyan TANAP-ın işə salınması özlüyündə əhəmiyyətli hadisə kimi qəbul edilməkdədir. Bu layihədə çoxlu sayda dövlət iştirak edir və onlara yenilərinin qoşulması gündəmdədir. Yəni, bu mənada TANAP-ı haqlı olaraq “enerjinin İpək Yolu” (Rəcəb Tayyib Ərdoğan) adlandırmaq olar.

Təbii ki, TANAP-ın işə salınmasına müxtəlif geosiyasi aspektlərdən yanaşmaq olar. Bizim üçün onların sırasında Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının perspektivi əhəmiyyət daşıyır. Həm də bu məsələ ekspertlərin gündəmində TANAP-ın açılışında Gürcüstan Prezidenti və ya Baş nazirinin iştirak etməməsi ilə yenidən öz aktual yerini tutub. Əslində, Türkiyə Prezidenti R.T.Ərdoğan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilini bir neçə gün öncə açılış mərasiminə dəvət etmişdi. Yəni, Türkiyə ev sahibi olaraq Gürcüstan tərəfinə yüksək hörmətini ifadə etmişdi.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazqan səfərin baş tutmayacağı haqqında informasiyanı son anda aldıqlarını, bunun səbəbini isə bilmədiyini bəyan edib. Buna baxmayaraq, Gürcüstan İctimai Televiziyasına verdiyi müsahibədə xanım səfir, Gürcüstanı həmişə özlərinə yaxın hiss etdiklərini də söyləyib (bax: Посол Турции не знает, почему президент Грузии не участвовал в церемонии открытия TANAP / "Грузия Online", 12 iyun 2018).

Bu məsələ Azərbaycan və Gürcüstan ekspertləri arasında da müzakirə edilib. Hər iki tərəf baş verən hadisənin üç dövlət arasındakı münasibətlərə zərər verməyəcəyi qənaətindədir. Gürcüstan ekspertləri G.Marqvelaşvilinin Türkiyəyə ölkədəki daxili vəziyyətə görə gedə bilmədiyini deyirlər. Başqa arqumentlər gətirənlər də var. Ancaq bütün hallarda açılış mərasimində Tbilisinin səfir səviyyəsində təmsil olunmasının Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinin məzmun, məqsəd və məramlarına uyğun gəlmədiyi qənaəti mövcuddur.

Lakin siyasətdə emosiyalarla hərəkət etməyin bir faydasının olmadığı da məlumdur. Şübhə yoxdur ki, G.Marqvelaşvilinin TANAP-ın açılış mərasimində iştirak etməməsi üç dost ölkə arasındakı münasibətlərə kölgə sala bilməz. Azərbaycan və Türkiyə rəhbərliyi həmişə ağıl, təmkin, səbir və uzaqgörənliklə düşünüblər. Gürcüstanın hazırkı vəziyyətini çox gözəl bilirlər. Bununla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyəni çoxlu sayda beynəlxalq layihələr birləşdirir. Gürcüstan mühüm nəqliyyat marşrutunun üzərindədir. Dost gürcü xalqı ilə münasibətlərin daim yüksək səviyyədə olması üçün Bakı və Ankara tarixi addımlar atıblar.

Sirr deyil ki, Azərbaycan rəhbərliyi ən çətin anlarında Gürcüstanın müstəqilliyinin yanında olub. Qonşu dövlət faktiki olaraq enerji cəhətdən iflas ərəfəsində olanda ulu öndər Heydər Əliyev yardım əlini uzatdı və bunu Azərbaycan xalqı tam anlayışla qəbul etdi. Prezident İlham Əliyev də yüksək səviyyədə Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafı üçün addımlar atmaqdadır.

Gürcüstan rəhbərliyi bütün bunları yüksək qiymətləndirir və Azərbaycanla əməkdaşlığın inkişafı üçün çalışır. Türkiyənin regionda nüfuzunun daha da yüksəlməsi ilə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı möhkəmlənir və yeni perspektivləri meydana çıxır. Məhz bu tezisin işığında ölkələr arasında əlaqələrin geosiyasi dinamikasının çalarları üzərində bir qədər geniş dayanmaq lazım gəlir.

Azərbaycan-Türkiyə-Gürcüstan: regional reallıqlar prizmasından baxış

Təbii ki, Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinə qlobal və regional geosiyasi dinamikadan kənarda baxmaq doğru olmazdı. Hazırda bu aspektdə kifayət qədər mürəkkəb və mənası hələ tam anlaşılmayan proseslər gedir. Ermənistanda “küçə demokratiyası”nın üstün gəlməsi, Tbilisidə isə bir kriminal hadisəni ümummilli səviyyəyə yüksəldən etiraz aksiyalarının başlaması, hətta bu kontekstdə Gürcüstanda vəzifədə olan azərbaycanlılardan bəzilərinin zərər çəkməsi, ABŞ-ın İran siyasətinin kəskinləşməsi, Rusiya-ABŞ münasibətlərinin daha da gərginləşməsi, Moskvanın özünə yaxın regionlarda mövqeyini daha da möhkəmləndirmək üçün müəyyən addımlar atması və digər məsələlər nəzərə alınmalıdır.

Aydın hiss edilir ki, Gürcüstanın xarici siyasətində müəyyən çətinliklər meydana gəlib. Bu ölkəni özü də istəmədən böyük dövlətlər geosiyasi mübarizələrinin hədəfinə çevirirlər. Baş nazir Georgi Kvirikaşvilinin və baş prokurorun istefa verməsi adi hadisələr deyil. Kənardan sakit görünən Gürcüstanda daxili siyasi vəziyyəti “qaynadanlar” fəallaşıblar.

Proseslərin hansı istiqamətdə cərəyan edəcəyi aydın deyil. Nikol Paşinyanın bu ölkəyə səfəri daha çox suallar yaratdı. Onun emosional və bir qədər müəmmalı dostluq mesajları arxasında nələrin dayandığı aydın olmadı. Şübhəsiz, özlüyündə N.Paşinyan və onun təmsil etdiyi forpost Ermənistan geosiyasi proseslərdə sıfırdır, əsas məsələ N.Paşinyanın ağalarının hansı mesajları gürcü tərəfinə çatdırması ilə bağlıdır. Gürcüstan tərəfinə Abxaziyadan Ermənistana yol açılması ilə bağlı yeni təzyiqlər mümkündür. Bu təzyiqlərin mənbəyi Qərb də ola bilər.

Təsadüfi deyil ki, bu məsələyə İsveçrənin bir şirkəti də qarışmağa çalışır. Bu şirkət Abxaziyadan daşınmaları boynuna götürüb. Bu kontekstdə həmin şirkətin malları Abxaziyadan Ermənistana daşıması ehtimalı istisna deyil. Ermənistana hər il yüz milyonlarla dollarlıq yardım edən Amerika və ya ermənilərin ənənəvi havadarları olan Fransa, Almaniya, İngiltərə, Rusiya nədən etiraz etsinlər?

Belə bir şəraitdə Gürcüstanın təhlükəsizliyi daha da aktuallaşmış olur. Onun geosiyasi oyunların mərkəzinə atılması Cənubi Qafqazda bir çox məsələləri daha da qarışdıra bilər. Ekspertlər bütün bunları nəzərə alaraq Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının enerji, iqtisadiyyat, ticarət və nəqliyyatla yanaşı, təhlükəsizlik sferasında da xeyli aktuallaşdığı qənaətindədirlər. Məsələyə başqa bucaq altında baxanda Bakı və Ankaranın geosiyasi rolu ilə bağlı maraqlı məqamlar özünü göstərir.

Gürcüstanın geosiyasi aspektdə sıxışdırılması, regionda Türkiyə və Azərbaycanın fəaliyyətinin önəmini artırır. Çünki bu iki dövlət real olaraq həm geosiyasi gücə, həm də tarazlığı saxlaya biləcək rıçaqlara malikdirlər. Rusiya supergücdür, maraqları isə məlumdur. İranın ABŞ-la münasibətləri olduqca kəskindir və bu böyük dövlətin konstruktiv geosiyasi rol oynamaq imkanları xeyli məhdudlaşıb. Ermənistan isə vassal və forpost olaraq qalmaqdadır.

Qalır Azərbaycan və Türkiyə. Azərbaycan iqtisadiyyatını, maliyyə imkanlarını, ticari əlaqələrini dinamik inkişaf etdirməkdədir. Gürcü ekspertlər də yekdil olaraq Azərbaycanı regionun ən sabit, sakit və dinamik inkişaf edən ölkəsi kimi qiymətləndirirlər. Azərbaycanın qısa bir müddətdə iki əhəmiyyətli layihənin açılışını həyata keçirməsi, dünyanın böyük dövlətlərinin Azərbaycan Prezidentinə Bakı ilə əməkdaşlığa can atmasını ifadə edən məktublar göndərməsi, ölkəmizdə seçkinin yüksək səviyyədə və tam sabitlik şəraitində keçməsi çox şeylərdən xəbər verir.

İki türk dövlətinin uğurları: Gürcüstan üçün şans

Hərbi-müdafiə sahəsində Azərbaycanın fəth etdiyi zirvələr haqqında da dünya KİV-ləri geniş informasiyalar verir. Bu günlərdə Azərbaycan Ordusu “Polonez” və “Lora” raketləri ilə təchiz edilib. Bunlardan birincisi Belarus istehsalıdır və göstəricilərinə görə Rusiya “İskəndər”lərindən geridə qalmır, hətta bir sıra parametrlərdə ondan üstündür. Məsələn, “Polonez”ləri cəmi 10 dəqiqəyə atəşə hazırlamaq olar, “İskəndər”də bu 20 dəqiqə çəkir. “Polonez”lər 8 hədəfi birdən vura bilir, “İskəndər” cəmi 2 hədəf vura bilər. “Polonez”in vurma məsafəsi 300 kilometrdir, “İskəndər”inki 288 kilometr. “Polonez”lər yalnız vurma sahəsinə görə “İskəndər”dən geri qalır. Rus raketləri 300 metr əhatəni məhv edir, Belarus raketləri isə 100.

İsrail istehsalı olan “Lora” da güclü raket silahıdır. Mobildirlər, onlar da uzaq məsafəni vururlar və göstəriciləri “İskəndər”ə yaxındır. Onu da deyək ki, Təl-Əviv həmin silahları çox az ölkəyə satır. Bütün bunları diqqətə aldıqda, Azərbaycanda yeni raket bölümünün yaranmasının ölkənin müdafiə qüdrətinin daha da artması kimi qəbul edilməsi tam normaldır. Ermənilər məhz buna görə çox təşvişə düşüblər. Onların KİV-ləri Belarus və Qazaxıstan haqqında iftira, təhqir dolu yazılar dərc etməkdədirlər.

Burada qəribə odur ki, erməni ekspertlər Azərbaycanla əməkdaşlıq edən hər bir dövləti pisləyirlər. Belə çıxır ki, dünyanın çox böyük əksəriyyəti erməni məntiqinə görə antidemokratikdir və bu mənada müsbət xarakterə malik deyillər. Çünki Azərbaycanla Rusiya, İran, ABŞ, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Çin, Pakistan, Koreya və digərləri əməkdaşlıq edirlər. Azərbaycan “Yeni İpək Yolu” layihəsinin 63 əsas iştirakçı dövlətlərindən biridir. Biz başqa faktları da sadalaya bilərik.

Ancaq əhəmiyyətli olan ermənilərin geosiyasi proseslərə və dövlətlərarası münasibətlərə yanaşmasıdır. Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu “aqressorluq” nədən ibarət imiş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində öz halal torpağının bir qismini hərbi yolla azad etməklə “aqressiya” nümayiş etdiribmiş?! Dünya tarixində bu qədər həyasızlıq nümunəsi olmayıb! Ermənilərin xəstə qafaları adi bir şeyi anlamır: insanlar axmaq deyillər və görürlər ki, erməni işğalçı qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarındadırlar! BMT-nin Nizamnaməsinin konkret maddəsinə görə, indiyə qədər beynəlxalq aləm işğalçıların oradan çıxmasını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüşləri da kənardan təsir nəticəsində yarımçıq bitdi, yəni Ordumuz bütövlükdə işğal altında olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır.

Birincisi, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə aparırlar. Onlar uzun illərdir ki, bütün regiona təhlükə törədən terror ünsürlərinin qarşısını kəsiblər. Başqa heç bir region ölkəsi bu cür ədalət və səmimiyyətlə terrorla mübarizə aparmır. Deməli, regionun separatizmdən və terrordan xilası Türkiyə-Azərbaycan əməkdaşlığının güclənməsi ilə birbaşa bağlıdır. Tbilisi də bunu anlayır və bu iki qardaş ölkənin yanında durmağa çalışır.

İkincisi, dünya üçün böyük əhəmiyyəti olan iki əməkdaşlıq dəhlizi Azərbaycan və Türkiyədən keçir. Onlardan biri “Bir Qurşaq, Bir Yol” layihəsi ilə bağlıdır. Bir sıra dairələrin cidd-cəhdinə baxmayaraq, bu layihənin Cənubi Qafqazda ana xətti Azərbaycan oldu. Azərbaycan hazırda Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat marşrutlarının qovşaq məkanıdır. Bakı artıq Avrasiyanın əsas nəqliyyat qovşağı funksiyasını yerinə yetirir. Bu, başqa məqamlarla yanaşı, onu da ifadə edir ki, Azərbaycan qlobal enerji və ticari təhlükəsizlik sistemi üçün son dərəcə vacib bir məkandır.

Digər əməkdaşlıq dəhlizi Cənub Qaz Dəhlizidir. Bu marşrut Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayacaq. Artıq mütəxəssislər həmin həqiqəti açıq etiraf edirlər. Hətta Rusiya bu layihəni təqdir edir. Deməli, Cənub Qaz Dəhlizi perspektivi olan və qlobal miqyasda faydalı bir proyektdir.

Burada sabitliyin qorunmasında dünyanın ən inkişaf etmiş ölkələri belə maraqlıdırlar. Bu sıraya Rusiya və İran da daxildir. Onların heç birinə Azərbaycanda sabitliyin pozulması sərf etmir. Bu səbəbdəndir ki, Gürcüstan üçün Azərbaycanla əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Faktiki olaraq Azərbaycan Cənubi Qafqazın sabitliyinin və təhlükəsizliyinin məhək daşına çevrilib!

Üçüncüsü, Türkiyə artıq dünya miqyasında sözünü deyən və bir sıra aspektlərdə qlobal siyasətin gündəmini müəyyənləşdirən dövlətdir. Məsələn, Türkiyə S-400-ləri almaqla ABŞ-Rusiya münasibətlərinə möhürünü vurdu. Vaşinqton dəfələrlə bu məsələni ən yüksək səviyyədə müzakirə edib onun qlobal miqyasda qüvvələr nisbətini dəyişə biləcəyini əsaslandırmağa çalışdı.

Lakin Ankara böyük dövlətlərə xas olan tərzdə öz mövqeyində nəinki qaldı, hətta konstruktiv təklifləri ilə opponentlərini susdurdu. İndi Türkiyə Rusiyadan S-400-ü alır, ABŞ-dan “Petriot”ları almaqdan imtina etmir və paralel olaraq İtaliya və Fransa ilə birlikdə özünün raketdənmüdafiə sistemini yaradır. Bu, Türkiyənin qüdrətidir!

Türkiyə Suriya və İraqda terrorla mübarizədə böyük qətiyyət nümayiş etdirir. Afrindən sonra Münbicin terrorçulardan təmizlənməsi məsələsi yalnız Ankaranın böyük iradəsi hesabına baş tutur. Türkiyə Silahlı Qüvvələri İraqda PKK-ya qarşı geniş hərbi əməliyyatlar aparmaqdadır. Artıq Kandil dağının alınması gün məsələsidir. Bu da onu göstərir ki, Türkiyə hərbi imkanları çox böyük olan dövlətdir. Onun Cənubi Qafqazın təhlükəsizliyinin təminində əhəmiyyətli rolu ola bilər.

Nəhayət, Türkiyə Yaxın Şərqin və Avropanın cənub hissəsinin ən sabit və dinamik inkişaf edən ölkəsi olduğunu Ərdoğanın dediyi kimi, "biləyinin gücü ilə" sübut etdi. Bəziləri bunun əksini düşünə bilər. Onlar yəqin ki, Türkiyədə daim terror təhlükəsinin olduğunu arqument kimi gətirə bilərlər. Lakin bu, yanlış və birtərəfli yanaşmadır. Çünki məhz hər tərəfdən Türkiyədə aranı qatmağa çalışanların olmasına rəğmən, ölkə bu gün sabitdir, sərhədlərindən uzaqda terrorun başını əzir. Üstəlik, Türkiyə hərbi sənayesi yeni-yeni silahları nümayiş etdirir, iqtisadiyyat dinamik inkişaf edir. Türk lirəsini iflasa uğratmaq siyasəti də puça çıxdı. Hamı anladı ki, Türkiyə bütün mənalarda supergüc olmağa layiq və qabil dövlətdir!

Yeni təhlükəsizlik sistemi: aparıcı faktorlar

Bunlardan belə bir nəticə çıxarmaq olar: Cənubi Qafqazın təhlükəsizliyinin şah damarı Azərbaycan-Türkiyə əməkdaşlığıdır. Bu kontekstdə erməniləri narahat edən bir məqamı da vurğulamaq yerinə düşərdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, “mən həm də Azərbaycanın xarici işlər naziriyəm”! Eyni məntiqlə Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziridir! Bu cür vəhdətdə olan iki dövlətin yanında olmaq Gürcüstana hər aspektdə çox xeyir verə bilər! Çünki Gürcüstan özü müstəqil olaraq təhlükəsizlik və inkişafın təminatçısı olmaq iqtidarında deyil. Ona bu təminatı yuxarıda vurğuladığımız səbəblərdən nə Rusiya, nə də İran verə bilər. Ermənistanla bağlı vəziyyət isə aydındır - orada heç müstəqil dövlət quruculuğu baş tutmayıb. Yeganə tarixi doğru yol Azərbaycan-Türkiyə tandeminin yanında olmaqdan ibarətdir! Bunu Gürcüstanda çox gözəl anlayırlar və Tbilisi müdrik rasional siyasət yeritməkdədir.

Bunların fonunda Ermənistan isə tamamilə destruktiv ölkə təsiri bağışlayır. O, Cənubi Qafqazın geosiyasi mənzərəsindən təcrid olunmuş məkan kimi görünür. İrəvanın apardığı siyasət onu reallıqlardan daha da uzaqlaşdırır. Belə görünür ki, N.Paşinyan da konstruktiv mövqedə olan siyasətçi deyil (əgər onu siyasətçi adlandırmaq mümkündürsə).

İndiyə qədər atdığı addımların heç biri müasirliyi və rasionallığı ilə fərqlənməyib. Əksinə, ondan köhnə erməni şovinizminin iyi gəlir. Bu isə artıq hər kəsin, hətta erməni cəmiyyətində bir çoxlarının zəhləsini töküb. İnsanlar illərdir ki, başqa ölkənin ərazisini işğal altında saxlamağın harasının mədəniyyət, sivillik, demokratiya və müstəqil dövlət qurmaq olduğunu anlaya bilmirlər. Bunun bir adı var: özgə torpaqlarını kənar sifarişlə işğal etmək və sonunda heç nəyə nail olmamaq! Bu bağlılıqda Ermənistan-Gürcüstan münasibətlərinin də perspektivinin dumanlı olduğu qənaətini ala bilərik.

Ortada real bərabərhüquqlu tərəfdaşlığı təmin edə biləcək faktor yoxdur. Ermənistanın bütün istəkləri Gürcüstanın ona güzəştə getməsi, dini eyniliyə görə hansısa məsələlərdə müdafiə etməsi, Gürcüstandakı ermənilərə hansısa imtiyazların verilməsi və ərazisindən ermənilərə yol açması ilə bağlıdır. Elə bir konkret səmərəli əməkdaşlıq layihəsi yoxdur ki, Tbilisi ona əsaslanıb, Ermənistanla əlaqələri yeni səviyyəyə yüksəltsin. Doğrudur, burada Ermənistanın əl-qolunu Rusiyadan tam asılı olması da bağlayır. Ancaq bu seçimi də erməni siyasətçilərin özləri ediblər. Onlar Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Avropaya alternativ olaraq seçdilər. İndi isə “ya-ya” məntiqinin təntənəsini təmin etməklə məşğuldurlar ki, bir əldə iki qarpız tutmağın mümkün olmadığını bilmirlərmiş kimi görünürlər.

Vurğulanan məqamlardan maraqlı geosiyasi qənaətlər əldə edə bilərik. Dünya səviyyəsində gedən geosiyasi proseslər Cənubi Qafqazda Azərbaycan-Türkiyə birliyini yeni səviyyədə əhəmiyyətli edib. İndi birmənalı aydındır ki, bu bölgənin sabit və demokratik gələcəyi, təhlükəsizliyi daha çox bu iki qardaş dövlətin fəaliyyətindən asılıdır. Tarixi həqiqət öz yerini tutur. Ənənəvi olaraq türk faktoru bu yerlərin inkişaf və sabitlik təminatçısı olub. “Su axan yerdən bir də axır”!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər