Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Makron Paşinyana “bacılıq” etmək siyasətindən əl çəkmir - ŞƏRH

Deputat: Makron Paşinyana “bacılıq” etmək siyasətindən əl çəkmir -  ŞƏRH

Bakı, 1 sentyabr, AZƏRTAC

Fransa prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edərək Laçın yolu ilə bağlı məsələni müzakirə edib. Təəssüf ki, Makron Paşinyana “bacılıq” etmək siyasətindən əl çəkmir və Cənubi Qafqazda pozucu fəaliyyətini davam etdirir. Dövlətimizin başçısı da Makrona açıq şəkildə bir daha bildirdi ki, Ağdam-Xankəndi yolu açılandan sonra sərhəd və gömrük qaydalarına riayət olunması şərtilə Laçın yolunda daşımalar bərpa oluna bilər. Ümumiyyətlə, Fransa prezidenti Emmanuel Makronun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşma prosesinə müdaxilə etməsi və ermənipərəst mövqedən çıxışı sülh müqaviləsinin imzalanması prosesini kölgə altına salıb. Makron və onun hökuməti açıq şəkildə ermənilərin dayağı olduğunu və Azərbaycana düşmən münasibət bəslədiyini nümayiş etdirir. Beynəlxalq hüquq və normaların tələblərini ayaq altına atan Fransa hökumətinin məqsədi erməni separatizmini və onların çirkin niyyətlərini davam etdirməsini dəstəkləməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputatın sözlərinə görə, Fransanın məkrli siyasəti və ermənilərə havadarlıq etməsi torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalmasında və BMT TŞ-nın qətnamələrinin icra olunmamasında da az rol oynamayıb. 44 günlük Vətən müharibəsi başlayana qədər Fransa özünün ermənipərəst siyasətini maskalanmış şəkildə davam etdirirdisə, müharibə zamanı açıq müstəviyə keçdi və Azərbaycana təzyiq göstərməyə çalışmaqla əsl üzünü büruzə verdi: “Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Fransanın BMT TŞ-da Azərbaycana qarşı qətnamə qəbul etdirmək cəhdi BMT-dəki dostlarımızın ədalətli mövqeyi sayəsində iflasa uğradı. Fransa Azərbaycan-Ermənistan müharibəsi başa çatandan sonra da sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün əsassız səy göstərdi və iki ölkə arasında gedən danışıqlar prosesinə müdaxilə edərək açıq şəkildə ermənilərin tərəfindən çıxış etməyə başladı. Fransa Avropa İttifaqındakı imkanlarından və Ukrayna müharibəsində Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana pensionerlərdən təşkil olunmuş hərbiləşdirilmiş missiya göndərilməsinə nail oldu. Halbuki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə təşəbbüs göstərən tərəf kimi belə bir missiyanı sərhədimizə göndərəndə Azərbaycanla razılaşdırmalı idi. Lakin Fransanın ermənipərəst siyasətinin təzyiqi nəticəsində Ermənistanın Azərbaycanla sərhədinə belə bir missiya göndərildi və bununla da sülhyaranma prosesinə zərbə vurulmuş oldu. Avropa İttifaqının göndərdiyi həmin missiya Azərbaycanla sərhəddə yalnız binokllarla ərazilərimizə baxaraq fotoşou nümayiş etdirdi ki, bununla da həmin missiyanın məqsədləri iflasa uğradı. Makronun rəhbərliyi altında Fransanın apardığı anti-Azərbaycan siyasətinin davamı olaraq Paris meri Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti separatçılara humanitar yardım adı altında göndərilən avtomobil karvanı ilə sərhədimizə gələrək fotoşounu davam etdirdi və Azərbaycana Laçın yolu ilə bağlı təzyiq göstərməyə çalışdı. Burada belə bir sual yaranır. Parisin merinin işi-gücü yoxdurmu ki, Azərbaycanın sərhədinə gəlib poz verir? Təbii ki, Ann İdalqonun yarıtmaz fəaliyyəti nəticəsində dünyanın gözəl şəhərlərindən biri olan Paris bu gün çirkabın və üfunətin içində batır. Məişət tullantıları günlərlə küçələrdən yığışdırılmır. Ann İdalqonun merliyi dövründə Paris xaos və xaraba şəhərinə çevrilib. Onun Parisin küçələrini təmizləyənlərə əməkhaqlarını vaxtında ödəmək əvəzinə onlara çatmalı vəsaitdən oğurlayaraq yardım adı altında avtomobil karvanını separatçılara göndərməsi gülünc doğurur. Əslində Ann İdalqonun atası da ermənipərəst olub. Bu gün onun tullantılar içində batan Parisi özbaşına sahibsiz qoyaraq Ermənistana səfər etməsi atasının ermənipərəst siyasətinin nümayişkaranə davam etdirilməsi ilə bağlıdır”.

Deputat bildirib ki, Makronun yarıtmaz siyasəti ancaq Azərbaycana qarşı deyil, həm də Avropa Birliyində təmsil olunan digər ölkələrə qarşı da çevrilib. Onun rəhbərliyi Fransanı heç olmadığı qədər hörmətdən salıb: “Məsələn, İtaliyanın Baş naziri Corca Meloni Fransanın və Makronun yarıtmaz siyasətini kəskin tənqid edərək deyib: “Emmanuel Makron bizi iyrənc, kinli və məsuliyyətsiz adlandırdı. Makron, məsuliyyətsiz olan açıq şəkildə Liviyanı bombalayandır. Çünki onlara İtaliyanın Liviya ilə enerji sahəsindəki yüksək münasibətləri qıcıq verirdi. Məsuliyyətsiz - bizi bu gün yaşadığımız qeyri-leqal miqrasiyaya və xaosa sürükləyəndir. Kinli - Makron, polisin gücü ilə miqrantları qayıqlarla bizim Ventimilyaya göndərən fransızlardır. Hər şeydən əvvəl hər şeyi öz adı ilə çağıracağıq. İyrənc olanı - Fransanın afrikalıları istismar etməyinə davam etməsidir. O cümlədən ağalıq etmək şərti ilə 14 Afrika ölkəsi üçün pul çap etməsi və Nigeriyada olduğu kimi afrikalı uşaqları öz filiz yataqlarında işləməyə məcbur edərək Fransanın AES-lərinin işlənməsi üçün uranın çıxarılmasına məcbur etməsidir. Halbuki, nigeriyalıların 90 faizi elektriksiz yaşayırlar. Bizə notasiya oxumaq lazım deyil, Makron! Afrikalı insanlar sizdən qaçırlar. Bu problemi həll etmək üçün afrikalıları Avropaya gətirməklə yox, afrikalıları sizin kimi avropalılardan azad etməklə həll etmək lazımdır. Bizə əxlaq öyrətmək lazım deyil. Bu sənə aydındırmı?!”

“Makron və onun hökuməti yəqin ki, Azərbaycanı Afrika ölkələri ilə səhv salır. Azərbaycan Fransa üçün Afrika ölkəsi deyil. Azərbaycan 105 il əvvəl müstəqilliyini bəyan etmiş və Fransadan qabaq qadınların hüquqlarını tanıyan dünyəvi dövlətdir. Azərbaycanda Fransadan fərqli olaraq antisemitizm, diskriminasiya və ayrı-seçkilik yoxdur. Siz müdaxiləni dayandırsanız, Xankəndindəki ermənilər də vətəndaşlarımız olaraq təhlükəsiz və sülh şəraitində yaşamaq imkanını qazanacaqlar. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanı haqq yolundan heç kim çəkindirə bilməz. Biz suveren ərazilərimizin bütövlüyünü döyüş meydanında təmin etmişik və heç kim icazəmiz olmadan ərazilərimizə girə bilməz. Kimsə buna cəhd edərsə, cavabımız çox ciddi və amansız olacaq” - deyə Azər Badamov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa - MƏQALƏ

Xəzər rayonunda baş verən qəza Şüvəlan qəsəbəsi istiqamətində sıxlığa səbəb olub

Şuşada Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin VIII iclası keçirilir

Türkiyənin Afyonkarahisar şəhəri Azərbaycan şəhərləri ilə əməkdaşlığa hazırdır

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Helsinki kitabxanasından götürülən kitab 84 ildən sonra qaytarılıb

İtaliyada Natisone çayının daşması nəticəsində üç nəfər itkin düşüb

Rusiya neft məhsullarının tədarükü ilə bağlı Əfqanıstanla əməkdaşlıq edə bilər

Tayson və Paulun döyüşü təxirə salınıb

Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Hindistanda anomal istilər 50-dən çox insanın ölümünə səbəb olub

Baş nazir: Gürcüstan ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılmalıdır

Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Kolumbiyada körpü uçub, ölənlər var

ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar

Çin ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsinə qarşı çıxıb

“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb

Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Malaya Universitetində Cənubi Qafqazda sülh prosesi mövzusunda mühazirə təşkil olunub

Naxçıvanda “Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib

Milan şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

“Standart and Poors” Fransanın kredit reytinqini aşağı salıb

Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib

İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar

Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

Gürcüstanın Baş naziri ATƏT/DTİHB-ni sərt tənqid edib

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

Blinken: NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər

Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib

Gəncə Dövlət Universitetinin tələbələri mükafatlandırılıb

Suraxanıda “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib

Göygölə dolu düşüb

Tütün hər il dünyada 8 milyondan çox insanın həyatına son qoyur

Qızıl Avropa Liqası: Qadın voleybolçularımız qalib gəlib, kişilər isə növbəti məğlubiyyətlə üzləşib

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Füzulidə olublar

Mixail Neyjmakov: COP29 çərçivəsində nüfuzlu beynəlxalq aktorların nümayəndələri arasında əhəmiyyətli danışıqlar aparıla bilər – ŞƏRH

III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – YENİLƏNİB VİDEO

ADA Universitetinin və XİN-in birgə təşkilatçılığı ilə keçirilən bu ilin ilk “Xarici Siyasət Proqramı” başa çatıb

Məktəblilər uşaq yazıçısı “Gülzar nənə” ilə görüşüblər

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Azərbaycanın və Türkiyənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb

Ağsu sakini qonşusunu güllələyib

Ağdamda il ərzində 5 milyon kvadratmetr dam örtüyü istehsal ediləcək

Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Gədəbəydə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AQTA: Monitorinqlər zamanı 133 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında

Nobel mükafatçısı Əziz Səncər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

FHN Akademiyasındakı tədbirdə COP29 ilə əlaqədar radiasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışılıb

2024/2025-ci tədris ilində BDU-nun “SABAH” qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

Uşaq evlərinin 143 sakini üçün təlimlər təşkil olunub

Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik

Minaların ətraf mühitə təsirinin azaldılması ilə bağlı üçüncü beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib

Monitorinq Mərkəzi “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirib

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək

Bakıda “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı baş tutub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhedən

Naxçıvanda 14790 ədəd çətənə kolu məhv edilib

® “Kapital Bank” və “Qırmızı Ürəklər Fondu” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı yenidən çapa hazırlanır

Bakıda “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunub

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan

Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

AQC sədri: Məqsədimiz ortaq türk qiymətləndirmə standartlarını hazırlamaqdır

Türkiyə Superliqasının ən dəyərli futbolçusu və komandası açıqlanıb

“Masallı folkloru örnəkləri” kitabının III cildinin təqdimatı keçirilib

Qarabağ Universitetinin rektoru: Elan olunan vakansiyalara böyük maraq var - MÜSAHİBƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

III Beynəlxalq Minatəmizləmə Konfransının yekunlarına dair Bəyannamə qəbul edilib

Göyçayda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Ukrayna 75 nəfəri əsirlikdən geri qaytarıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

İrlandiyada Azərbaycan Bayrağı qaldırılıb

Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü Londonda qeyd olunub VİDEO

® “Azerconnect Group” “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görülüb

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirlərindən irəli gələn elmi məsələlər müzakirə olunub

Pekində robot taksilər işə salınacaq

Türkiyə klubu Əmrə Bələzoğlu ilə yollarını ayırıb

“Qərənfil” körpələr evi-uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü

MDB-nin Gənclər paytaxtı Daşkənd şəhəri Qlobal Gənclər Festivalına ev sahibliyi edəcək

Sədr: KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması üçün təkliflər nəzərdən keçirilir

"Femida Könüllüləri" təşkilatının 50-dən çox gənci vəkil bürolarında fəaliyyətə başlayacaqlar

Azərbaycan boksçusu: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm

Dünya ölkələrinin media nümayəndələri Türkiyənin termal turizm paytaxtını ziyarət ediblər

Nazir müavini: Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatı yaradılıb