CƏMİYYƏT
DARIDAĞIN MƏRGÜMÜŞLÜ SUYUNDAN ŞƏFA TAPANLARIN SAYI ARTACAQDIR
AZƏRTAC xəbər verir ki, Culfa rayonundakı Darıdağ mərgümüşlü su mənbəyində yeni bina istifadəyə verilmişdir.
Yeni bina müayinə otaqlarından və qapalı hovuzlardan ibarətdir. Burada mərgümüşlü su vannası vasitəsilə revmatizm, dəri və əzələ, sinir sistemi və hərəkət orqanları xəstəlikləri müalicə edilir. Güclü təsiri olan müalicəvi su mənbədən borular vasitəsilə qapalı hovuzlara axıdılır. Burada müalicə üçün hər cür şərait yaradılmışdır.
Açılış mərasimində çıxış edənlər əhalinin sağlamlığının qorunmasına göstərilən qayğıdan məmnun qaldıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]