Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ceyhun Bəhlul oğlu İbrahimovun müvəqqəti olaraq 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası 11 sentyabr 2013-cü il tarixli 25/145 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam vermişdir.

Qeyd edilənlərlə əlaqədar olaraq, 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasına müvəqqəti üzv seçilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

Ceyhun Bəhlul oğlu İbrahimov 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilsin.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin