REGİONLAR
Daşkəsəndə şəhid övladları və qazilər üçün bayram şənliyi keçirilib
Daşkəsən, 28 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Dekabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə rayonun şəhid övladları və qaziləri üçün bayram şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən rayon Heydər Əliyev mərkəzində keçirilən 30 nəfərədək körpənin qatıldığı bayram şənliyində rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov, şəhid ailələri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Namiq Süleymanov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid ailələrinin, o cümlədən qazilərin hər zaman diqqətdə saxlanıldığını, dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.
Bayram şənliyində uşaqlar üçün əyləncəli oyunlar təşkil olunub, Yeni ilin rəmzi olan Şaxta baba onlara hədiyyələr paylayıb.