Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 708-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 708-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 dekabr tarixli 195 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 805 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydanın 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaş-dırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 yanvar tarixli 44 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə:

2.1.1. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Bu Qaydaların 3-cü, 7-ci və 8-ci hissələrinə əsasən hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

2.1.2. 3.1-ci bəndə “təqdim edilməlidir” sözlərindən sonra “(bu Qaydaların 1.6-cı bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.1.3. 3.3-cü, 7.2-ci, 7.3-cü bəndlərə və 7.6-cı, 8.3-cü bəndlərin ikinci cümlələrinə “əlavə olunur” sözlərindən sonra “(bu Qaydaların 1.6-cı bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” üzrə:

2.2.1. 2.1-ci bəndin ikinci cümləsinə “əlavə etməlidir” sözlə-rindən sonra “(bu Təlimatın 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Arayışın alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 fevral 2024-cü il

№ 65

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin