ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib
Bakı, 16 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib. Bildirilib ki, müraciət etmək istəyən namizədlər kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar.
Qulluq funksiyaları:
- Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.
Vəzifənin tutulma şərtləri:
- Təhsilə dair tələb: Ali təhsil
- İş stajına dair tələb: Tələb müəyyən edilmir.
Kompüter biliklərinə dair tələblər:
- C#, Java və ya Python dillərindən birini bilməli;
- MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.
Xüsusi tələblər:
- Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;
- Xarici dil biliklərinə dair tələblər: ingilis dili - orta, rus dili - orta.
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).
Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.