DÜNYA
“Dorian” qasırğası Baham adalarına ağır zərər vurub
Bakı, 2 sentyabr, AZƏRTAC
“Dorian” qasırğası Baham adalarının şimalına ciddi zərər vurub. Zərbənin episentri Böyük Bahama və Abako adalarının ərazisinə düşüb.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, güclü külək yaşayış binalarının damını qoparıb, ağacları aşırıb. Leysan yağışları səbəbindən, avtomobil yolları və yaşayış məskənləri su altında qalıb.
ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzi “Dorian”ın ağır nəticələrə səbəb ola biləcəyi və insan həyatı üçün təhlükə törədəcəyi barədə məlumat yayıb.
Hazırda küləyin sürəti saatda 280 kilometrə çatır. Təbii fəlakətin gün ərzində Baham adalarının şimal hissəsinə çatacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, “Dorian” qasırğası nisbətən zəifləsə də, yaxın bir neçə gün ərzində təhlükəli olaraq qalacaq.
Qeyd edək ki, bir qədər əvvəl Florida, Corciya və Cənubi Karolina ştatlarının sahilyanı rayonlarında kütləvi təxliyə tədbirləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]