DÜNYA
Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb
Pekin, 16 aprel, AZƏRTAC
Çində ilin birinci rübündə ümumi daxili məhsul (ÜDM) yuan ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 29,63 trilyon yuana (təxminən 4,09 trilyon ABŞ dolları) çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Yanvar-martda ÜDM-in artımı əvvəlki rüblə müqayisədə 1,6 faiz olub. Qurumun sədr müavini Şen Layyün bildirib ki, istehsala tələbatın artması, sabit məşğulluq və qiymətlər kimi amillər iqtisadiyyatın artımını təmin edən amillərdir. Bununla belə ilin birinci rübündə daşınmaz əmlaka yatırılan sərmayələr 9,5 faiz azalıb. Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çində mart ayında ixracın və idxalın azalması da müşahidə olunub.
Qeyd edək ki, Çində ötən il ÜDM artımı 5,2 faiz olub. Hökuməti cari il üçün iqtisadiyyatın artımını 5 faiz civarında hədəfləyib.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]
Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb
- 30.04.2024 [14:55]
Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib
- 30.04.2024 [14:40]