Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Bakı, 10 may, AZƏRTAC

Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə yazırdı: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, özü də təxəyyüldə canlandırılan və saxta işlər deyil, ədalətli və zəruri işlər görmək istəmiş və görmüşlər”. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin mövcudluğunu, tərəqqisini, güclü olmasını şərtləndirən bütün zəruri addımları atmışdır. Onun bütün fəaliyyətinin ana prinsipini isə həmişə ədalət təşkil etmişdir. Heydər Əliyev nadir bacarığa, müdrikliyə malik olmaqla, xalqı, cəmiyyəti nəinki ən mürəkkəb vəziyyətlərdən uğurla çıxarmağı, həm də yeni inkişaf mərhələsinə qaldırmağı bacarmışdır. Sözsüz ki, belə bacarıq sahiblərinə bəşər tarixində olduqca nadir hallarda rast gəlinir.

Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirmişdir. Ümummilli Liderin şəxsiyyətinin ən səciyyəvi cəhətlərindən biri məhz təkrarsız, zəngin həyat təcrübəsinə söykənən dərin ağıl və böyük müdriklikdir. Bu, əqli və mənəvi mükəmməlliyin ən ali səviyyəsidir. Ətrafda cərəyan edən prosesləri, baş verən hadisələri hamı müşahidə edir. Amma onların əsl mahiyyətini çox nadir insanlar dərk edə bilirlər. Belə insanlar kamilliyi, müdrikliyi və dərin zəkası ilə cəmiyyətin digər üzvlərindən aydın seçilirlər. Bu qəbildən olan insanların ən parlaq nümayəndəsi kimi Heydər Əliyev ali həyat məqsədlərinə müvafiq olaraq düşünməyi və fəaliyyət göstərməyi bacarırdı. Bu keyfiyyəti sayəsində o, hadisələrin mümkün inkişaf istiqamətlərini dəqiqliklə müəyyənləşdirirdi və xalqı, cəmiyyəti istənilən reallıqlar fonunda irəli apara bilirdi. Əbədi həyat dəyərlərini dərk edərək qiymətləndirmək, onları keçici və şəxsi maraqlardan üstün tutmağı bacarmaq Heydər Əliyev şəxsiyyətinin İlahidən gələn təkrarsız cizgisi olmuşdur.

Heydər Əliyev öz fəaliyyətində zəngin həyat təcrübəsi, bilik və bacarığı ilə yanaşı, həm də özünün qeyri-adi intuisiyasına istinad edirdi. Bu səbəbdən onun seçdiyi, müəyyənləşdirdiyi hər bir yol həmişə qələbəyə, uğura, hədəfə doğru aparmışdır.

Ulu Öndəri insanlara sevdirən başlıca cəhətlərindən biri də ondan ibarət idi ki, o, özünün bacarığını, biliyini, parlaq zəkasını və zəngin həyat təcrübəsini doğma Azərbaycanımızın rifahına yönəldərək, bütün həyatını xalqına həsr etmişdir. 1993-cü ildə xalqın israrlı istəyi ilə ali siyasi hakimiyyətə qayıtdıqdan sonra demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!” Heydər Əliyev bütün bilik və bacarığını, zəkasının tükənməz imkanlarını Azərbaycanın, Azərbaycan xalqının tərəqqisi yolunda səfərbər etmişdir. Bunun məntiqi nəticəsi bugünkü qüdrətli dövlətimizdir, müstəqilliyimizin möhkəmliyi, daimi inkişaf yolumuz, sarsılmaz həmrəyliyimizdir.

Ümummilli lider Heydər Əliyev olduqca güclü şəxsiyyət idi. Ulu Öndərin gücü təkcə iradəsində, müdrikliyində, zəkasında deyildi, həm də sadəliyində idi. Sadəlik Heydər Əliyev şəxsiyyətinin başlıca elementlərindən biri idi. O, ən ciddi məqamlarla bağlı fikirlərini də olduqca sadə tərzdə ifadə edirdi. Sadəlik Heydər Əliyevin xarakterində, üslubunda, davranış manerasında idi. Onu böyük kütləyə sevdirən əsas keyfiyyətlərindən biri məhz sadəliyi idi. Bununla Ulu Öndər həm də əsl liderin yeni meyarını müəyyənləşdirmişdir. Yəni, əsl lider digər məlum keyfiyyətləri ilə yanaşı, sadəliyi ilə də seçilməlidir. İstənilən insan liderliyə can ata bilər. Lakin təcrübə göstərir ki, liderliyə can atanlar çox nadir hallarda öz istəklərinə çata bilirlər.

Ümumiyyətlə, liderliyin universal formulu mövcud deyildir. Cəmiyyətdə nüfuz sahibi olmaq üçün zaman, səbir, öz işinə bağlılıq, ən əsası isə, hərtərəfli bilik tələb olunur. Heydər Əliyev məqsədli şəkildə liderliyə can atmamışdır. Xalqı, Vətəni qarşısında yorulmaz xidmətlərinə, uzaqgörənliyinə, istənilən çətin vəziyyətdən asanlıqla çıxış yolu tapmaq bacarığına və s. keyfiyyətlərinə görə ətrafdakılar onu lider kimi qəbul etmişlər. Çünki güclünün, ağıllının, iradəlinin yanında, ətrafında olmaq istəyi insanın təbiətindən irəli gəlir. Heydər Əliyevin yanında güvənc, əminlik, rifah və tərəqqi var idi. Bu səbəbdən bütün cəmiyyət üzvləri onun ətrafında sıx birləşmişdi. Ulu Öndər hamı üçün nümunə idi, öz davranışı ilə insanlara inamlı və qətiyyətli olmağı öyrədirdi.

Heydər Əliyev nadir liderlik keyfiyyətlərinə malik olmaqla, cəmiyyətə müsbət enerji ötürürdü, insanlarda optimist əhval-ruhiyyə formalaşdırırdı. Çünki hər bir cəmiyyət üzvü əmin idi ki, lideri onun rifahı üçün düşünür, çalışır, fədakarlıq edir. Həqiqətən, Heydər Əliyev çox qayğıkeş və fədakar insan idi. O, doğma Azərbaycanı naminə həyatından belə keçməyə hazır idi. O, sözün əsl mənasında, Vətəni üçün yaşayırdı. Bu səbəbdən də Heydər Əliyev son dərəcə mürəkkəb zamanda və məkanda dövləti irəli apara bildi. Sarsılmaz inamı bu müqəddəs işdə onun ən böyük dayağı oldu. Heydər Əliyev həmişə müsbət düşünürdü və zəhmətinin mütləq nəticə verəcəyinə əmin idi. O, problemlər haqqında deyil, imkanlar haqqında düşünürdü. Çünki Heydər Əliyev üçün həlli mövcud olmayan problem yox idi.

Liderlik nəzəriyyəsinə görə, əksər hallarda mövcud vəziyyət insanı liderə çevirir. Təbii ki, burada digərlərindən fərqli üstün keyfiyyətlərə malik olanlar nəzərdə tutulur. Heydər Əliyevin liderliyi isə vəziyyətin xarakterindən asılı olmamışdır. Malik olduğu nadir təbii və sonradan qazanmış olduğu keyfiyyətlər istənilən vəziyyətdə onun liderliyini təmin edərdi. Heydər Əliyev sadəcə lider deyil, dahi lider idi. Heydər Əliyevin dahiliyini Azərbaycanın müstəqilliyini, gücünü, inkişafını həzm edə bilməyən düşmənlərimiz də etiraf edirlər. Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərinin birində deyilir: “Həqiqət təkcə sənin dediklərin deyil, həqiqət sənin düşmənlərinin də etiraf etdiyidir”. Heydər Əliyev şəxsiyyəti bütün dünya tərəfindən əsl vətənpərvərin, liderin meyarı kimi qəbul olunur.

Heydər Əliyev bəşər tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının Ümummilli Lideri kimi daxil olmuş bu əvəzsiz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin şəxsiyyəti, siyasi portreti, liderliyi o qədər zəngin elementlərlə səciyyələnir ki, onu tam öyrənib başa çıxmaq çox çətindir. Bunun üçün nəhəng bir elmi-tədqiqat institutuna ehtiyac vardır. Ulu Öndər hətta ən çıxılmaz hesab olunan vəziyyətlərdən belə ən düzgün və etibarlı çıxış yolunu tapmaq kimi əlahiddə bacarığı ilə hamını heyran qoyurdu.

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə möhtəşəm qayıdışı ilə həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Bu qayıdış Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz qayıdışı ilə dövlətimizi və xalqımızı xilas etdi. Bu tarixi dönüş olmasaydı, bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı etibarlı şəkildə alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Çünki dövlətimizin idarəçilik sükanının arxasında dahi Heydər Əliyev dayanırdı.

Azərbaycan Respublikasında çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, ümummilli lider Heydər Əliyev həm də hərtərəfli inkişafa, möhkəm dövlətçiliyə sarsılmaz zəmin hazırlamış oldu. Məhz Ulu Öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir, regional güc və təhlükəsizlik mərkəzinə çevrilməkdədir.

Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirmişdir. Müasir dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biri olan Əsas Qanunumuz dahi Heydər Əliyev zəkasının məhsuludur. Azərbaycan Respublikasının Konstitusiyasında istisnasız olaraq bütün müddəaların demokratik prinsiplərə söykənməsi beynəlxalq ictimaiyyətin diqqətindən kənar qalmamış, beynəlxalq müstəvidə ölkəmizə böyük rəğbət gətirmişdir. Belə ki, bu gün bütün dünyada Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət imici kifayət qədər möhkəmlənmişdir.

Azərbaycan dövləti beynəlxalq arenada postsovet respublikaları içərisində ən etibarlı tərəfdaş kimi qəbul olunur. Böyük əzm və iradə sayəsində yaradılmış tam sabitlik, ölkə həyatının bütün sferalarında hərtərəfli islahatların reallaşdırılmasının bir tendensiya halını alması Azərbaycana dünya dövlətləri arasında özünəməxsus yer qazanmasını təmin etmişdir, beynəlxalq aləmlə qarşılıqlı faydalı əlaqələrimizin genişlənməsini şərtləndirmişdir. Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi və müstəqil dövlət quruculuğu dövrü kimi səciyyələndirilir. Ümummilli Liderin həyatının ən böyük uğuru və fəaliyyətinin ən böyük nəticəsi odur ki, o, xalqımıza mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasını bəxş etdi.

Heydər Əliyev bütün daxili, regional və beynəlxalq amilləri nəzərə alaraq, Azərbaycanın təkrarsız milli inkişaf modelini yaratmışdır. Daha doğrusu, milli inkişaf modeli əsasında ölkəmiz dönməz inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın milli inkişaf modelinə diqqət yetirəndə heyrətlənməmək, Ulu Öndərin zəkasının sərhədlərinin genişliyinə qibtə etməmək qeyri-mümkündür. Çünki Azərbaycanın milli inkişaf modeli müəyyənləşdirilərkən regionda və beynəlxalq aləmdə cərəyan edən və edəcək proseslərin xarakteri dəqiqliklə nəzərə alınmışdır. Hər bir vəziyyətə uyğun çoxtərəfli fəaliyyət proqramı hazırlanmışdır. Bu baxımdan, Azərbaycanın milli inkişaf modeli Heydər Əliyev irsinin ən qiymətli elementlərindəndir. Bu modelin nadirliyi ondan ibarətdir ki, mövcud problemlərin dinamik aradan qaldırılması, davamlı tərəqqinin təmin olunması ilə bərabər, Azərbaycanın gələcəyi, yetişməkdə olan nəsillərə böyük qayğı məsələsi də diqqət mərkəzindədir. Bu, ondan xəbər verir ki, Heydər Əliyev mükəmməlliyin əlçatmaz zirvəsini fəth edə bilmişdir.

Heydər Əliyev iradəsi qalib gəldi. Belə ki, Heydər Əliyevin milli inkişaf strategiyasının prioritet hədəfləri cəmiyyətdə sabitlik və sistemyaradıcı siyasi, iqtisadi parametrlər diapazonunun müəyyən edilməsi, onların mümkün və düzgün inkişaf trayektoriyalarının izlənilməsi, sabitliyi poza biləcək amillərin təsirinin zərərsizləşdirilməsi, həm siyasi, həm də iqtisadi baxımdan hər cür təzyiqlərə davamlı müstəqil dövlətin qurulması olmuşdur. Bu, Heydər Əliyev iradəsinin, əzminin təntənəsi, qələbəsi idi. Bu qələbənin daha miqyaslı və təsirli olması isə Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz bütün keyfiyyətlərini özündə təcəssüm etdirən, Ulu Öndərin idarəçilik irsinin kamil bilicisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyevin innovativ-islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış miqyaslı nailiyyətlər bariz şəkildə ümummilli lider Heydər Əliyevin irsinə, dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla, hər bir azərbaycanlının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissini daha da möhkəmləndirmişdir. İlham Əliyevin ictimai şüurdakı yüksək intellektli, qurucu, ədalətli, çevik idarəçilik bacarığına və böyük iradəyə malik lider obrazı hər ötən gün daha da möhkəmlənməkdədir. Onun atdığı hər addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına və iqtisadi tərəqqinin davamlılığına hesablanmışdır. Belə ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahələrdə islahatlar paralel şəkildə aparılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm demokratiyanın olduğu dövlət qurmaq istiqamətində durmadan irəliləyir.

Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı istiqamətindəki misilsiz fəaliyyətində varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqliyini müşahidə edirik. Bütün bunlar inamla deməyə əsas verir ki, İlham Əliyev Azərbaycan tarixinə yeni, mühüm missiya ilə qədəm qoymuş bir liderdir. Bütün siyasi fəaliyyəti boyunca xalqa sədaqətli xidmət prinsipinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin ana xəttini təşkil etdiyini böyük əminliklə söyləmək olar. Dövlətimizin başçısı ölkədə sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri əsl lider, dövlət başçısı və şəxsiyyət kimi həyata keçirmişdir. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, möhkəm dövlətçiliyə və qüdrətli orduya malikdir. Bu il aprelin əvvəlində düşmən təxribatlarının qarşısını alan zaman ona sarsıdıcı zərbə vurmaqla, ölkəmiz və Ordumuz gücünü, qüdrətini əyani nümayiş etdirdi. Cəbhədə baş verənlər həm də Azərbaycan xalqının Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşdiyini, ona tam dəstək verdiyini bir daha nümayiş etdirdi.

Beləliklə, bu gün Azərbaycan dövləti Ulu Öndərin məğlubiyyətsiz siyasətini Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirməkdədir. Heydər Əliyev irsinə, onun müəyyənləşdirdiyi kursa böyük sadiqlik nümayiş etdirməklə, Prezident İlham Əliyev dünya dövlətləri sırasında Azərbaycanın layiqli yerini müəyyən etməyə nail olmuşdur. Bununla o, sübut etdi ki, böyük iradəsi, əzmi və müdrikliyi sayəsində lokal və qlobal səviyyədə cərəyan edən proseslərə təsir göstərərək dövlətçiliyimizi, millətin təhlükəsizliyini və dəyərlərini, hər bir azərbaycanlının maraqlarını qorumaq iqtidarındadır. Ulu Öndər vaxtilə deyirdi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də Prezident İlham Əliyevin sayəsində ölkəmiz dünyaya bir Günəş kimi doğdu.

Heydər Əliyev irsinin, ideyalarının yaşamasında, Azərbaycanın inkişaf yolunu işıqlandırmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanın mədəni dəyərlərinin qorunub saxlanılması, dünyaya tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın şəxsi təşəbbüslərinin və fəaliyyətinin hüdudları o qədər genişdir ki, onu sərhədləndirmək qeyri-mümkündür. Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin dünyada böyük fədakarlıqla təbliği sayəsində ölkəmiz zəngin mədəni, mənəvi dəyərlərə malik bir məkan kimi məşhurlaşmışdır. Heydər Əliyev Fondu ölkədəki quruculuq işlərinə də ciddi töhfələrini verməkdədir. Bütün bunlar sübut edir ki, ölkəmizdə tərəqqini, rifahı şərtləndirən hər bir addımın fundamental əsasını Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyasının elementləri təşkil edir.

Rufiz Qonaqov

Azərbaycan Respublikası Prezidenti yanında

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq

 

Elşad Mirbəşiroğlu

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib