ELM VƏ TƏHSİL
Dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildi - SƏRƏNCAM
Bakı, 20 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev dekabrın 20-də “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [16:18]
Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçiriləcək
- 27.05.2024 [15:32]
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində kitabxana fəaliyyətə başlayıb
- 27.05.2024 [15:31]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 27.05.2024 [15:14]