DÜNYA
Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq
Bakı, 6 may, AZƏRTAC
Qərb dövlətləri öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlsələr, onlara minnətdar olarıq.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bunu CBS telekanalına müsahibəsində deyib. O, həmçinin Kiyevin silah və sursata kəskin ehtiyac duyduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Fransa prezidenti Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına müsahibəsində Rusiya ordusunun cəbhə xəttini yarıb keçəcəyi təqdirdə Ukraynaya qoşun göndərilməsinin mümkünlüyünü bildirib. Onun sözlərinə görə, bəzi ölkələr Parisin bu məsələyə yanaşmasını başa düşüb və onun mövqeyi ilə razılaşıblar.
Makronun açıqlamasını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bu ideyanı çox təhlükəli adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [14:46]
Polşa Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar yönəldəcək
- 27.05.2024 [14:25]
Efiopiyanın yollarında yalnız elektromobillər şütüyəcək
- 27.05.2024 [14:11]
Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi ləğv edilir
- 27.05.2024 [14:09]
Macarıstan “kiçik və orta müəssisə” anlayışına qarşıdır
- 27.05.2024 [14:01]
İlon Maskın AI startapı 6 milyard dollar vəsait cəlb edib
- 27.05.2024 [12:37]