Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 386; 2002-ci il, № 8, maddə 465) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.2-ci maddədə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə” sözləri “onun yerləşdiyi ərazi üzrə ağır cinayətlər məhkəməsinə” sözləri ilə əvəz edilsin.

2. 8.1-ci maddədə “Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi” sözləri “Ağır cinayətlər məhkəməsi” sözləri ilə əvəz edilsin.

3. 8.2-ci maddədə “Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin” sözləri “Ağır cinayətlər məhkəməsinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin