SİYASƏT
“Dostluq” cəmiyyəti Xarkov vilayətində Azərbaycan diasporunu layiqincə təmsil edir
Kiyev, 28 aprel (AZƏRTAC). Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna dostluq cəmiyyətinin idarə heyəti eyni adlı futbol komandasını Xarkov şəhərində və Xarkov vilayətində fəaliyyət göstərən milli-mədəni birliklərin və tələbə cəmiyyətlərinin nümayəndələri arasında keçirilmiş beynəlxalq turnirdə qələbə münasibətilə təbrik etmişdir.
Yarışlarda Azərbaycan, Yunanıstan, İsrail, Qazaxıstan, Kamerun, Livan, Mərakeş, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Ermənistan nümayəndələri iştirak edirdi.
Turnirin qalibləri və mükafatçıları Azərbaycan, Mərakeş və RF komandaları olmuşlar.
Həmvətənimiz Rəşid Məhərrəmov turnirdə ən yaxşı qapıçı hesab edilmişdir.
Bizim komandaya Ukrayna-Azərbaycan Biznes Şurası sponsorluq etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev